"Bayer" baş məşqçi postuna əsas namizədi seçib.
Lent.az bildirir ki, "Sky Sport Germany"un xəbərinə görə, Xabi Alonsonun "Real"a keçəcəyi təqdirdə "əczaçılar"ın rəhbərliyi İmanol Alquasili gətirməyi planlaşdırır.
Alquasil 6,5 ildən dən sonra bu yay “Real Sosyedad”dakı vəzifəsini bitirməyi planlaşdırır.
Xabi Alonso 2025-ci il Klublararası Dünya Çempionatından sonra “Real”ın baş məşqçisi vəzifəsinə keçə bilər. O, 2022-ci ilin oktyabrında "Real Sosyedad"ın gənclər komandasını çalışdırdıqdan sonra "Bayer"in baş məşqçisi olub.