Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası  necə seçilməlidir?
31 oktyabr 2025 15:00 (UTC +04:00)

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

0

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər.

Lent.az xəbər verir ki, ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır.

Yaş artdıqca dodaqlar təbii həcmini itirir, dodaq ətrafındakı dəri isə daha nazik və az elastik olur. Tünd və soyuq tonlar bu dəyişiklikləri kəskin göstərərək üzə yorğun görünüş verir. Əksinə, isti, açıq və yumşaq çalarlar daha təmiz və gənc effekt yaradır.

Gəncləşdirici ideal dodaq boyası rəngləri:

Şaftalı tonu - üzü isidir, dodaqları olduğundan dolğun göstərir

Zərif çəhrayı - demək olar ki, bütün dəri tonlarına uyğun gəlir, ümumi görüntünü təravətləndirir

Koral - üzə parlaqlıq və canlılıq verir

İsti alt tonlu krem nude - təbii və baxımlı gündəlik görünüş yaradır

Eyni zamanda, çox solğun nude tonlarından çəkinmək tövsiyə olunur ki, dodaqlar dərinin fonunda itib getməsin. Soyuq qəhvəyi və ya tünd borodo rənglər isə üzə yorğunluq əlavə edə bilər.

Təkcə rəng yox - tekstura da rol oynayır

Krem və nəmləndirici formulalar dodaqları baxımlı göstərir, çatların görünüşünü gizlədir

Saten və parlaq örtüklər işığı əks etdirərək vizual həcmi artırır

Mat dodaq boyaları yalnız yumşaq və elastik olanları seçilməli, həddindən artıq quru teksturalardan qaçınılmalıdır

Düzgün tətbiq texnikası da gəncləşdirici təsiri gücləndirir

Kontur qələmi ilə xəfif çərçivə vermək həcmi artırır.

Dodaq boyasını fırça ilə çəkmək rəngin bərabər yayılmasını təmin edir.

Dodağın mərkəzinə açıq ton və ya bir az parıltı əlavə etmək dolğunluq effekti yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 506

Oxşar yazılar