Əliməmməd Nuriyev: “Korrupsiyaya qarşı tolerant olmasaq, mübarizənin nəticələrini görəcəyik” - MÜSAHİBƏ
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının Şura üzvləri Taylandın paytaxtı Banqkokda keçirilən XIV Beynəlxalq Antikorrupsiya Konfransından qayıdıb. Konfrans antikorrupsiya təşəbbüsləri baxımından dünyanın ən böyük tədbiri hesab edilir və dünyanın aparıcı beynəlxalq qurumları tərəfindən dəstəklənir. Üç gün davam edən konfransda bu qənaətə gəlinib ki, korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu kifayət qədər qiymətləndirilmir. Konfransın Şurası isə iştirakçı dövlətlərə korrupsiyanın bütün formalarının qarşısını almaq üçün siyasi iradənin gücləndirilməsi və iqtisadiyyatın özəl sektorunda şəffaflığın artırılmasına nail olunması istiqamətində fəaliyyət göstərilməsini tövsiyə edib.
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev Lent.az-a müsahibəsində bu beynəlxalq konfransda müzakirə olunan məsələlərdən, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin gedişindən danışıb:
- Bəri başdan deyim ki, Beynəlxalq Antikorrupsiya Konfransı iki ildən bir keçirilir. XIV konfransda 135-dən çox ölkədən 1200-ə qədər nümayəndə, o cümlədən Tailand şahzadəsi Saomsavali, Dünya Bankının icraçı direktoru, Asiya İnkişaf Bankının prezidenti, “Amnesty İnternational” təşkilatının baş katibi, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü İdarə Heyətinin sədri, Gəlirlərə Nəzarət İnstitutunun direktoru, Dünya Gömrük Təşkilatının baş direktoru və digər tanınmış şəxslər iştirak edirdi. Konfransda qlobal şəffaflığa nail olunması üçün 5 istiqamətdə - sülh və təhlükəsizlik, təbii resurslar və enerji bazarı, iqlim idarə edilməsi, korporativ sahədə hesabatlılıq və institutlarda etimadın bərpası ilə bağlı müzakirə aparıldı. Sonuncu istiqamət, yəni antikorrupsiya tədbirlərində dövlət orqanlarına etimadın bərpa edilməsi çox vacib məsələdir. Xüsusilə də bu etimad şəffaflığın artırılmasından keçir. Bu baxımdan hesab edirəm ki, 2007-ci ildə Azərbaycanda qəbul edilən “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” ilk növbədə dövlət-hakimiyyət orqanlarına etimadın gücləndirilməsi əsas komponent kimi nəzərdə tutulurdu. Etimad isə o zaman yaranır ki, dövlət və hakimiyyət orqanlarının fəaliyyətində hesabatlılıq artsın. Əslində korrupsiyaya qarşı mübarizənin səmərəliliyi vətəndaş fəallığının artırılmasındadır. Beynəlxalq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün rəhbəri konfransda maraqlı bir fikir də səsləndi ki, dövlətlərin korrupsiyaya qarşı mübarizəsi vətəndaşlar bu sahədə fəal iştirak edəcəyi halda effektli nəticə verəcək. Yəni vətəndaş dövlətdən çox şey tələb edir. Amma biz özümüz də bir vətəndaş olaraq, özümüzdən çox şey tələb etməliyik ki, korrupsiyaya qarşı dözülməz münasibət yarada bilək. Biz korrupsiyaya qarşı tolerant münasibətdə olmasaq, bu mübarizənin müsbət nəticələrini görəcəyik. Bir mühüm məsələni söyləyim, Banqkok konfransı ərəfəsində “Böyük iyirmilik”in də sammiti təşkil olunmuşdu və orada da deyilirdi ki, 2010-cu ildə dünya iqtisadi böhranı daha 64 milyon nəfəri yoxsul vəziyyətə gətirib çıxara bilər. Hətta maliyyə böhranının özü də korrupsiyanın nəticəsidir. Korrupsiyaya qarşı mübarizə güclü aparılarsa, maliyyə böhranlarının da tendensiyası azala bilər. Bir sözlə, hesab edirəm ki, XIV Beynəlxalq Antikorrupsiya Konfransı həm də nümayəndələrə gündəliyin yenidən hazırlanması üçün bir şans verdi. Bu baxımdan Azərbaycandan iştirak edən nümayəndə heyəti də irəli sürülən təkliflərdən bəhrələnə bildi.
- Konfransda Azərbaycan tərəfdən kimlər iştirak edirdi?
- Azərbaycanı konfransda böyük bir nümayəndə heyəti təmsil edirdi. Ora MSŞA-nın nümayəndələri Sahib Məmmədov və Qubad İbadoğlu, Korrupsiyaya qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin üzvü Samir Əlibəyov, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova, həmin təşkilatın İdarə Heyətinin üzvü Natəvan Rüstəmova və Qadın Hüquqşünaslar Forumunun təsisçisi Ləman Cavadzadə qatılmışdı. Qubad bəy həm də bir neçə plenar iclaslarda fəal şəkildə müzakirələrə qoşulurdu. Təəssüf ki, dövlət qurumlarından tədbirə qatılan olmamışdı. Ancaq mən bilirəm ki, bütün digər antikorrupsiya konfranslarında hər zaman Azərbaycan hökuməti adından nümayəndələr iştirak edirdi. Yeri gəlmişkən, bizim ədliyyə nazirimiz Fikrət Məmmədov Beynəlxalq Antikorrupsiya Şurasının üzvlərindən biri və Beynəlxalq Antikorrupsiya Qurumlarının vitse-prezidentidir. Ancaq bu konfransda əsasən, vətəndaş cəmiyyətinin nümayəndələri təmsil olunmuşdu.
- Müzakirələrdə Azərbaycanın adı hallandırılırdımı?
- Ümumi müzakirələrdə daha çox korrupsiyaya qarşı mübarizə vasitələrindən danışılırdı. Ancaq MSŞA haqqında ayrıca müzakirələr aparıldı və bu müzakirələrdə Azərbaycanın adı tez-tez çəkilirdi. Çünki Azərbaycan bu təşəbbüsün ilk tamhüquqlu üzvüdür. Həmçinin Beynəlxalq Şəffaflıq Təşkilatı 2010-cu il üçün gəlirlərə nəzarət indeksini açıqladı və Azərbaycan bu reytinqdə 41 ölkə arasında 9-cu yerdədir. Bu, çox vacib və əhəmiyyətli nəticədir. Sentyabr ayında isə Korrupsiyanı Qavrama İndeksi açıqlanmışdı və burada Azərbaycanda müəyyən irəliləyişlərin olduğu deyilirdi. Bu hesabatı da Azərbaycanda korrupsiyaya qarşı aparılan tədbirlərin müsbət nəticələri kimi qeyd etmək olar. Azərbaycanda korrupsiyaya qarşı mübarizədə səmərəliliyin göstəricisi kimi biznes mühitinin yaxşılaşdırılması istiqamətində ciddi irəliləyişlər əldə olunub. Həmçinin MSŞA sahəsində də Azərbaycan xeyli uğurlar əldə edib. Vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizəyə qoşulması da müsbət amil kimi dəyərləndirilir. Dövlət qulluğuna qəbul, hakimlərin yeni kriteriyalara uyğun seçilməsi, sahibkarlıq subyektlərinin qeydə alınmasında “bir pəncərə” sisteminin tətbiqi məsələləri də korrupsiyaya qarşı mübarizənin bir elementi sayılır. Son 6 ildə, yəni 2005-ci ildən korrupsiyaya qarşı mübarizənin tətbiqinə başlanandan bəri həm qanunvericilik və institusional baza yaradılıb, həm də müxtəlif istiqamətlərdə müsbət dəyişikliklər baş verib. Üstəlik Azərbaycan tərəfindən beynəlxalq konvensiyalara qoşulub və bu konvensiyaların milli qanunvericilikdə tətbiqi prosesi sürətlənib. Həmçinin belə deyək ki, korrupsionerlərə qarşı mübarizədə müəyyən nəticələr də var. 2005-ci ildən 2010-cu ilin birinci yarısına olan statistikaya baxsaq görərik ki, korrupsiya ilə bağlı qaldırılan cinayət işlərinin sayı artmaqdadır. Düzdür, bu, sürətli artım deyil, amma dinamika var. Bu faktın özü də müsbət yenilik kimi qeyd olunmalıdır. Vətəndaş cəmiyyətinin də sistemli şəkildə bu məsələdə iştirakı, 20-dən artıq QHT-nin vahid şəbəkə halında korrupsiyaya qarşı mübarizəyə qoşulması çox əhəmiyyətli addımlardandır. Amma ən mühümü odur ki, artıq cəmiyyətin hər bir üzvü korrupsiyaya qarşı mübarizədən çəkinmir. Əvvəllər belə deyildi, korrupsiya faktı ilə qarşılaşan vətəndaşlar bu mövzuda danışmaqda çox çətinlik çəkirdi. Ancaq indi bu məsələdən hamı açıq şəkildə danışa bilir, insanlar başa düşür ki, korrupsiya onların hər birinin həyatının pisləşməsinə təsir göstərən amildir. Ona görə də vətəndaşlar özləri də buna qarşı mübarizədə iştirak etməyə başlayıb. Həm də ölkədə korrupsiya ilə mübarizə üçün siyasi iradədə var və bu iradə “2004-2006-cı illərdə korrupsiya ilə mübarizə üzrə Dövlət Proqramı” və “2007-2011-ci illərdə şəffaflığın artırılması üzrə Milli Strategiya”da qəbul edilmiş iki proqramda öz əksini tapıb. Bununla belə, korrupsiya sahəsində problemlər qalmaqdadır. Məsələn, yeni qanunvericiliyin hazırlanması, xüsusən də “Maraqlar kompleksi haqqında” qanun layihəsinin hazırlanmasına ehtiyac var. Üstəlik “İnformasiyanın əldə edilməsi haqqında” qanunun tətbiq imkanları genişləndirilməlidir ki, vətəndaşların informasiya əldə etmək imkanları daha da genişlənsin. Həmçinin bir sıra institusuional strukturların yaradılmasına, qanunsuz varlanma, vəzifəli şəxslər tərəfindən gəlirlərin deklarasiyası üzrə qaydaların təkmilləşdirilməsinə ehtiyac var. Bundan başqa, korrupsiya pozuntuları haqqında məlumat verən şəxslərin müdafiəsinin gücləndirilməsi vacibdir. Antikorrupsiya infrastrukturunun genişləndirilməsi, antikorrupsiya mədəniyyətinin formalaşdırılması istiqamətində də addımlar atılmalıdır.
- Sadaladığınız istiqamətlərdə tədbirlər gücləndirilsə, hansı müddətdən sonra Azərbaycanda rüşvətxorluğun və korrupsiyanın səviyyəsi nəzərəçarpacaq şəkildə azalar?
- Ümumiyyətlə, korrupsiya elə bəladır ki, onun qarşısını qısa müddətdə almaq çox çətindir. Beynəlxalq təcrübə də göstərir ki, korrupsiyaya qarşı mübarizəyə uzun illər sərf olunur. Məsələn, Sinqapurda korrupsiyaya qarşı mübarizə düz 20 ildən sonra öz müsbət nəticəsini verib. Həmçinin Honkonqda da bu nəticə uzun illərdən sonra mümkün olub. Korrupsiyaya qarşı uzun mübarizə illəri Cənub-Şərqi Asiyada xüsusilə qabarıq şəkildə özünü göstərib. Ona görə də bu sahədə görülən işlərin tez bir zamanda müsbət nəticə verəcəyini gözləmək sadəlövhlük olardı. Ancaq cəmiyyət geri çəkilməməli, daha mübariz şəkildə korrupsiyanın kökünü kəsməyə can atmalıdır.
- Azərbaycan cəmiyyətində belə bir rəy var ki, korrupsiyaya qarşı mübarizəyə dair qərar və sərəncamlar, Dövlət Proqramları, Milli Strategiya formal xarakter daşıyır…
- Mən vətəndaşların bu mövqedə olmasını başa düşürəm, onlar istəyirlər ki, korrupsiya daha tez bir zamanda yox olub getsin. Amma bir məsələ var ki, qısamüddətli mübarizənin effekti daha zəif olur. Həm də korrupsiya elə bir problemdir ki, onu hansısa müəssisə daxilində aradan qaldırmaq mümkün deyil, onu ölkə səviyyəsində, eyni zamanda beynəlxalq hüquq çərçivəsində həll etmək olar. Korrupsiya istər-istəməz qısa müddətdə daha geniş miqyasda yayılır. Bizim iştirak etdiyimiz konfransda səslənən fikirlərdən biri də o idi ki, aktivlər geri qaytarılsın. Çünki korrupsiya aktivlər formasında ölkədən kənarda da yayıla bilir, o aktivlər müxtəlif banklarda saxlanılır. Ona görə də o aktivlərin geri qaytarılması ilə bağlı daha təsirli mexanizmlərin hazırlanması təklif olunur. Xüsusilə də bu sahədə bankların rolunun artırılması vacib məsələdir. Çünki korrupsiya yolu ilə əldə edilmiş gəlirlərin banklarda yerləşdirilməsinin qarşısını almaq lazımdır. Azərbaycanda da bu məqsədlə Maliyyə Monitorinqi Xidməti yaradılıb və artıq çirkli pulların yuyulması istiqamətində xeyli işlər görülüb. Ancaq çirkli pulların yuyulması bir ölkə daxilində baş vermir və bu istiqamətdə beynəlxalq əlaqələrin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
- Sizcə, Azərbaycanda vəzifəli şəxslər korrupsiyaya qarşı mübarizəyə ciddi yanaşırmı?
- Əlbəttə problemə ciddi yanaşan və onun həllinə səy göstərən məmurlar və dövlət qurumlar çoxdur. Amma bu mübarizəyə gizli şəkildə müqavimət göstərənlər, korrupsiya qarşı mübarizənin sürətini azaltmağa meyllər də var. Bir çox hallarda bəzi məmurlar bürokratik əngəllər yaratmaqdan belə çəkinmir. Bürokratiya isə hər zaman korrupsiyanın çiçəklənməsinə şərait yaradır. Ona görə vətəndaş cəmiyyəti, adi insanlar da korrupsiyaya qarşı tolerantlıq nümayiş etdirməməlidir. Korrupsiyaya qarşı mübarizə aparan qurumlar vətəndaş cəmiyyəti ilə daha sıx işləməlidir, mediada gedən informasiyalara diqqətlə yanaşmalıdır. Xüsusən korrupsiyaya qarşı mediada çap olunan çoxsaylı məlumatlar hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır. Bunu Azərbaycan qanunvericiliyi də tələb edir. Son illər bu sahədə də müəyyən irəliləyişlər var. Sadəcə olaraq, biz bunu bir qədər də stimullaşdırmalıyıq. Artıq Dünya Bankı da korrupsiyaya qarşı yeni standartlar qəbul etməyə hazırlaşır. Xüsusilə korrupsiyaya qarşı mübarizənin bir elementi olaraq, korporativ idarəetmə ilə bağlı yeni qərarların qəbul edilməsi vacib hesab olunur.
- Rəsmi qurumlar bu məsələdə ictimai təşkilatlarla əməkdaşlığa nə dərəcədə meyllidirlər?
- Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının çoxşaxəli əməkdaşlıq istiqamətləri var. Bu istiqamətlər ictimai məlumatlandırma, birgə monitorinqlərin aparılması, qanunvericiliyin təkmilləşdirilməsi sahəsini əhatə edir. Eyni zamanda Korrupsiyaya Qarşı Mübarizə üzrə Baş İdarə də bu istiqamətlərdə ictimai təşkilatlarla əməkdaşlıq edir. Biz 2008, 2009 və 2010-cu illərdə ölkədə korrupsiyanın vəziyyəti ilə bağlı böyük sorğular keçirmişik və sorğuların nəticələri internet saytımızda yerləşdirilib. Bizim həmçinin Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu, Korrupsiyaya Qarşı Mübarizə Komissiyası ilə yaxşı əlaqələrimiz var. Ancaq bəzi dövlət orqanları var ki, onların korrupsiya ilə mübarizə sahəsində ictimai təşkilatlarla əməkdaşlığı yox səviyyəsindədir. Məsələn, böyük bir struktura malik İqtisadi İnkişaf Nazirliyi, Nəqliyyat Nazirliyi kimi iri dövlət qurumları korrupsiyaya qarşı mübarizə tədbirlərinə demək olar ki, dəstək vermir. Biz həm bu nazirlikdən, həm də digər qurumlardan, o cümlədən Vergilər Nazirliyi tərəfindən müəyyən addımların atılmasını gözləyirik. Həmçinin Ədliyyə Nazirliyi və prokurorluq orqanları ilə əməkdaşlıq əlaqələri bir qədər də genişlənməlidir. Nəzərə alsaq ki, həm prezidentin müvafiq sərəncamında, həm də Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının tövsiyələrində dövlət qurumlarının antikorrupsiya tədbirlərində vətəndaş cəmiyyəti ilə birgə işləməsi əsas istiqamətlərdən sayılır, onda bizim həmin təşkilatlardan bunu tələb etmək hüququmuz var. Ona görə də dövlət orqanları bu istiqamətdə addımlar atmalıdır.
Elxan SALAHOV

1244