Hidayət Orucov: “Hicab məsələsini əldə bayraq edənlər məqsədlərinə çatmayacaq” - MÜSAHİBƏ
“Dini Komitə Qafqaz Müsəlmanları İdarəsindən rəy alan bəzi İslam yönümlü icmaları da dövlət qeydiyyatına almayıb”
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucovun APA-ya müsahibəsi
- Hidayət müəllim, hazırda Azərbaycandakı dini sabitliyi necə qiymətləndirirsiniz?
- Azərbaycanda dini sabitlik kifayət qədər yüksəkdir. Dövlət-din münasibətləri getdikcə tənzimlənir, inkişaf edir, dini etiqad azadlığı sözün əsl mənasında qorunur, tolerantlıq daha da möhkəmlənir. Çünki Azərbaycan dövləti insanların vicdan azadlığının təmin olunması üçün lazım olan bütün tədbirləri həyata keçirir. Kifayət qədər möhkəm qanunçuluq bazası mövcuddur və bu qanunlar kağız üzərində qalmır, Azərbaycan gerçəkliyində əks olunur. Artıq ölkəmizi öyrənən xarici ekspertlər, din siyasəti ilə məşğul olan dövlət rəsmiləri, nazirlər, politoloqlar, ilahiyyatçılar, qafqazşünaslar bu qənaətə gəlirlər ki, Azərbaycan yalnız regionda deyil, həm də dünyada ən yaxşı nümunələrdəndir. Bütün proseslərə kifayət qədər normal nəzarət olunur.
- Bir müddət öncə açıqlamanızda Azərbaycanda radikallıq, hətta ekstremizm meyllərinin mövcud olduğunu demişdiniz. Dediyiniz radikallıq və ekstremizmə meylli olanlar, əsasən kimlərdir? Onların barəsində müvafiq tədbirlər görülürmü?
- Əlbəttə ki, biz onların kimliyini bilirik. Ancaq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi siyasi qurumdur və mərkəzi icra hakimiyyəti orqanıdır. Bizim funksiyamız din sferasında dövlət siyasətini həyata keçirmək, dini qurumlarla məşğul olmaq, onların problemləri ilə maraqlanmaq, yardımçı olmaq, qanunların icrasına nəzarət etmək və s.-dir. Radikallığa meylli insanlarla məşğul olmaq üçün müvafiq qurumlar, təhlükəsizlik orqanları var... Çox təəssüflə deyirəm ki, Azərbaycanda belə qruplar mövcuddur. Ancaq əvvəlki vaxtlarla - ötən əsrin 90-cı və 21-ci əsrin əvvəlləri ilə müqayisədə, onların dairəsi xeyli daralıb, fəaliyyətləri zəifləyib. Lakin kiçik qruplar şəklində olsalar da, hərdən canfəşanlıq edirlər. Birmənalı olaraq və qətiyyətlə bildirirəm ki, qanundankənar hər cür əməl perspektivsizdir. Onlar xarici mənbələrə arxalanır, oradan maliyyələşdirilir, istiqamətləndirilirlər. Belələrinin dinlə heç bir əlaqəsi yoxdur. Sadəcə, Azərbaycandakı demokratik mühitdən, vicdan azadlığının təmin olunması şəraitindən sui-istifadə edərək ölkəmizə qarşı bəd əməllərlə məşğuldurlar. Elə qüvvələr var ki, Azərbaycanda bir əli ilə, məsələn, din pərdəsi altında əyri iş görmək istəyir, digər əli ilə tamam başqa, qeyri-qanuni işlə məşğuldur, başqa adla pərdələnir. Bunların hər ikisi cinayətdir və heç birinin dinlə əlaqəsi yoxdur. Dövlət, sözsüz ki, bu kimi məsələlərə kəskin münasibətini bildirir, Azərbaycan cəmiyyəti də buna qarşı çox prinsipial mövqedədir. Çünki cəmiyyətimiz kifayət qədər yüksək inkişaf etmiş, intellektual səviyyəli cəmiyyətdir. Dünyəvi dövlət sistemi Azərbaycana bəzi zərərli ədəbiyyat nümunələri kimi idxal edilməyib, bu, xalqımızın özünün seçimi, özünün gəldiyi qənaət və nəticədir. Dediyim kimi, haqqında danışılan qrupların heç bir perspektivi yoxdur, indiyə qədər onlarla bağlı lazımi tədbirlər görülüb, bundan sonra da çox qətiyyətlə görüləcək. Bu sahədə nəyəsə göz yummaq, kimisə bağışlamaq mümkünsüzdür. Əlbəttə, biz istəyirik ki, bu məsələlər maarifləndirmə və təkamül yolu ilə həll olunsun. Çünki onlar da bizim vətəndaşlarımızdır. İstəyirik ki, sadəcə, bəd niyyətlərdən əl çəkilsin. Bu proses gedir, pozitiv nəticələr görünür. Bununla belə, bu proseslər tamamilə başa çatdırılmayıb. Bir daha deyirəm ki, onların dinlə heç bir əlaqəsi yoxdur, din adı altında cinayətlə məşğuldurlar. Əgər bir insanın evindən qumbara, avtomat, digər silah-sursat növləri çıxırsa, bunun dinlə nə əlaqəsi ola bilər?! Əgər kimsə din pərdəsi altında bir əlinə silah götürüb, o biri əli ilə ölkəyə narkotik keçirməyə cəhd göstərirsə, bunun dinlə nə əlaqəsi var?
- Dediniz ki, onlar xarici mənbələrə arxalanır, maliyyələşdirilir, istiqamətləndirilirlər. Söhbət hansı xarici ölkələrdən gedir?
- Təbii ki, hansı dövlətin Azərbaycanda hansı maraqlarının olduğu bizə məlumdur. Əlbəttə, elə dövlətlər var ki, daha çox müdaxilə etmək istəyir. Elələri də var, o qədər də fəal deyil. İstər müsəlman, istər xristian, istərsə də digər dövlətlərin yalnız özlərindəki sayaq İslam, xristianlıq, yaxud digər dinləri Azərbaycana idxal etmək meylləri var. Bu işlərdə xüsusilə təriqətçilik meylləri müşahidə olunur. Onlar öz dövlət-din münasibətləri sistemini Azərbaycana idxal və tətbiq etmək istəyirlər. Bir daha deyirəm, bu meyllər ötən illərlə müqayisədə azalıb. İllər əvvəl Azərbaycanın özündə də “peyğəmbər”lər peyda olurdu, müxtəlif “imam”lar doğulurdu, həmçinin xaricdən “peyğəmbər”lər və “imam”lar, din xadimləri “qonaq” gəlirdi. İndi bu mənfi proseslərin qarşısı tamamilə alınıb.
- Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının - bərpasının, əsaslı təmirinin məqsədəuyğunluğunu daha obyektiv araşdırmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri yanında yaradılmış Şura ilə bağlı mətbuatda bəzi tənqidi fikirlər səsləndirilib. Bu Şuranın dövlətin məscid tikintisi və təmiri işlərini nəzarətdə saxlamaq üçün yaradıldığı iddia olunub. Buna münasibət bildirməyinizi istərdik.
- Bilirsiniz, çox təəssüf ki, mətbuatda bəzən cəfəngiyatlar, gülməcələr yer alır. Bəzən dini sferadan, gedən proseslərdən ən adi, elementar informasiyası olmayanlar, adi dini terminləri bilməyənlər bu mövzuda yazılar yazır. Söhbət inşaatdan, tikintidən gedirsə, ümumiyyətlə, müvafiq icra hakimiyyəti qurumunun iştirakı olmadan hardasa nəsə, tutaq ki, qəzet köşkü tikilə bilər?! Nə üçün Allah evi olan müqəddəs məscid, yaxud kilsə, sinaqoq müvafiq dövlət qurumlarının iştirakı olmadan tikilməlidir?! İnkişaf etmiş, hətta inkişaf etməmiş ölkələrdə də bu, çox gülünc qarşılanardı. Sadəcə, “Dini etiqad azadlığı haqqında” qanunda müəyyən boşluq mövcud idi. 2009-cu ildə qanuna edilmiş əlavə və dəyişikliklərdə bu məqam da nəzərə alındı. Çox yerində olan, dəqiq bir bənd əlavə edildi. İndi qanuna əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini ibadət yerlərinin tikintisi, təmir və bərpa işləri ilə bağlı rəy verir. Həmin sənəd hazırlanarkən ilk növbədə dəqiqləşdirilməlidir ki, filan yerdə dini ibadət yerinə ehtiyac var, ya yox? Çünki bəzən dini ibadət yerindən başqa məqsədlər üçün istifadə olunub, hətta biznes məqsədləri üçün istifadə olunma hallarına da rast gəlinib. Tutaq ki, yaxın bir məsafədə eyni dinə aid bir ibadət ocağı, məsələn, məscid varsa, ikincini tikməyə nə ehtiyac var? Əgər ehtiyac varsa, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yerli icra hakimiyyətinin fikrini nəzərə alaraq müsbət rəy verir. Axı məlum olmalıdır ki, bunu kim tikir, niyə tikir, kimin vəsaiti ilə tikilir? Əgər məscidi kimsə, doğrudan da, xeyriyyəçilik məqsədi ilə tikirsə, buna kim etiraz edər?! Ancaq bəzən başqa məqsədlər üçün tikilir. Məsələn, əvvəllər xarici ölkələr bizdə dini ibadət yerləri inşa edirdilər. Artıq düzgün olaraq xaricilərin Azərbaycanda ibadət yeri tikməsi dayandırılıb. Siyasi, qrup, biznes və s. məqsədlər üçün ibadət ocağı tikmək təşəbbüsündə bulunur, sonra isə müqəddəs yerin adından öz mənafeləri üçün istifadə edirlər. Ancaq hər şey normaldırsa, başqa məqsəd yoxdursa, doğrudan da, orada ibadət yerinə ehtiyac varsa, icazə verilir və memarlıq üslubu da dəqiqləşdirilir. Sözsüz ki, ölkəmizdə tikilən ibadət ocağı Azərbaycan memarlığına uyğun olmalıdır. Ötən əsrin 90-cı illərində və 2000-ci illərin əvvəllərində bir sıra yerlərdə məscidlər tikilib. Ancaq həmin məscidlərdə yad elementlər mövcuddur. Məsələn, kimsə öz ölkəsindəki sünniliyi təqdim edib, başqası şiəliyi və s. Bunların hamısı düşünülüb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri yanında yaradılmış Şuraya komitənin mütəxəssisləri ilə yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası kimi mühüm və əlaqəli qurumların təmsilçiləri daxildirlər. Təlimata görə, ehtiyac olduqda, Şuranın iclaslarına dini icmaların nümayəndələri də dəvət edilə bilərlər. Şuranın ilk iclasında İçərişəhərdəki “Məhəmməd” məscidi ilə bağlı qərar təsdiqlənib, digər işlərə də baxılaraq tövsiyələr verilib. Şura ilə bağlı bəzi mətbuat orqanlarının yaydığı mənfi fikirlər ajiotaj yaratmaq üçündür və yalnız müəlliflərinin maraqlarını ifadə edir.
- Maraqlıdır ki, Azərbaycanda dini mövzularda yazan bəzi qəzet və saytlarda da xarici meyllər hiss olunur...
- Əlbəttə, bunu biz də hiss edirik. Mətbuat katibi bir məlumat verəndə mən tez hiss edirəm ki, bu yazını, xəbəri hansı sayt verib. İnformasiyanın mahiyyətindən hiss olunur ki, bunu, məsələn, qatı təriqətçilik təəssübkeşi olan sayt, yaxud Ermənistan yönümlü, ya da digər bu tipli sayt verib. Bunların da, sözsüz ki, dinə heç bir aidiyyəti yoxdur və belə yalan, böhtan məlumatları yayanlar çox zərərli dairələr, qruplardır. Azərbaycanın da xaricə xidmət edən saytları mövcuddur. Bu da onu göstərir ki, mətbuat sahəsində də demokratik mühitdən sui-istifadəyə yol verilir.
- Dini icmaların təkrar dövlət qeydiyyatına alınması ilə bağlı son durum necədir? Əvvəllər qeydiyyata alınmış, lakin 2010-cu il yanvarın 1-dək Dini Komitəyə müraciət etməmiş dini icmaların dövlət qeydiyyatından keçmək şansı varmı?
- Əvvəllər dini icmaların qeydiyyatı ilə bağlı çox ciddi problem var idi, qanuna vaxtında müvafiq dəyişiklik olundu. Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq hələ Ədliyyə Nazirliyində qeydə alınmış dini icmaların çoxunun tərkibi dəyişmişdi, icma üzvlərinin bəzisi həyatda deyildi, üzvlüyə tamamilə qanunsuz olaraq başqa adamlar cəlb edilmişdi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə yarandığı ilk beş il ərzində təəssüf ki, çox ciddi səhvlərə yol vermişdi. Bu səhvlərdən ən qabarıq görünəni dini qurumların hüquqi ünvanı kimi evlərin qeydiyyata alınması idi. Mən burada işləməyə başlayana qədər 352 dini icma qeydiyyatdan keçmişdi və onların hamısının hüquqi ünvanı kimi evlər göstərilmişdi. Təsəvvür edin ki, kiminsə evi məscidə çevrilir... Axı İslamda, ümumiyyətlə, belə anlayış yoxdur. Söhbət kollektiv ibadətdən gedirsə, bunun yeri ancaq məscid ola bilər. Nərimanov rayonu Cümə məscidi ilə bağlı məsələ bəzilərində narahatlıq doğurmuşdu. Əslində, o məscidə iddia edən dini icmanın (“Nərimanov rayonu dindarları” Dini İcması nəzərdə tutulur – red.) hüquqi ünvanı adıçəkilən məsciddən xeyli aralıda, başqa məhəllədə - Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsindəki bir mənzil idi. Mən bunun səbəbini Dövlət Komitəsinin əvvəlki əməkdaşlarından da soruşmuşdum, ancaq izah edə bilməmişdilər. Bu, analoqu olmayan, çox qəribə hadisə idi. Bütün bu kimi səhvlərin aradan qaldırılması üçün dini qurumların yenidən dövlət qeydiyyatından keçməsi şərt idi. Çünki bu məsələdə əvvəllər çox qara fikirlər olub. Bundan istifadə edən zərərli cərəyanlar həmin dövrdə çox fəallaşmışdılar. Onların evlərdə yalnız “məscidləri” deyil, həm də dərsxanaları vardı və o dərsxanalarda yalnız dini söhbətlərin aparıldığına kim zəmanət verə bilərdi? Dövlət Komitəsi isə buna “gözəl” şərait yaratmışdı. Hazırda yeni dini icmaların dövlət qeydiyyatına alınma prosesi davam edir. Əvvəllər qeydiyyatdan keçmiş dini icmalar 2010-cu ilin yanvar ayının 1-dək Dövlət Komitəsinə müraciət etməli idilər. Həmin dini icmaların mütləq əksəriyyəti müraciət edib. Müraciətlərə baxılıb və çoxu qeydiyyata alınıb. Bəzilərinin isə qeydiyyata alınmasından imtina edilib. Bunlar öz yerində. Bilirsiniz, mən həmişə dindarlarla görüşlərdə deyirəm ki, dindarın zəruri keyfiyyətləri – dini bilgi, mənəvi sədaqət, mənəvi paklıq, dinə sədaqət və s.-ilə birlikdə əsas keyfiyyəti kimi həm də qanunlara hörməti olmalıdır. Hər şey ölkənin qanunları çərçivəsində icra edilməlidir. Dindar da bunu təlqin, təbliğ etməlidir. Azərbaycan Konstitusiyasına əsasən, din dövlətdən ayrıdır. Ancaq vətəndaş dövlətdən ayrı deyil. Din dövlətdən ayrıdır, ancaq dövlət ölkədəki dini situasiyaya görə cavabdehdir. Ona görə ki, din müqəddəsliyini, təmizliyini, müstəqilliyini qoruyub saxlasın, din siyasiləşməsin, iqtisadi, xarici maraqlara, ümumiyyətlə, antiAzərbaycan, antixalq maraqlarına xidmət etməsin.
- Qafqaz Müsəlmanları İdarəsindən müsbət rəy aldıqdan sonra Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmayan İslam yönümlü icma olubmu? Ümumiyyətlə, Dövlət Komitəsi neçə dini icmanın qeydiyyata alınmasından imtina edib?
- Öncə onu deyim ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə və digər dini mərkəzlərlə ardıcıl olaraq sıx əməkdaşlıq edir. Ancaq, bəli, belə icmalar olub. İndiyədək ümumilikdə 30 icmanın qeydiyyata alınmasından imtina edilib. Onların 17-si İslam, qalanı qeyri-İslam təmayüllü icmalardır.
- 11 sentyabr hadisələrinin ildönümü ərəfəsində ABŞ-da müqəddəs Qurani-Kərim yandırıldı. Bir neçə il öncə isə Məhəmməd Peyğəmbərin (s) karikaturası çəkilmişdi. Bu kimi hadisələrə münasibətiniz necədir?
- Belə davranışlar, əlbəttə ki, yolverilməzdir. Ancaq bu kimi hərəkətlərin çox şişirdilməsi, uzun müddət müzakirə olunması problemin həllinə xidmət etmir. Qurani-Kərimi yandırdılar - əlbəttə, cinayətdir, bunu edən cəzalandırılmalıdır... Bunu bir qrup edir, bir adam edir. Şübhə yoxdur ki, onlar bir-iki nüsxəsini yandırmaqla, Qurani-Kərimi tamamilə yox etmədiklərini bilirlər. Çünki hər bir müsəlmanın evində, hətta müsəlman olmayanların da evində Qurani-Kərim var. Eləcə də müsəlmanların evində Tövrat, İncil var. Həm karikatura, həm Qurani-Kərimin yandırılması ilk növbədə antidini, antibəşəri, antiinsani, qızışdırıcı hərəkətlərdir. Ancaq dünyada başqa ağır problemlər də var. Ermənistan 20 ildir, ölkəmizin ərazisinin 20 faizini işğal edib. Onlar həm Qərbi Azərbaycanda – indiki Ermənistanda, həm də Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarında nə qədər dini, milli abidələrimizi məhv ediblər. Ermənilər qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının məbədlərini saxtakarlıqla qriqoryanlaşdırıblar. Bax, bunu daim gündəmdə saxlamaq, hər kürsüdən xatırlatmaq lazımdır!
Bəzi ölkələrdə dini etiqadından asılı olmayaraq, elə qüvvələr də var ki, digər konfessiyalara qarşı dözümsüzlük nümayiş etdirir. Belə dairələrin fəaliyyəti dinlərarası münasibətlərin pozulmasına xidmət edir və ümumilikdə bəşəriyyət üçün problem yaratmaqdadır. Onlar da tənbeh edilməli, bu cür meyllər aradan qaldırılmalıdır. Biz İslamı qorumaq üçün əsl İslami dəyərlərdən bəhrələnməli, zəngin İslam mənəviyyatını və mədəniyyətini təbliğ etməliyik. İslamdaxili təriqətçilik zəiflədilməli, radikallıq, ekstremizm aradan qaldırılmalıdır. Təriqətlər və ümumilikdə İslam ölkələri arasında mötədillik prinsipi əsas olmalıdır.
- Ötən ay ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Məsələləri Bürosunun Beynəlxalq Dini azadlığa dair hesabatının Azərbaycanla bağlı hissəsindəki fikirlərə münasibətinizi bilmək istərdik.
- Əvvəlcə onu bildirməliyəm ki, hesabatın Azərbaycana aid hissəsində bir sıra müsbət məqamlar qeyd olunub. Məsələn, sənəddə Təzəpir məscidinin bərpa işlərindən sonra rəsmi açılışı, Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi, Abşeron yarımadasında bir sıra məscidlərin təmir olunması kimi faktlar təqdirəlayiq hal kimi göstərilib. Həmçinin, Bakıda erməni katolikosunun da iştirak etdiyi beynəlxalq konfransın keçirilməsi də dini azadlığa hörmətdə müsbət irəliləyiş kimi qeyd olunub. Bundan başqa, ölkəmizdə antisemitizm hallarının olmaması da hesabatda əksini tapıb.
Ancaq sənədin təhlili təəssüf hissi ilə deməyə əsas verir ki, bir çox halda hesabatda kifayət qədər dəqiqləşdirilməmiş məlumatlar da var. Məsələn, Departamentin əvvəlki illərdəki, həqiqətəuyğun olmayan məlumatlar yer almış hesabatları da nəzərə alınmaqla, bəzən faktlar kifayət qədər etibarlı olmayan mənbələrdən alınır, dəqiqləşdirilmir və müvafiq qaydada yoxlanılmadan sənədə daxil edilir. Hesabatla bağlı daha bir təəssüf doğuran məqam Azərbaycanda dini durumun tam obyektiv təhlilinə yer verilməməsidir. Sənəddə ümumi sözlərə və qiymətləndirmələrə geniş yer ayrılıb. Bundan başqa, kifayət qədər əsaslandırılmamış informasiyaların bir hissəsi ötən illərin hesabatlarından götürülüb və bu hesabatlardakı əksər məlumatlar həqiqəti əks etdirmir. Bəzi bölmələrdə qeyd olunan halların konkret olaraq məhz hansı dövrü əhatə etdiyi də məlum deyil. Bir sözlə, hesabat, ümumiyyətlə, ölkədəki real vəziyyəti əks etdirmir və səthi xarakter daşıyır.
- Hazırda ölkədə orta məktəblərdə hicab məsələsi geniş müzakirə olunmaqdadır. Hətta, təhsil naziri Misir Mərdanov müəyyən qüvvələrin bunu qəsdən şişirtdiyini, aksiyalar təşkil etdiyini bildirdi. Necə düşünürsünüz, ümumiyyətlə, Azərbaycanda hicab problemi varmı?
- Qanun qəbul edildiyi halda, hicab məsələsinin hələ də gündəmdən düşürülməməsi bir daha sübut edir ki, doğrudan da, müəyyən dairələr bu məsələdə maraqlıdır. Azərbaycan dünyəvi ölkədir. Bu isə o deməkdir ki, ölkəmiz şəriət qanunları ilə deyil, dünyəvi qanunlarla idarə olunur. “Təhsil haqqında” qanunda açıq şəkildə göstərilir ki, hər bir təhsil müəssisəsində məktəbli geyimi müəssisənin nizamnaməsinə uyğun tənzimlənməlidir. Təhsil Nazirliyi isə şagirdlər qarşısında məktəbə məktəbli formasında gəlmək tələbi qoyub. Qanunlara riayət etmək hər bir vətəndaşın borcudur. Azərbaycan dövləti istəyir ki, təhsilli, savadlı gələcək nəsil yetişsin. Ümumiyyətlə, İslam dinində zor tətbiq etmək pislənilir, o, insanlara seçim hüququ verir. Bu səbəbdən də, heç kəs digərlərinə dindən istifadə edərək, təzyiqlər göstərə və ya hansısa fəaliyyətə cəlb edə bilməz. Təəssüf ki, bu gün bəzi ailələrdə uşaq və yeniyetmə yaşlarında olan qızların iradəsinin əksinə çıxılır - zorla örtünməyə məcbur edilir. Təbii ki, məktəbli qızlar hələ İslamın mahiyyətini anlamayacaq yaşdadırlar və onlar həyat tərzi seçimini də məhz yetkinlik yaşına çatdıqdan, dünyanı qavradıqdan sonra edəcəklər. Ancaq din adından sui-istifadə edib qanunsuz aksiya keçirən bir qrup insan deyir ki, uşaqlarını hicabsız məktəbə buraxmayacaqlar. Təbii ki, bunlar məsuliyyətsiz çıxışlardır. Bir məsələni də vurğulamaq istərdim. Adətən aksiyalar, mitinqlər xalqın qapalı, qaranlıq mühitdən işıqlı gələcəyə çıxması üçün keçirilir. Ancaq baxın, bu gün qanunsuz aksiyalar təşkil edənlər həm insanları qanunazidd addım atmağa çağırır, həm də övladlarımızın təhsildən, yəni işıqdan – ziyadan məhrum etmək istəyirlər. Anlamırlar ki, bu gün təhsildən kənar qoyduqları qızlar sabah hüquqlarını bilməyən gənclər, savadsız analar olacaqlar. Valideynlər bu məsələdə ciddi düşünməli və övladlarının təhsil hüququnu əlindən almamalıdırlar. Bir anlığa təsəvvür edək ki, qızların məktəblərdə hicabla təhsil almasına icazə verildi. Eyni məntiqlə, sabah oğlanlar məktəbə əmmamə ilə gələ bilərlər. Digər tərəfdən, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı tolerant ölkədir. Bu gün məktəblərdə hicaba icazə verilsə, sabah digər din mənsubu olan məktəblilərimiz də öz inanclarından irəli gələn geyimlərə keçə bilərlər. Məntiqlə, onlara da “yox” deyilməməlidir. Təsəvvür edirsinizmi yaranacaq vəziyyəti? Ölkəmizdə hicab azaddır, kim istəsə taxa bilər, bu, hər bir insanın daxili işidir. Ancaq dövlət qurumlarının da öz qaydaları var. Bu, dünya təcrübəsində də belədir. Mən çox sevinirəm ki, ölkə mətbuatı, sağlam düşüncəli insanlarımız, ziyalılarımız, deputatlarımız bu məsələdə yekdil mövqedən çıxış edirlər. Hicab məsələsini əldə bayraq edib süni ajiotaj yaratmağa cəhd edən dairələr bu dəfə də məqsədlərinə çatmayacaqlar. Çünki cəmiyyətimiz dövlətimizə, onun rəhbərliyinə, qanunlarına inanır və onları dəstəkləyir.
- Son illər Aşura mərasimlərində baş yarmaq faktına, demək olar ki, rast gəlinmir. Ancaq ötən il olduğu kimi, bu il də müəyyən məscidlərdə zəncir vurulduğu müşahidə edildi. Buna münasibətiniz necədir?
- Bilirsiniz, istər baş yarmaq və zəncir vurmaq, istərsə də insanın digər formada canına qəsd etməsi İslamda qadağan edilmiş məsələdir. Bunu normal insan şüuru da qəbul etməməlidir. Təəssüf ki, hələ də bu kimi hərəkətlərin savab qazandırdığını düşünən insanlar var. İndi sual verirəm, baş yarmaq, zəncir vurmaq daha savab iş olar, yoxsa talassemiyalı uşaqlar üçün keçirilən qanvermə aksiyasında iştirak etmək? Ötən il olduğu kimi, Qafqaz Müsəlmanları İdarəsi builki Aşura öncəsi də fətva verərək zəncir vurulmamasını, baş yarılmamasını istəmişdi. Əksər yerdə buna riayət olunsa da, bəzi yerlərdə yenə əməl edilmədi. Araşdırmalar göstərir ki, məscidlərdə zəncir vurub baş yarmaq istəyənlər eyni nöqtədən maliyyələşdirilərək istiqamətləndirilən bir qrupun üzvləridir. Onlar Aşura günü məscid-məscid gəzərək zəncir vurur və məscidə ziyarətə gələn sadə vətəndaşlar arasında bu istiqamətdə “təbliğat” aparırlar. Ancaq maraqlıdır, görəsən, bu kimi qrupları maliyyələşdirərək istiqamətləndirənlər zəncir vurub baş yarmağı özlərinə rəva bilərlərmi? Bilirsiniz, bu kimi hərəkətlərin qarşısını inzibati tədbirlərlə almaq məqsədəuyğun deyil. Yalnız maarifləndirmə işi aparmaqla müsbət nəticə əldə etmək olar. Bu məsələdə mətbuatın da üzərinə böyük məsuliyyət düşür.
- Sonda görkəmli yazıçı, əməkdar incəsənət xadimi Hidayət Orucovun son illərdə bədii yaradıcılıqla məşğul olub-olmadığını bilmək istərdik.
- Xeyr, çox təəssüf ki, bədii yaradıcılıqla məşğul olmaq imkanım yoxdur. Çünki Dövlət Komitəsində iş çoxdur. Mən 90-cı illərdə - ağır vaxtlarda necə işləmişəmsə, indi də elə işləyirəm. Adətən səhər saat 9-a qalmış işə gəlir, gündəlik işlərimi qurtarandan sonra - əsasən gecə saatlarında, ya da gecə saatlarına yaxın evə gedirəm. Bu cür gərgin iş qrafiki ilə yaradıcılıqla məşğul olmaq mümkün deyil. İndi çox nadir hallarda yalnız publisist yazılar yazıram.

801