Mürgülü mömin, masada qalan qurban əti və qürurun sərhədi - REPORTAJ
Əvvəli:
1-ci hissə http://www.lent.az/news.php?id=48356
2-ci hissə http://www.lent.az/news.php?id=48461
Geri qayıdırıq
«Svetofor»ların işləmədiyi, yollarda kimin ağlına necə gəldi, elə də maşın idarə elədiyi, buna baxmayaraq, yollarda bircə dənə də qəzanın baş vermədiyi, bahalı restoranlarında boşqab, çəngəl-bıçaq, dükanlarında çörək tapılmayan sirli Məşhəd şəhərində son saatlarımızı da yola verdik. Ziyarətimizi eləyib, «Məşədi» diplomumuzu alıb, otel inzibatçısı, gülərüz ağayi Əkbərlə sağollaşıb, təzədən avtobusumuza cəm oluban, geri qayıdırdıq. Məqsədimizə çatmış olsaq da, yolumuz və ziyarətlərimiz hələ bitməmişdi. Zəvvarbaşımızın anonslarına görə, Məşhədə çatana qədər neçə ziyarətgah gəzmişdiksə, elə o qədərini də geri qayıdanda dolanacaqdıq. Və hələ qarşıda ən azı üç gün, üç gecə avtobusda yatmaq, avtobusdaca yemək məsələsi var idi.
Bu arada, qollarımı çırmalayıb, babat bir müşahidə elədim ki, gələndə yük yeri boş olan avtobusun baqajı indi ağzına qədər doludur: yükə baxıb, sahiblərini öyrənəndə, zəvvarlardan hansının xalça, hansının xırdavat, hansının şirniyyat, hansının cehizlik mal alverçisi olduğu məlum oldu.
Beləcə, gecəni-gündüzü, öynələri qarışdırdığımız gecələrin birinin səhəri gözümü avtobus oturacağında açanda, salonda tək-təkcənə olduğumun fərqinə vardım. Avtobus dayanmış, sürücü və bütün heyət harasa çıxıb getmişdilər. Üstəlik, avtobusun hər iki qapısı da bağlı idi.
Pəncərədən baxanda, şüşənin o tayında xudmani, abad, təmiz bir şəhər görünürdü. Yaxınlıqdakı parkda quraşdırılmış idman qurğularına dırmaşmış çadralı qadınlar idmanı imitasiya etməklə məşğul idilər. Parkda yerdəncə salınmış adyalların üstündə iki-bir, üç-bir oturmuş insanlar çay içir, nəsə yeyir, danışıb-gülürdülər. Şəhərin bir başından payız günlərinə heç uyğun olmayan narıncı, isti bir Günəş çıxırdı.
Yarım saatdan sonra, bürküdən, havasızlıqdan, susuzluqdan gözüm qaraldı. Bir müddət avtobusda vurnuxduqdan sonra, axır ki, kimsə o taydan qapını açdı. Birtəhər düşüb, bir-iki udum hava alandan sonra bu adamın Vəli əmi olduğunu gördüm. Adamların hara yox olduğunu soruşanda, kişi gülə-gülə:
- Ağız, bura turistmi gəlifsən?! Niyə oyanıf, ziyarətini eləmersən? Uce Rey şəhərindəyik eee, bura doludu ziyarətgahlarnan. Camahat ziyarətlərə, pirlərə gedif. Səni də oyada bilmədilər, çıxıf getdilər. Gəl, gəliynən, əminnən burada bir stəkan çay iç… olmaz sənin zəvvarlığınnan!
Yerdəncə adyalımızı sərib, oturduğumuz, sonra qalxıb, dolaşdığımız Rey İranda gördüyüm şəhərlər arasında ən rahatı oldu. Burdakı insanlar küçələrdə sərbəstcə dolaşır, xoşlarına gələn, gözlərinə mənzərəli görünən yerdəcə süfrə, adyal sərib əyləşir, uzanıb-dincəlir, yaxınlıqdakı səyyar su, yemək satıcılarından nəsə alıb-yeyir, kefləri istəyəndə də ədyallarını bükərək, qoltuqlarına vurub, gedirdilər. Bütün Rey başdan-başa elə bil istirahət düşərgəsi idi.
«İkiayaqlı restoran»
Reydə gözümə dəyən ən maraqlı şeylərdən biri də «ikiayaqlı restoranlar» oldu. bir də gördün çiynində kisə daşıyan bir kişi qəfildən kisəsini yerə atıb, oturdu. Kisəni açıb oradan bir kirəqaz, bir qab su, bir qazan, bir torba ərzaq, bir süfrə arası lavaş çıxartdı. Kirəqazı alışdırıb, suyu qazana tökərək oda qoydu. Sonra düyünü suda qaynadıb, süzdü. Bu müddət ərzində yoldan keçənlərin əksəriyyəti əllərindəki istənilən bir əşyanı altlarına salıb, onun yanında özlərinə yer eləyirdilər. Yemək bişəndə kişi kəfkirlə qazandan yemək götürüb, lavaşın arasına qoyur və yanında oturan adamlara uzadırdı. «Müştəri»lər yeyib-doyandan sonra pulunu ödəyib, əlinin yağını üst-başına silərək, çıxıb-gedir, kişi isə «kisə-restoranını» yığışdırıb, çıxıb-gedirdi. Sonradan öyrəndim ki, belə ucuzvari, səyyar restoranlar təkcə Reydə deyil, bütün İranda geniş yayılıb.
Ziyarətgahlara axışan zəvvarlar hamısı birdən deyil, bir-bir, iki-iki qayıdırdılar. Ziyarətgahların yanında bolluca dükan-bazar olduğundan, pirlərdən çıxan arvadlar tezcənə özlərini oralara vermişdilər. Hamıdan tez qayıdan şəmkirli Seyid qadınların bu məsuliyyətsizliyinə əsəbiləşmişdi, hirsindən əsim-əsim əsirdi. Biz onun bu qəzəbini zarafata salsaq da, elə yolun ortasındaca qəfildən Seyidin bədəni qıc oldu. Heyətdəki kişilər birləşib, birtəhər onu özünə gətirdilər.
Özlərini dükan-bazara vermiş arvadlarımızı gözləyə-gözləyə diricə bir günümüzü Rey şəhərində yola verdik.
Hamımız yorulmuşduq. Yorğunluq, vaxtı-vaxtında qidalanmamaq, narahatlıq, yuxusuzluq, avtobusdakıların əsəbləri sıradan çıxarmışdı. Zəvvar «bacı-qardaşlar» az qala bir-birinin ətini didir, zəvvarbaşılar (ər-arvad ikisi də) dişlərinin acısını addımbaşı üstümüzə tökür, hər saatdan bir özünü yaxşı aparmayan kimisə gözaltı eləyib, üzünü it üzü kimi danlayırdılar. Qadınların əksəriyyəti çadra, yaylıq örtməkdən bezmişdilər. Üstəlik, davranışların hər dəqiqə fikir verməli olduqları üçün, qadınlı-kişi hamı bərk gərgin idi.
Bu gərginlik Nişapur şəhərində dayanıb, İmam Rzanın qədəmgahında qurban kəsəndə partladı. Zəvvarbaşılarla zəvvarlar arasında başlamış mübahisə üzündən tanış kafelərin birində bişirtdiyimiz qurban əti elə masadaca qaldı, hirsindən müqəddəs yeməyə əlini vuran da olmadı.
Arvadlar bir yana, mən ilk günlər əyləncəli, ekzotik görünən çadra və yaylıq məsələsindən artıq boğaza yığılmışdım. Addımbaşı açdığım yaylığı gah avtobusdakı qadınlar, gah Kərbəlayinin qınağı, təhriki ilə təzədən bağlamalı olurdum. Örtüyün məcburiyyətə çevrilməyi məni artıq əsəbiləşdirirdi. Amma İslam ölkəsinin ərazisində olmağımız, mənə deyil, onlara haqq qazandırırdı və ömrümdə bəlkə də ilk dəfə, dilimi dinməz qoyub, əmrə tabe olurdum. Əlim-qolum bağlanmışdı.
İki gündən sonra gecəyarısı avtobus qəfil dayandı. Zəvvarlar abdəstxanaya baş çəkmək üçün yaxınlıqdakı məscidin həyətinə doluşdular. Avtobusdan düşəndə udduğum havada nəsə tanış bir şey vardı. Bir az təravət, bir az nəmişlik, bir az sərinlik. Hər nə idisə, günlərdir udduğumuz quru, ağır havaya heç oxşamırdı. Vəli əmidən harada olduğumuzu soruşdum. Sürücümüz öz bədəninə, çəkisinə, görünüşünə qətiyyən uyğun olmayan incə, yumşaq təbəssümlə gülümsədi:
- Bilerəm, niyə soruşorsan, a Günel! Astaradayıq, Azərbaycanın havası gəler burnuna, heyləmi? Darıxmaynan, yaxınnaşerıx. Savaxları canınızı qurtarajam bu çadradan!
Qınamasaydılar, Vəli əmini bərk-bərk qucaqlayıb, öpərdim.
Sübhün gözü açılmamış Astaraya çatıb, İran sərhədini keçdik. Diqqətlə pasportları yoxlayan cavan sərhədçi bu dəfə mənə irad tutdu:
- Xanım, bu nə yaylıq bağlamaqdı?! Başınızı axıra kimi örtün də. Harda olduğunuzu bilmirsiz?
Yenə qırıla-qırıla qaldım. Oğlana bir-iki duzlu söz demək istəsəm də, hələ də İslam ölkəsində olmağım əl-qolumu bağladı.
Zəvvarları xata-bəlasız sərhəddən keçirməyinə bir addım qalmış problem yaşamaq istəməyən Kərbəlayi qəzəblə üzümə baxdı və hirsimdən dil-dodağımı gəmirə-gəmirə pasportumu alıb, sərhədi adladım.
Axır ki biz tərəfdə də son sənədləşdirməni yola verib, avtobusa doluşduq. Avtobus sərhəd məntəqəsinin ərazisindən çıxdı. Başımı açdım. Video çəkilişlərini hələ davam etdirmək istəyən Kərbəlayi acıqla üzümə baxıb, başımı bağlamağım üçün işarə elədi. Yaylığımı əlimdə yumruladım:
- İndi biz Azərbaycan ərazisindəyik. Mənim vətənim İslam qanunları ilə yox, konstitusiya ilə idarə olunur. Və bu ölkədə hamının istədiyi yerdə başıaçıq oturmaq hüququ var. Elə bu avtobusda da!
Bunu deyib, yaylığı tulladım. İçimdə Azərbaycanda yaşamağın qüruru vardı. Amma acı şey də vardı içimdə: bu qüruru duymaq üçün mən mütləq hansısa İslam ölkəsini görməliydim.
Bir gün dünyanın ən azad, ən ədalətli, ən rahat adlanan ölkəsindən qayıdanda da bu duyğunu eyni əminliklə yaşayacağıma inanmaq istədim…
O ki, qaldı zəvvarlıqdan sonrakı dini qənaətlərimə…
Tanıyanlar bilir, tanımayanlara məlum olsun ki, yazarınız o gözəgörünməzin ən əməli-saleh bəndələrindən birincisi olmasa da, birisidir. Zarafat bir qırağa, doğrudan da ağlım kəsəndən içimdə başını aşağı salıb, bala-bala mürgü döyən təvazökar bir mömin olub. Amma mən qəzəbli və qaramat müsəlmanların inandığı, «o biri dünyada şər əməllərimizin müqabilində bizi cəhənnəm alovunda yandıracaq» qisascıl, əlidəyənəkli qüvvə təsəvvürlərinə deyil, ilahi ədalətə inanmışam. Və həmişə inanmışam ki, hamının içində öz fərdi Allahı var və hər insanın içindəki Allahı onun özünə oxşayır.
Allahınız ürəyinizcə olsun!
Məşədixanım Günel Mövlud

1071