Azərbaycanlı tələbədən rüşvət alan dosentlər HƏBS OLUNDU
30 aprel 2025 10:42 (UTC +04:00)

Azərbaycanlı tələbədən rüşvət alan dosentlər HƏBS OLUNDU

Rusiyada Sankt-Peterburq Tibb Universitetinin iki müəllimi rüşvət üstündə həbs edilib. 

Lent.az yerli mediaya istinadla bildirir ki, 10 ölkədən 20-yə yaxın tələbə dindirilmək üçün İstintaq Komitəsinə gətirilib.

Məlumata görə, həbslər Sankt-Peterburq Dövlət Pediatriya Tibb Universitetində həyata keçirilib. Saxlanılan ilk şəxs 29 yaşlı Türkmənistan vətəndaşı Azizbek Madaminov olub. 

O, rüşvətxorluqda vasitəçi olmaqda şübhəli bilinir. Əzizbek kəsiri olan tələbələrdən rüşvət almaqda ittiham olunur. Aprelin 17-də 24 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı da analoji cinayət törətdiyinə görə saxlanılıb. Hər iki şəxs həbs edilib.

Aprelin 21-də təhlükəsizlik qüvvələri universitetin iki müəllimini saxlayıb: anatomiya kafedrasının 49 yaşlı dosenti İvan Dimov və farmakologiya kafedrasının 40 yaşlı dosenti Nikanor Lavrov. Müəllimlərə qarşı rüşvətxorluğa görə cinayət işi açılıb.

Bir həftə sonra rüşvət işi ilə bağlı 18 tələbə istintaq şöbəsinə gətirilib. Onların arasında 6 Rusiya vətəndaşı ilə yanaşı, İran, İordaniya, Azərbaycan, Qana, Türkmənistan, İsrail, Gürcüstan və Özbəkistan vətəndaşları da var. Hələlik onlar şahid statusundadırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4099

Oxşar yazılar

4 uşaq qazdan zəhərləndi, ikisi öldü

4 uşaq qazdan zəhərləndi, ikisi öldü

14 iyun 2025 , 17:45
Lənkəranda yeniyetmə dənizdə boğuldu

Lənkəranda yeniyetmə dənizdə boğuldu

14 iyun 2025 , 17:33
İrandan qarpız gətirən maşından 207 kilo narkotik  çıxdı

İrandan qarpız gətirən maşından 207 kilo narkotik çıxdı

14 iyun 2025 , 16:58
Aktyor göldə boğulub öldü

Aktyor göldə boğulub öldü

14 iyun 2025 , 16:49
Kürdəmirdə iki qəza olub, bacı-qardaş yaralanıb

Kürdəmirdə iki qəza olub, bacı-qardaş yaralanıb

14 iyun 2025 , 16:43
Bakıda azyaşlı binadan yıxılıb öldü

Bakıda azyaşlı binadan yıxılıb öldü

14 iyun 2025 , 15:32
Bakıda mağazanı qarət edən qadınlar tutuldu

Bakıda mağazanı qarət edən qadınlar tutuldu

14 iyun 2025 , 15:14
Qonaqlığa pulları çatmadı, araq və kolbasa  oğurladılar

Qonaqlığa pulları çatmadı, araq və kolbasa oğurladılar

14 iyun 2025 , 14:36