Restoranlardan 16 ayı yığışdırılıb
Vəhşi təbiətdən heyvanların götürülməsi və istirahət kompleksləri, restoran, kafe, eləcə də digər iaşə obyektlərində müvafiq icazə olmadan saxlanılması qadağandır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları respublika ərazisində növbəti reyd keçiriblər.
Reyd zamanı Beyləqan rayonunda fəaliyyət göstərən “Həyat” restoranından 2, Qax rayonu ərazisində fəaliyyət göstərən “Edem” istirahət mərkəzindən isə 1 ayı müsadirə olunaraq götürülüb. Qanunu pozmuş şəxslər “Heyvanlar aləmi haqqında” qanuna müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunublar.
Nazirlik bildirir ki, ümumilikdə noyabrın 5-dən respublika ərazisində keçirilən reydlər zamanı, ümumilikdə 16 ayı, 1 qartal, 3 muymul quşu, 1 ceyran, 1 dələ və 3 canavar müsadirə olunaraq götürülüb.
Təkcə bir ayının reabilitasiya edilərək, təbiətə öyrəşdirilməsi böyük zaman və vəsait tələb edən bir işdir. Məsələn, qonur ayını qeyri-sərbəst şəraitdə sağlam qida ilə təmin etmək üçün gün ərzində 0,5 kq ət, 1 kq balıq, 3 kq çörək, 1 kq göyərti, 20 qr sümük unu, 1 kq yulaf, 3 kq süpürgə, 3 kq ot, 2 kq kartof, 1 kq yerkökü, 0,5 kq çuğundur, 1 kq kələm tələb olunur. Beləliklə, bir ayının bir aylıq qida rasionunun dəyəri 450-500 manat təşkil edir.
Təcrübə göstərir ki, ayı insanlar tərəfindən çox asan əhliləşdirilir, ələ tez öyrəşir və tezliklə insanlardan asılı vəziyyətə düşür. Sonra isə bu vəhşi heyvanı təbiətə uyğunlaşdırmaq və yenidən sərbəst həyat tərzi keçirməyə sövq etmək asan olmur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi müsadirə olunan çoxlu sayda heyvanları Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında uzun müddət saxlayaraq vəhşi təbiətə qaytarmağa hazırlamalı olur. Nazirliyin büdcəsində belə məqsədlər üçün vəsait nəzərdə tutulmayıb və klinikada saxlanılan heyvanların qida ilə təmin olunması nazirliyin daxili imkanları və əməkdaşlarının entuziazmı hesabına həyata keçirilir. Bu səbəbdən heyvanları qəfəsdə saxlayan obyekt sahiblərinə cərimə tətbiq olunmaqla yanaşı, bundan sonra müsadirə olunmuş heyvanların reabilitasiya xərclərinin onlar tərəfindən ödənilməsi üçün qanuna müvafiq tədbirlər görülür.
Nazirlik heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində qanunvericiliyə, müəyyən edilmiş norma və qaydalara riayət olunmasına dövlət nəzarətini gücləndirmək məqsədi ilə bu sahədə hüquqi məsuliyyəti artırmaq və tətbiq olunan müvafiq cəzaları sərtləşdirmək üçün “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihəsi və "Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması Qaydaları"na əlavələr olunması barədə” Nazirlər Kabinetinə müvafiq qərar layihəsini təqdim edib.

682