Orta və iri tutumlu marşrutlar Bakının mərkəzinə buraxılmır
Bu gün səhər saatlarından orta və iri tutumlu marşrut avtobuslarının Bakı şəhərinin mərkəzinə daxil olması dayandırılıb.
«APA-ECONOMICS»in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Nəqliyyat Nazirliyinin əməkdaşları şəhərin müxtəlif hissələrində orta və iri tutumlu avtobusları saxlayaraq sərnişinləri mənzil başına çatmadan avtobuslardan düşürüb, avtobusları geri qaytarıblar.
Nəticədə paytaxtın müxtəlif ərazilərində - «Neftçilər» xəstəxanasının, metronun «Xətai» və «Nizami» stansiyalarının qarşısında sərnişin sıxlığı yaranıb. Problemin ən çox yaşandığı ərazi isə «Neftçilər» xəstəxanasının qarşısı olub. Paytaxtın mərkəzi hissəsinə işləyən avtobusları saxlayan Nəqliyyat Nazirliyinin müfəttişləri kobud hərəkətlərlə sərnişinləri avtobuslardan boşaldıb, etiraz edən sürücülərin sənədlərini alıblar. Sürücülər özləri də nəqliyyat müfəttişlərinin bu hərəkətlərini anlamadıqlarını, bu barədə nə onlara, nə də marşrut sahiblərinə əvvəlcədən heç bir xəbərdarlığın olmadığını bildiriblər. Müfəttişlər özləri də hərəkətləri ilə bağlı heç bir izahat verməyiblər.
Məsələyə Nəqliyyat Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. «Bakı Sərnişin Nəqliyyatı» MMC-dən isə «APA-ECONOMICS»ə avtobusların saxlanılmasını profilaktik tədbirlərlə əlaqələndirsələr də, bu tədbirlərin nədən ibarət olduğunu açıqlamayıblar. Qurumdan onu da bildiriblər ki, nəqliyyat müfəttişləri yalnız orta və kiçik tutumlu avtobusları şəhərin mərkəzinə daxil olmasını qadağan ediblər. Bu barədə marşrut sahiblərinə əvvəlcədən xəbərdarlıq olunub, onlara orta tutumlu avtobusları iritutumlularla əvəz eləmək tapşırığı verilib.

Oxşar yazılar

Mart ayı üçün sevgi ULDUZ FALI: Romantika vaxtıdır, daha çox ehtiras və...
3 mart 2025 , 00:02
Buraxılış imtahanı keçirildi - İmtahandan kənarlaşdırılanlar var
2 mart 2025 , 14:33
Vəfat edən hərbçi dəfn olundu
2 mart 2025 , 13:56
İlk dəfə buraxılış imtahanları keçirildi - FOTO
2 mart 2025 , 12:50
Ramazan ayının ikinci gününün DUASI
2 mart 2025 , 12:49
Felmar Ələkbərli vəfat etdi
2 mart 2025 , 12:16
Qar yağacaq, yolları buz bağlayacaq - SABAHIN HAVASI
2 mart 2025 , 12:11