Xaricdə təhsilini başa vuranların cəmi 40 nəfəri işləyir
İndiyədək 114 tələbə Dövlət Proqramı çərçivəsində xaricdə təhsilini başa vurub. Ancaq həmin məzunlardan yalnız 40 nəfəri müvafiq dövlət orqanlarında işlə təmin olunub.
Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov bu gün nazirlikdə keçirilən geniş kollegiya iclasındakı çıxışında belə deyib. O qeyd edib ki, dövlət vəsaitləri hesabına xaricdə təhsil alanların işlə təmin olunması istiqamətində ciddi tədbirlərin görülməsinə böyük ehtiyac var: “Biz artıq bu istiqamətdə öz təkliflərimizi hazırlamışıq, müvafiq dövlət qurumları ilə məsləhətləşmələr aparmışıq. Belə qərara gəlmişik ki, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan gənclərin işlə təminatı, onların potensialından ölkənin inkişafı məqsədləri ilə yararlanmaq üçün ayrıca bir qurumun yaradılmalıdır”.
Nazir bildirib ki, artıq belə bir qurumun yaradılması istiqamətində müvafiq tədbirlər görülür və bu, yaxın zamanlarda reallaşmalıdır. Misir Mərdanov qeyd edib ki, Dövlət Proqramının təsdiqindən sonra xaricdə təhsil alan gənclərin sayına görə birinci yeri Almaniya tutur. Belə ki, bu ölkənin universitetlərində təhsil alanların sayı 55 nəfər təşkil edir. İkinci yerdə isə 50 nəfərlə Türkiyə universitetləri gəlir.
Elxan SALAHOV

717