Axirət yolunda son yoldaş - REPORTAJ
Bayaqdan taksiyə minmişəm, amma bu sürücü ağzına su alıb dayanıb, gözünü yoldan çəkmir, elə bil heç kim yoxdu maşında...
- Ay qardaş, nə olub axı? Bir dillən, radionu qoş... (Sürücü dəli kimi əl-qol atmağa başlayır. Kimdənsə qorunurmuş kimi qışqırıb-bağırır, maşını yolun kənarındakı ağaca çırpır)
- Neynirsən, ay kişi? Öldürmüşdün bizi...
- Bağışla, dönə-dönə üzr istəyirəm, mən dünənə kimi katafalk (cənazə daşıyan maşın) sürmüşəm, həmişə arxadakı meyit...
Xeyli iri olsalar da cəmi iki oturacağı var bu maşınların. Amma maşının əsas sərnişinləri oturmaq qabiliyyətlərini artıq itiriblər. Canını Əzrayıla tapşırmış mərhumlar maşının salonunda – tabutda uzanırlar. “Qara maşınlar” ölülərin qaranlıq dünyaya yolunu qısaldır. Dünyasını dəyişmiş insan fani həyatdakı cismani də olsa son anlarını bu avtomobillərin sürücüləri ilə keçirir.
Yalançı “məşədi”lər, “kərbəlayi”lər və “hacı”lar
El arasında “meyit maşını” kimi də tanınan “qara maşın”lara Bakıda daha çox “Göy Məscid” və “Təzə Pir” məscidi ətrafında rast gəlmək olar. Saatlarla, hətta günlərlə müştəri yolu gözləyən o biri dünyaya yolun yoldaşları çörək pulunu bu yolla qazanırlar. Ölü sahibini gözləyən sürücülər qəribə və maraqlı, həm də zəmanə ilə ayaqlaşan adamlardır.
Məşədi Sabir artıq bir neçə ildir ki, bu işlə məşğuldur. Günün böyük hissəsini “Göy Məscid”in ətrafında keçirən bu şəxsin adı Məşədi olsa da, heç bir ziyarətdə olmayıb. Sadəcə məscidin ətrafında işləyən hər kəsin dini “rütbəsi” olmalıdır deyir: “ Hamımız, bütün sürücülər yalançı məşədi, kərbalayı, hacıyıq. Heç birimizin dinə dəxlimiz yoxdur. Ölü yiyəsi gələndə, özümüzü belə təqdim edirik, onlara da xoş olur, bizim də işimiz gedir”.
“Məşədi” Sabir deyir ki, göstərdikləri xidmətin konkret qiyməti yoxdur. Bakı qəbiristanlıqlarına 50-60 manata gedirlər. Meyiti yuduzdurmağa aparıb-gətirmək də bura daxildi. Rayonlara da sifariş götürürlər. Bu zaman yol pulunun hesablaması 1 kilometrə – 1 manat prinsipi ilə aparılır. Orta hesabla rayonlara məsafə 200-300 kilometrdir ki, qiymət də elə bu qədər eləyir: “Yeri gələndə Gürcüstana da gedirik. Amma qiymət söhbəti bir az çətindi. Elə vaxt olub ki, körpə uşaq gətiriblər, bir qəpik də götürməmişəm. Amma kişi kimi deyirəm, bu varlılar ki var, çox xəsis olur, qurban olum mərd kasıba. Varlıların eləsi var ki, pul vermək istəmir, bütün günü ora-bura sürdürür, axırdada ağız büzür. Deyir bu sənin işindi də. Adam görmüşəm ki, atasını aparanda qorxub maşına minməyə. Soruşurlar ki, bəs qorxmursan? Deyirəm ki, ölülərdən yox, dirilərdən qorxmaq lazımdır”.
“Bir gün məni də bu maşınla aparacaqlar”
Sabir kişi onu da bildirdi ki, Rusiyada öldürülən bütün kriminal adamları, “vor” və lotuları məhz bu “qara maşın”larla aparırlar: “O, qədər oğlanlar olub ki? Hansını deyim, Hikmət, Cavanşir, Çingiz kimi oğullar aparmışam bu maşınla. Elə adamların cənazəsini heç vaxt adi maşına qoymazlar, ordan təyyarə qalxan kimi bizə burda xəbər eləyirlər”.
Həmsöhbətim doğma dayısı və bibisini də son mənzilə sükan arxasında aparıb. Amma işdi, daha əziz insanı dünyasını dəyişsə maşını yerindən tərpədə bilməyəcəyini deyir: “Bir gün məni də bu maşınla aparacaqlar. Onda heç nədən xəbərim olmayacaq. Ölüm hamı üçün var, ondan qorxmaq lazım deyil. Mən öləndə hansı maşınla yox, hansı adla getməyim vacibdir”.
“Uşaqlara deyirəm ki, ət iyi gəlir”
Səməd Vurğun küçəsində Bakı Dövlət Sirkinin yaxınlığında dayanan “qara maşın”lara insanlar birtəhər baxır. Ən çox da valideynləri ilə sirkə gələn uşaqlar maraqlanır. Öz aralarında isə “Hacı” Fariz adı ilə tanınan Fariz İsmayılov evdə uşaqlarını da aldadıb: “Onlara demişəm ki, yük daşıyıram. Hər axşam maşının havasını dəyişəndə yenə soruşurlar, deyirəm ki, ət iyi gəlir. Halbuki meyitin iyidi. Elə vaxt olur ki, iylənmiş meyit olur. 1 həftə burnumdan iy getmir”.
“Hacı” Farizi narahat edən uşaqların yox böyüklərin onlara qəribə baxmasıdır: “Bütün günü burda, yolun kənarındayıq. Camaat elə pis-pis baxır ki, elə bil xoxan-zadıq. Ən çox da marşurtdakı qızlar... Sən canın o, avtobusdan boylananlara bax. Az qalırlar desinlər ki, camaatı siz öldürürüsüz”.
Müslüm Maqomayevin, Nəsibə Zeynalovanın, Rasim Ocaqovun son maşını
Digər sürücülərdən xeyli cavan olan Farizin maşını da təzədir. Köhnə maşınını 2 il əvvəl satıb, əvəzinə “Hyundai” markalı yenisini alıb. Buna görə də, görkəmli adamları, tanınmışları qəbirstanlığa onun maşını ilə aparırlar: “Hansını deyim? Nəsibə Zeynalovanı, Müslüm Maqomayevi, Rasim Ocaqovu. Səməd Vurğunun yoldaşını, Nisə Qasımovanın anasını da mən aparmışam”.
“Qara maşın”ların sürücüləri arasında ən məzəlisi, deyib-güləni isə Sadiq idi. Elə bil hər gün meyit yox, bəylə-gəlin aparır maşınla. “Hacı” Sadiq hətta avtomobilin salonunda – tabut qoyulan yerdə uzanaraq şəkil də çəkdirmək istəyirdi. Amma razı olmadım, dedim başına gələn maraqlı bir əhvalat danış. O da yadına düşən bir əhvalatı nəql elədi: “Bir dəfə səhər saat 10 olardı, 30-35 yaşlı bir nəfər gəldi ki, nənəm ölür, yarım saata “hazırdı” gəl gedək. Nə isə getdik. Çatan kimi tabutu endirdilər, dedilər ki, keçinib, aparın məscidə yusunlar. Gəldik məscidə, amma meyiti yumadılar, dedilər ki, hələ ölməyib, istidi. Kor peşman qaytardım arvadı. Pul-zad da vermədilər. Amma nəvəsi nömrəmi götürmüşdü, 3 gündən sonra zəng elədi ki, vallah ölüb, gəl həmin ünvana. Getdim, gördüm ki, düz deyir. Bu dəfə pulu ikiqat aldım”.
“Məşədi” Sabirin vizitkası
“Qara maşın”lar-ın hamısı şəxsidir. Sürücülər deyir ki, kimlərisə “görməsələr” onları burda dayanmağa imkan verməzlər. Onların ən böyük problemi isə yol polisidir. Maşınları plyonkalandığından yol polisi əməkdaşları tez-tez onları saxlayır. “Məşədi” Sabir deyir ki, ən çox da rayonlardan qayıdanda, postda “ilişirlər”: “Rayona gedəndə kalonla gedirik, ona görə heç nə demirlər. Qayıdanda isə saxlayırlar, görüm-baxım elməsən əl çəkən deyillər. Amma meyit aparan maşının içinin görünməyi düz deyil axı. Kim istəyər ki, yaxınının cənazəsini hamı görsün. Ya da sən yolda gedirsən, xoşun gələr, durduğun yerdə tabut görəsən, kefin pozulsun”.
Mollalar, qəbir qazanlar, daş yonanlar, meyit yuyanlar və kimlər, kimlər...Onların hamısı ölü yolu gözləyir. Sən demə sürücülər də varmış bu kateqoriyada. Həmin sürücülər ki, onlardan biri – “Məşədi” Sabir redaksiyaya qayıdanda mənə öz vizitkasını da verdi.
- Hər ehtimala qarşı, lazım olsa zəng eləyərsən.
-...
Nizam Rza
[email protected]

1967