Kamran Əliyev Çinə gedən prokurorlarla görüşdü - FOTO
30 aprel 2025 14:34 (UTC +04:00)

Kamran Əliyev Çinə gedən prokurorlarla görüşdü - FOTO

Aprelin 30-da Baş prokuror Kamran Əliyev 20-28 aprel tarixlərində Çin Xalq Respublikasında tədris səfərində olan nümayəndə heyəti ilə görüşüb.

Lent.az xəbər verir ki, Baş prokuror bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri nəticəsində iki ölkə arasında bütün sahələri əhatə edən əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Bu xüsusda, prokurorluq orqanları arasında ikitərəfli münasibətlərin inkişafı və “Azərbaycan Respublikasının Baş Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında” Anlaşma Memorandumunun icrası məqsədilə prokurorluq əməkdaşlarının tədris səfərinin önəmi qeyd edilib.

Qarşılıqlı müzakirələr formatında keçən görüşdə prokurorluğun müxtəlif struktur qurumlarının əməkdaşları tərəfindən səfər zamanı əldə olunan səmərəli təcrübə ilə bağlı Baş prokurora məruzə edilib.

Məruzələrdə xüsusilə Çin prokurorluq sistemində süni intellekt texnologiyalarının tətbiqi, kriminalistika sahəsində qabaqcıl metodlar, ictimai maraqların müdafiəsi, dövlətin hüquqi maraqlarının təmin olunması məqsədilə prokurorluq tərəfindən mülki iddiaların qaldırılması, eləcə də hüquqi tədris və elmi tədqiqat sahəsindəki yanaşmaların Azərbaycan prokurorluğunun mövcud təcrübəsi ilə müqayisə və müzakirələr aparılıb.

Yekunda Çinlə qarşılıqlı hüquqi əməkdaşlığın genişləndirilməsinin və təcrübə mübadiləsinin aparılmasının hər iki ölkənin prokurorluq orqanlarının fəaliyyətinə müsbət töhfə verəcəyindən əminliyini ifadə edən Baş prokuror hüquqi sahədə beynəlxalq təcrübə mübadiləsinin bundan sonra da diqqət mərkəzində saxlanılacağını qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2370

Oxşar yazılar

41 dərəcə isti,  yağış, şimşək... - FAKTİKİ HAVA

41 dərəcə isti, yağış, şimşək... - FAKTİKİ HAVA

30 iyul 2025 , 09:39
İyulun sonunda yeni həyata başlayacaq  BÜRCLƏR

İyulun sonunda yeni həyata başlayacaq BÜRCLƏR

30 iyul 2025 , 09:09
Bakının bu yollarında  tıxac var

Bakının bu yollarında tıxac var

30 iyul 2025 , 08:12
Cəbrayıla növbəti köç

Cəbrayıla növbəti köç

30 iyul 2025 , 07:33
Yayın sonuna qədər pulla bağlı bəxti gətirəcək  BÜRCLƏR: siz onlardansınız?

Yayın sonuna qədər pulla bağlı bəxti gətirəcək BÜRCLƏR: siz onlardansınız?

30 iyul 2025 , 01:02
Din xadimi  üç qızını zorladı,   biri deyir: "Bu ritual idi"

Din xadimi üç qızını zorladı, biri deyir: "Bu ritual idi"

29 iyul 2025 , 19:59
Bu tarixdə doğulanların  ruhani gücü   var

Bu tarixdə doğulanların ruhani gücü var

29 iyul 2025 , 18:57
Gizli gücü olan  nüfuzlu BÜRCLƏR

Gizli gücü olan nüfuzlu BÜRCLƏR

29 iyul 2025 , 18:21