Lənkəranda baş verən intihar hadisəsinin təfərrüatları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, 36 yaşlı Nigar Heydərova yaşadığı evin həyətindəki yarımtikilidə özünü asıb.
Mərhumun 3 uşaq anası olduğu bildirilir. Lakin onun hansı səbəbdən özünü öldürdüyü bilinmir.
Hazırda araşdırma aparılır.
***
12:38
Lənkəranda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Ləj kəndində baş verib.
Kənd sakini 36 yaşlı Nigar Heydərova yaşadığı evdə özünü asıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.