Bakı yollarında vurulan piyadalar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
31 oktyabr 2025 11:28 (UTC +04:00)

Bakı yollarında vurulan piyadalar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

0

Yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətindən asılıdır. Piyadalar üçün isə bu məsuliyyət daha da böyükdür, çünki onlar yolun ən müdafiəsiz iştirakçılarıdır.

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda piyadavurma qəzaları ilə bağlı görüntüləri yayaraq, onlara müraciət edib.

Müraciətdə deyilir ki, bəzən piyadalar yaxınlıqda keçid olduğu halda, müəyyən edilməmiş yerlərdən yolu keçərək həm öz həyatlarını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atırlar:

"Bir anlıq tələskənlik və ya diqqətsizlik çox zaman geri dönüşü olmayan nəticələrə gətirib çıxarır.

Unutmayaq ki, piyada keçidləri, işıqforlar və yol nişanları insan həyatını qorumaq üçün var. Onlara əməl etmək yalnız qanunun tələbi deyil, həm də öz həyatımıza və ətrafımızdakılara göstərdiyimiz dəyərin göstəricisidir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha hər kəsi məsuliyyətli olmağa çağırır:

- Yalnız müəyyən olunmuş keçidlərdən istifadə edin;
- Yolun hərəkət hissəsinə çıxmazdan əvvəl hər iki istiqamətə baxın;
- Ehtiyatı əldən verməyin.

Unutmayın – təhlükəsizliyiniz sizin davranışınızdan asılıdır!".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 584

Oxşar yazılar