Bakıda dələduz maşın "alverçisi"  tutuldu
31 oktyabr 2025 11:49 (UTC +04:00)

Bakıda dələduz maşın "alverçisi" tutuldu

0

Bakının Suraxanı rayonunda iki nəfər dələduzluqla üzləşdikləri barədə polisə müraciət ediblər.

Lent.az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 27 yaşlı S.Hüseynov saxlanılıb.

Araşdırmalarla o, iki nəfəri maşın satacağı vədi ilə aldadaraq ümumilikdə 12300 manatlarını dələduzluq yolu ilə ələ keçirib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 538

Oxşar yazılar