Astara şəhərində 6 nömrəli məktəbin gözətçisi məktəbin direktoru Ülviyyə Bayramovanı bıçaqlayıb.
Bu barədə Lent.az-a Astara şəhər sakinləri məlumat verib.
Müxtəlif dərəcəli xəsarətlər alan direktor xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı, bıçağın daxili orqanları ciddi zədələmədiyi bildirilib.
Qeyd edilib ki, Ülviyyə Bayramovanı bıçaqlayan gözətçi məktəbin katibəsi Validə Məmmədovanın həyat yoldaşıdır. Bir müddət əvvəl Validə Məmmədova sosial mediada və KİV-də Ülviyyə Bayramovanı rüşvət və korrupsiyada ittiham edibmiş.
Katibə (kargüzar) Validə Məmmədova
Bundan sonra prokurorluq tərəfindən məktəbdə araşdırma aparılıb və iddialar təsdiqini tapmayıb. Ülviyyə Bayramova isə məktəbin katibəsini xüsusi ittiham qaydasında məhkəməyə verib. Məhkəmənin hökmü ilə Validə Məmmədova böhtan əməlində təqsirli bilinərək cəzalandırılıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı Halik Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Qeyd edək ki, hadisə ilə bağlı rayonun “Gənc Alimlər” təşkilatı da bəyanat yayıb.