Bakıdan maşın almaq istəyi  baha başa gəldi: Naxçıvanda 60 minlik  DƏLƏDUZLUQ - VİDEO
31 oktyabr 2025 09:33 (UTC +04:00)

Bakıdan maşın almaq istəyi baha başa gəldi: Naxçıvanda 60 minlik DƏLƏDUZLUQ - VİDEO

0

Naxçıvanda dələduzluq əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, aparılan araşdırmalarla əvvəllər də məhkum olunmuş 32 yaşlı Tural Bağırovun müxtəlif şəxslərə Bakıdan münasib qiymətə avtomobil gətirəcəyini vəd edərək onların etimadını qazandığı və bu yolla ümumilikdə 9 nəfəri aldadaraq 58500 manat məbləğində pul vəsaitini ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı Naxçıvan ŞPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar