QMİ Qurban kəsilməsi qaydalarını izah edib və əhaliyə tövsiyələr verib
QMİ-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, fətvada QMİ və onun rəhbərliyi Azərbaycan xalqını və bütün müsəlmanları bir daha təbrik edib. Fətvada bildirilir ki, qurban kəsmək əsasən Məkkədə hacılara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş əməllərdən hesab olunur: “Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır”.
Fətvada vurğulanır ki, qurban kəsilən heyvan sağlam və kök olmalıdır: “Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır”.
Fətvada xatırladılır ki, beş-altı adamın cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsməsi çox yerlərdə el adətinə çevrilib: “Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır. Şərikli kəsilən qurbanın hər şərikə çatan payı da üç hissəyə bölünməlidir”.
Fətvada deyilir ki, bir qayda olaraq qurban kəsərkən heyvanı üzü qibləyə doğru uzatmaq, qoyunun ayaqlarından birini azad saxlamaq, iribuynuzlu heyvanın isə dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına bıçaq qoyularkən yaxşı olar ki, Qurban duası oxunsun və ya heç olmazsa “Bismillah” deyərək kəsilsin: “Azərbaycanda hər iki məzhəb daşıyıcılarının olması və onların hüquqlarının demokratik şəkildə təmin edilməsi məqsədilə dövlətimiz rəsmi olaraq iki gün - 16-17 noyabr tarixlərini Qurban Bayramı münasibətilə qeyri-iş günü elan edib. Bu günlərin hər birində hər kəsin öz əqidəsinə uyğun olaraq qurban kəsməsi və bayram namazı qılması məqbuldur. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində qurbanlıqların kəsilməsini baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edəsiniz. Həmçinin qurbanların uşaqların gözü qarşısında kəsilməməsi məsləhətdir. İnsanı öz Yaradanına yaxın edən Qurban bayramının sevincini qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza, maddi sıxıntı çəkən insanlara da yaşatmaq, onu hamı ilə birgə könül xoşluğu ilə keçirmək Allaha xoş gələr. Qurban kəsməyə imkanı olmayanların Qurban günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir. Allah-Təala insanların mənən saflaşması və həmrəyliyinə nail olması məqsədilə qərar verdiyi bu bayram günündə kəsdiyiniz qurbanları qəbul etsin. Amin!”

1465