Super Kubok oyununda arılar hakimə hücum etdi - VİDEO
30 aprel 2025 12:20 (UTC +04:00)

Super Kubok oyununda arılar hakimə hücum etdi - VİDEO

Hindistan Superkubokunda “Mumbai Siti” və “İnter Kaşi” komandaları arasında keçirilən oyun arıların hücumu səbəbindən iki dəfə təxirə salınıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, ilk hücum 28-ci dəqiqədə, hakim arı sürüsündən meydanın mərkəzinə doğru qaçmağa başladığı zaman baş verib.

Oyun 4 dəqiqədən sonra davam edib, lakin arılar geri qayıtdıqdan sonra yenidən dayandırılıb. Eyni hakim yerə yıxılıb, komandalardan birinin üzvü onu dəsmal ilə örtməyə qaçıb.

Nəticədə oyunun hakimləri sarı formalarını qaraya dəyişiblər və oyun 44-cü dəqiqədə bərpa olunub. İlk hissəyə 14 dəqiqə əlavə edilib. “Mumbay Siti” 1:0 hesabı ilə qalib gələrək turnirin yarımfinalına yüksəlib.

2018-ci ildən Federasiya Kubokunu əvəz edən Hindistan Superkuboku keçirilir. Superkubokun qalibi Hindistanı Asiya Futbol Konfederasiyası tərəfindən keçirilən ikinci ən böyük klub yarışı olan AFC Çempionlar Liqası 2-də təmsil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar