“Quşlar öpüşəndə az qalıram üzümü çevirim” - REPORTAJ
Onun fikri gecə də, gündüz də quşların yanındadı. Çünki o, “quş xəstəliyi”nə yoluxub. Ağılı kəsəndən belə davam edir. Hər gün quşlarla olur, onlarla birgə nəfəs alır...
53 yaşı var həmsöhbətimin, ticarətlə məşğuldu. Amma yorğunluğunu çıxarmaq, fikrini dağıtmaq, rahatlaşmaq istəyəndə quşların yanına gəlir, çünki o, bazdır – quşbaz, öz işinin bazı, həvəskarı – mahir quşbaz... – Mahir Qurbanov... Söhbət qanadlı quşlardan gedir, sülh rəmzi, məhəbbət əlaməti olan göyərçinlərdən...
Mahir Qurbanov Bakının məşhur məhəllələrindən olan “Papanin”də yaşayır. Günü pis keçmir. Köhnə Bakıya aid olan quşbazlıqla da məşğul olur. Deyir, bu, adi həvəs deyil, sənətdi – quşbazlıq sənəti: “Əsl sənət əsl həvəsdən yaranır. Sənəti isə sənətkarlar yaşadır”.
O, quşbazlıq sənətkarıdır. Quşlar haqqında hər şeyi bilir. Belə bir adamı tanımaq, amma onunla söhbət eləməmək bəlkə də günah olardı. Söhbət etdik onunla. Necə danışıb, nə deyib eləcə də nəql edirəm...
- Doğulan gündən həyətimizdə quş görmüşəm, atamın, əmilərimin həvəsi vardı, sonra mən davam etdirdim. İndi 100 olar sayları... Quş var ki, qəşəng görünüşü var, eləsi də var saatlarla uçur. Məndə biri vardı, düz 12 saat havada qalırdı. İndikilərdən ən çox uçanı 9-10 saat tab gətirir. Elə göyərçin də var ki, qəşəng oynayır, havaya buraxırsan heç uçmur, dimdik oynaya-oynaya (havada yuvarlanaraq N.R) qalxır göyün üzünə, eləcə də qayıdır. Elə bundadı ləzzət...
“Quşların arasında da homoseksuallar varmış”
- Onların da öz ailəsi olur, mənə elə gəlir ki, onların hissləri insanlarınkından daha güclüdü, daha safdı. Bax orda öpüşürlər, o tərəfdə də ikisi öpüşür. Bir-birinə elə sarılırlar ki, az qalırsan üzünü çevirəsən... Ana göyərçin bala verməyəndə, xoruz onu qabağına qatıb qovur, danlayır ki, qırt düşsün... Sonra da öz cinsi əlaqələrini eləyirlər. Sənə deyim ki, bunların saf hissləri gözlərindən oxunur...
...Elə xoruzlar da var ki, ancaq xoruzların altında yatır. 4-ü var belə... Adlarını da petux qoymuşam, “qara petux”, “çilli petux”. Elə bilirsən tək insanlardadı belə? Quşlarda da demokratiyadı da. Göyərçinlərin də arasında mavilər, nə bilim başqa-başqa şeylər olur. Özü də həmin o “petuxlar” fərələrə yaxın durmurlar, ana-bacı kimi gəzişirlər ortalıqda...
...Göyərçinlər çox həssasdı, tez-tez xəstələnirlər. Cürbəcür xəstəlikləri olur: zigil, gözlərinin tutulması, qarın açılması, iflic, yaralar, boğaz şişməsi... Əsas dərmanımız isə “peroksid”dir. Yara, şişmə olan zaman “peroksid”lə yuyuruq, keçir. Bir də görürsən sağaltmaq olmur, ölür. İnanırsan onlara nə isə olanda, xəstələnəndə özümə yer tapa bilmirəm, gecə gözümə yuxu getmir... İndi ən çox boğaz şişməsi yaranıb, yazıq quş boğulub ölür...
...Mənimkilər günə 3-4 kilo dən yeyirlər, imkan olanda göyərti də doğrayıb verirəm, olanda qarğıdalı, semiçka da verirəm. Amma onların daha çox bağda-həyətdə yaşamağa ehtiyacı var, hayıf ki, buna imkanım çatmır. Papanində bağ-həyət nə gəzir, balaca həyətim vardı, ev tikdim vermişəm kirayə, indi durduğumuz da həmin evin üstüdü aşağıda kirayənişinlər yaşayır, yuxarıda quşlar, pis də yol getmirlər, Allah kasıbçılığın üzünü qara eləsin, Mənim də imkanım olsaydı yaxşı şərait yaradardım bunlarçün...
“10 manata Tacir Şahmalıoğluna satdım”
Bəlkə də ehtiyac üzündən insanlar həvəslərindən üz döndərib. Çox az adam var ki, sevdiyi işlə məşğul olur, həvəsində olduğu heyvanı, canlını saxlayır, ürəyi istədiyi vaxt ova gedir, balıq tutur daha nələr edir özüyçün...
Ağsaqqal quşbaz deyir ki, indi yalnız yaxşı pulu olan adamlar, imkanlılar həvəsinin dalınca düşür. O qədər tanınmış, imkanlı, vəzifəli adam tanıyır ki, meylini quşa salan, onların adını bura sala bilmərəm. Amma imkanlı, vəzifəli, pullu olmasa da, bu kiçik həyətdə Mahir kişi quşlara dam tikməyə, onlarçün meydança yaratmağa yer tapıb. Daha doğrusu, bura yerdən-torpaqdan xeyli hündürdədi - evin üstündə. Özü də kirayənişinlər yaşayan evin üstündə...
- O qədər tanınmış adamlar tanıyıram ki, quş saxlayırlar, özlərinin şəxsi quşbazları var. Əvvəllər Qara Şəhərdə idi, indi Sabunçudakı quş bazarına da gəlirlər quş almağa. Elə keçən bazar tanıyarsan, müğənni Tacir Şahmalıoğlu gəlmişdi, 1 dənəsini aldı 10 manata. Amma elə quşlarım var ki, 100 manata da vermərəm, heç onu bazara da aparmaram axı... Hansı ki, sıradan çıxır, xəstədi, aparıb satıram. Elə insan var ki, gəlib bizdən 5-10 manata alır, aparıb şadlıq evinə-zada baha qiymətə satır... toyda uçurdur. Bir də görürsən, sata bilmirəm quşu, elə Sabunçuda buraxıram havaya, evə gələndə görürəm ki, məndən tez çatıb. Sabunçu bazarına hər yerdən gəlirlər, rayonlardan Gürcüstandan, Dağıstandan gəlib alırlar...
“Lujkova 7 göyərçin apardım”
...Göyərçinlərin çox növü var: Bakı sortu, ağdöş, əbrəş, çili, paqonnıy çilli, boynugüllü, qaraquyruq, İran sortu, malakan sortu... özü də bizim saxladığımız sortlara maraq da çoxdu. Bir əmim oğlu var, Moskvada yaşayır – Alik. İnan, 1000 dənə quşu var. Havaya qaldıranda 700-ü birdən qaldırır. Özün də Lujkovla yaxşı münasibəti var. Bəlkə bilərsən, Lujkov da quş həvəskarıdı. Birində Alikə deyib ki, hər sort göyərçinim var, amma Bakı sortu yoxdu, mənə 7-8 dənə ver. Nə qədər eləyib, Alik verməyib, başını kəs adama bir yumurta da verməz. Axırı mənə zəng elədi ki, Mahir 7-8 dənə yaxşı “bakılı” gətir. Mən də apardım, verdim, biletimi almışdılar, oteldə saxladılar, gələndə də hər quşa görə 100 dollar verdilər... Sonra eşitdim ki, Lujkov quşlara görə əmioğluna bahalı binokl bağışlayıb. Bir tanış adam var, apreldə Ərəbistandan iki dənə göyərçin gətirmişdi ki, qulaqlarında sırğa da vardı. Nə isə, biri öldü deyəsən, birini də məmurlardan birinə satmışdı, daha doğrusu, onun quşbazına...
“Quşlarımızı da ermənilər apardı”
- İndi adamlar kimi quşlar da cılızlaşır, yaxşı sortlar azalıb. O vaxt ermənilər bilirsən nə qədər daşıyıb aparırdılar Ermənistana? Burda həyətlərində 200-300 göyərçin olurdu, bir də görürdün ki, qalmayıb. Nə bilim Krasnodara, Moskvaya... Axırıncı partiyanı Tümenə daşıdılar. Əmioğlu deyir Moskvada əl çəkmirlər ondan, pul da təklif edirlər ki, hamısını sat bizə. Amma nə olur-olsun, bizə məxsus olanı satmamalıyıq...
Quşbaz Mahir hər ay təxminən 200 manat xərcləyir quşlara, amma qazanır da. Kirayənişinlər yaşayan evin üstündə iki dam düzəldib, evin üstünü meydança eləyib göyərçinlər üçün, damların içinə lampa qoyub, meydançaya projektorlar yerləşdirib, bir sözlə ürəyini verib quşlara. Bir gün də biz bu döyüntüləri dinlədik, göyərçinlərin məsum gözləri, saf sevişmələri hələ də gözümün önündədi...
Nizam Rza
FOTO: Nizam Rza
[email protected]

3116