Minadan zərərçəkənləri problemlər müəyyənləşib
29 dekabr 2010 14:25 (UTC +04:00)

Minadan zərərçəkənləri problemlər müəyyənləşib

Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanın ayrı-ayrı regionlarında minadan zərərçəkənlərin sosial problemlərinin həlli vəziyyətinin öyrənilməsi və nəticənin dəyirmi masada müzakirəsi” layihəsi çərçivəsində Tərtər şəhərində dəyirmi masa keçirib. AMZA-nın sədri Rey Kərimoğlu Lent.az-a bildirib ki, dəyirmi masada Füzuli, Ağstafa, Ağdam və Tərtər rayonlarından olan 70 nəfər mina qurbanı, onların ailə üzvləri iştirak edib. Dəyirmi masaya Tərtər rayonundakı icra strukturlarının nümayəndələri də qatılıblar. Onlar minadan zərərçəkənlərin problemindən və onların çıxış yollarından danışıblar.

Rey Kərimoğlu 3 ay davam edən layihənin məqsədindən danışarkən deyib ki, əsas məqsəd ölkənin mina qurbanlarının daha çox yaşadıqları regionlarda onlara göstərilən sosial xidmətin və bu sahədə mövcud olan problemlərinin həlli vəziyyətini öyrənmək, əldə edilən nəticəni ictimai müzakirəyə çıxarmaqdır. Onun sözlərinə görə, layihə çərçivəsində AMZA-nın Tərtər, Füzuli və Ağstafa regional bölmələrinin əhatə etdiyi bir neçə rayonda 300 nəfər mina qurbanı arasında sosial problemlərinin araşdırılması üçün sorğular aparılıb. Minadan zərərçəkənlərin problemlərinin həllinə cavabdeh olan dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının bu sahədə gördükləri işlər də öyrənilib və təhlil edilib və nəticələr dəyirmi masada geniş müzakirə edilib.

Rey Kərimoğlu sorğunun təhlili zamanı mina qurbanlarını ən çox narahat edən problemlərin işsizlik, mənzil və pulsuz müalicə ala bilməməkləri məlum olduğunu bildirib. Bununla yanaşı o, minadan zərərçəkənlər pensiyalarının azlığından da şikayət etdiyini də qeyd edib.

Tədbirdə Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə, “Ağdam” qəzetinin baş redaktoru, mina qurbanı Hətəmli Baxşeyiş bu insanların problemlərinin həllində medianın rolu mövzusunda çıxış ediblər. Sonda tədbir iştirakçıları mövzu ətrafında geniş müzakirələr aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar