Tərtərdə oğlan anasının  qızıllarını oğurladı
31 oktyabr 2025 16:26 (UTC +04:00)

Tərtərdə oğlan anasının qızıllarını oğurladı

1

Tərtərdə oğul anasını və qardaşını qarət edib.

Lent.az xəbər verir ki, hadisə Balakəngərli kəndində qeydə alınıb.

22 yaşlı Mətləb Xankişiyev (ad və soyad şərtidir) yaşadıqları evin hamam otağında anasına məxsus 1584 manatlıq, qonaq otağında isə qardaşına məxsus 1680 manatlıq boyunbağıları oğurlayıb. Sonra həmin qızılları lombarda qoyaraq, 1150 manat kredit götürüb.

Nəticədə Mətləb Xankişiyev barəsində Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsilə cinayət işi açılıb.

Məhkəmədə verdikləri zamanı zərərçəkənlər Mətləbi bağışladıqlarını və ona qarşı şikayətləri olmadığını bildiriblər.

Tərtər rayon Məhkəməsinin qərarı ilə cinayət işinə xitam verilib və təqsirləndirilən şəxs məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2020

Oxşar yazılar