4 dəfə intihara cəhd edən gəncin dramı – HƏYAT HEKAYƏSİ
İntihar – çoxları üçün son, onun üçün isə bir adət. 19 yaşlı Kamran Rüstəmov həyatı boyu 4 dəfə özünə qəsd etməyə çalışıb. 4 dəfə həyatla ömür arasındakı “qapını döyüb qayıdan” Kamran yaşadıqlarını Lent.az-ın müxbirinə danışıb.
İntihar həvəsi, həyatdan bezmək, yaşamaq eşqi, ölüm marağının bir-birinə qarışdığı həyat hekayəsində nələr yoxdu...
İlk intihar cəhdi: 8 yaşlı uşağın ana həsrəti
Kamran Mingəçevirdə doğulub. Uşaqlığının ən yaddaqalan hadisəsi babasının ölümü olub. Babasının uzandığını, qohumlarının isə onun başına toplaşdığını görür. Heç nə başa düşmür. Daha sonra babası ilə oynamaq istəyən 5-6 yaşlarındakı uşaq “babam hanı?” soruşanda “getdi, sonra gələcək” kimi cavablar eşidir. Bu cavablar bəzən “baban ölüb” ifadəsi ilə əvəzlənirdi. Günlər keçir, Kamran babasını tapa bilmir...
Bir gün məktəbdən qayıdan 8 yaşlı uşaq evlərində anasını görmür. Nənəsi isə “anan gedib, birazdan gələcək” deyir. Valideynləri toya gedən azyaşlı Kamrana bunu bildirməyiblər ki, ağlayıb o da getmək istəyər. Bir neçə saat keçir, ana isə dönmür. Kamran babası öləndə ona deyilən “baban getdi, gələcək” ifadəsi ilə indi nənəsinin dediyi “anan getdi, gələcək” ifadəsi arasında oxşarlıq görür. Daha doğrusu, eynilik görür.
Anasının bir daha geri dönməyəcəyini fikirləşən Kamran özü onun yanına getmək istəyir. Mətbəxdən bıçaq götürüb, yataq otağına keçir. Uzanıb qarnını açır və bıçağı qarnına batırmaq istəyir. Sıxır, sıxır, qarnını deşməyə gücü çatmır. Bu dəfə bıçağı yataqda əli ilə dik saxlayır və özü onun üzərinə çıxır. Ağrıyır, qışqırtısına nənəsi otağa girir. Ölmür...
İkinci intihar cəhdi: kəndir, sabun, gilas ağacı
İlk cəhddən sonra - 2008-ci ilədək ömrü kitab oxumaqla keçir. Abituriyent hazırlıqları zamanı valideynlərinin onu dərs oxumağa yönəltməsinə baxmayaraq, Kamran ancaq bədii kitablar oxuyur. Ona Arximedin kəşfindənsə Markesin hissləri maraqlı gəlir. Heç bir elmə marağı olmayan Kamran ancaq ədəbiyyat oxuyur, saatlarla bədii kitabları vərəqləyir. Bəlkə də kitaba olan marağı anasının müəllim olmasından irəli gəlir.
Müəllim uşağı 2008-ci ildə ali məktəb imtahanlarından kəsilir. Kəsildiyi xəbərini eşidəndə pis olur. O, instituta qəbul olub, oxuyub, yazıçı olmaq istəyirdi. Yeganə arzusu bu idi. İndi isə bu şansının qalmadığını düşünür. Bir-iki həftə sonra özünü öldürmək qərarına gəlir.
Mingəçevirin sakit gecələrinin birində hər kəsin yatmasını gözləyir. Həyətlərində yanan yeganə lampanı astaca söndürür. Artıq bu zülmətdə onun ölümünə heç kim şahid olmayacaq. Evdən götürdüyü kəndiri sabunlayır. Kitablardan oxuduğu və filmlərdə gördüyünə görə, ipi sabunlayanda ağrısız və tez ölür insan. Həmin ipi həyətlərindəki gilas ağacına bağlayır, ayağının altına stul qoyub, boynunu ipdən keçirir. Stulu ayağı ilə itələyir və sallanır. Gözləri qaralır. Bu an o ancaq bir şey arzulayır: kimsə onu xilas etsin. Əlini atır kəndirə, özünü dartmaq istəyir, ancaq bacarmır. Qışqırıb kömək çağırmaq istəyir, ancaq xırıltısı eşidilir. Çırpınır, çırpınır, çırpınır...
İçəridən çıxan atası cəld qaçıb oğlunun ayaqlarından yapışıb, qaldırır. Anasının da köməyi ilə ipi açırlar. Daha sonra ağıl dərsləri, nəsihətlər başlayır. İnstitutun həyata dəymədiyini başa salmağa çalışırlar Kamrana.
O isə institutu ancaq bir şeyə görə arzulayırdı – yazıçı olmaq. Yazıçı olmaq yolunun universitet təhsilindən keçdiyini düşünürdü. Və artıq hər şeyin bitdiyini düşünüb özünü də bitirmək niyyətində idi. Amma qoymadılar.
Üçüncü intihar cəhdi: institut stressi davam edir...
Kəndirdən sallandığı gündən 2 ay keçir. Ali məktəbə girə bilməməyi hələ də Kamranın beynini və ruhunu məşğul edir. Elə hey yazıçılıq xəyallarını qurur: Kimsəsiz dəniz sahili, içi kitablarla dolu bir daxma. Kamran orada oturub bütün günü kitab oxuyur. Oxumaqdan yorulanda isə dənizə baxır. Sonra özü yazmağa başlayır. Yazdıqlarını isə ancaq o öləndən sonra oxuyacaqlar. Ölmədən qabaq məşhur olmaq istəmir. Çünki onda evi, maşını olacaq, dərdi isə olmayacaq. Amma Kamran dərdi, səfaləti sevir. Hər gün “bu gün nə yeyim” dərdi ilə yaşamaq istəyir. Daha sonra o çörəyi tapır və yazıçılığına davam edir.
Amma bütün bu xəyalları üçün gecdir deyə düşünür. Və düşünür ki, bir daha universitetə girə bilməyəcək...
Yenə bir gecə vaxtı eyni qayda ilə hər kəsin yatmağını gözləyir. Bu dəfə sandıqdan götürdüyü press ipini heç sabunlamadan elə həmin gilas ağacına bağlayıb boynuna keçirir. Ayağının altındakı yağ qutusunu itələyib sallanır. Yenə eyni hisslər: kiminsə onu bu an görməsini, xilas etməsini istəyir. Məhz buna görə sonradan dəfələrlə təkrarlayacaq bu cümlələri: “Adam ölüm anında olanda geri dönmək istəyir. Həmin saniyə ancaq və ancaq xilas olmaq, yenidən yaşamağı arzulayır”. Bu dəfə onun istəyini ip özü eşidir. Nəfəsi kəsilən an ip qırılır. Yerə yıxılan Kamran əsəbindən ipi çeynəyir.
Dördüncü intihar cəhdi: “Bu, filmin ekspozisiyasıdır, final hələ qabaqdadır”
Kamran həyatında nələrisə dəyişmək istəyir. Bu dəfə boğazına saldığı ipi yox, onu izləyən uğursuzluqlar zəncirini qırmaq istəyir. Universitetə yenidən hazırlaşır. 2009-cu ildə şad xəbər eşidir. Artıq Kamran da tələbədir. Mədəniyyət və İncəsənət Universitetində oxuyacaq və ona maraqlı olan sahəni öyrənəcək.
Bakıda dostları ilə kirayədə qalır. Tez-tez ev yoldaşları ilə dalaşır. Hər dalaşanda da qaldığı evi dəyişir. Bezir hər şeydən. Bəzən öz xəyallarından da. Gün olur, ən böyük arzusundan bezir. Bəzən ətrafındakı insanlardan bezir. Bəzən də həyatından. Bezdiyi şeylərdən qaçır. Həyatından qaçmaq üçün isə intihar edir.
Bütün həyatı boyu yeganə bezmədiyi şey kimsəsiz dəniz sahillərində içi kitabla dolu daxmada yaşamaq, yazıçılıq etmək arzusudur. Elə indi də belə bir dəniz sahilinin axtarışındadır.
Yenə həyatından bezdiyi anlardan birində Bakıda yoldaşları ilə qaldığı evdə heç kəs olmayanda özünü öldürmək qərarına gəlir. Evdəki dərmanlardan götürüb içir. Eşitmişdi ki, 7 ədəd dərman adamı öldürür. O isə düz 11-ni içdi. Dərmanların bahalı olduğuna görə təsirinin də güclü olduğunu və tez öləcəyini düşünür.
Bir vida məktubu da yazır. “Mən öldükdən sonra anam ağlamasın, dostlarım kədərlənməsin” yazılan məktubun sonu “Bu filmin ekspozisiyasıdır, final hələ qabaqdadır” cümləsi ilə bitir.
Bir rok musiqisi qoyub qulaq asa-asa uzanır. Ölümünü gözləyir. Yarım saat keçir, o sağdır. Daha yarım saat keçir, ölməyib. Durub məktubu götürüb, arxasına şəkil çəkir. Öz əlini kağızın üzərinə qoyub əlinin şəklini cızır. Şəkildə hər barmağına bir hərf yazır: H, Ə, Y, A, T hərfləri. Vaxt keçir, o isə ölmür. Qalxıb hamamdakı güzgüdə özünə baxır. Əli ilə özünü qusdurur və dərmanlardan xilas olur. Evə gələn universitet yoldaşları isə yazdığı məktubu cırıb atırlar.
Həyat eşqi...
Bütün bu israrlara baxmayaraq, Kamran əslində yaşamaq istəyir. Və hesab edir ki, o, kitab-dəftərin arasında, əsər yazdığı yerdə öləcək. “Mən qocalıb öləcəyəm” deyir.
Hər 4 intihar anında da nə isə bir hadisənin baş verməsini və ona özünü öldürməyə mane olmasını arzuladığını deyir. Kamran hər dəfə özünü öldürməyə cəhd edəndə ən son anda xilas olmağı arzulayır.
Sonda şad və ya bəd xəbər olduğunu bilmədiyim bir məlumat verim: 2 dəfə az qala Kamranın “qatili” ola biləcək gilas ağacı artıq quruyub...
Sağollaşırıq:
- Görüşənədək, Kamran.
- İntihar etməsəm, görüşərik...
Vüqar Baba

1954