Tələbələr ABU-dan əl çəkmir
Sentyabrın 1-dən lisenziyası dayandırılan Azərbaycan Beynəlxalq Universitetində (ABU) təhsili yarımçıq qalan və diplom almayan tələbələrinin bir qismi hələ də ali məktəb rəhbərliyindən yekun cavab gözləyir. Tələbələri sentyabrın 15-də dərslərə gəlməyə çağıran elanlar və universitetin bərpa olunacağı barədə gəzən söz-söhbətlər isə onların ümidlərini bir qədər də artırıb.
Lent.az-ın əməkdaşları vəziyyətlə yerindəcə tanış olmaq, baş verənləri izləmək üçün dünən ABU-da olublar. Artıq hüquqi cəhətdən tanınmayan ali məktəbin hazırkı durumu ilə barışmaq istəməyən tələbə və valideynlər dünən də gün ərzində bir neçə dəfə qrup şəklində universitetin qarşısına toplaşıblar. Onlar təhsilini başa vuran məzunlara diplom verilməsini, yarımçıq təhsil alanların ödədiyi pulların geri qaytarılmasını tələb ediblər. Burada onlar universitetin giriş qapılarına və həyətdəki ağaclara yapışdırılmış elanların da şahidi olublar. Həmin elanlarda bütün tələbələrə sentyabrın 15-də dərsə gəlmələri tövsiyə olunur.
Günün ikinci yarısında isə tələbə və valideynlərin bir qrupu fəaliyyəti dayandırılmış təhsil müəssisəsinin rektoru Elşad Abdullayevin qəbul otağına keçməyə müvəffəq olub. Lakin iki saata qəbul otağında gözləyən valideynlər rektorla görüşə bilməyiblər. Belə ki, içəridə rəhbərliyə daxil olan şəxslərin, fakültə dekanlarının iştirakı ilə iclas keçirildiyi və rektorun valideynlərlə görüşmək imkanı olmayacağı bildirilib.
ABU-nun jurnalistika fakültəsinin dekanı Bəxtiyar Qibləlioğlu isə universitetin taleyi ilə bağlı yeniliklərin olacağı və bu yeniliklər barədə Lent.az-a məlumat verəcəyi barədə vədini yerinə yetirməyib. Fakültə dekanı əməkdaşımıza açıqlamasında mövcud durumu “qeyri-müəyyən” kimi dəyərləndirib. Onun sözlərinə görə, hələ ki, universitetin taleyi barədə konkret fikir söyləmək mümkün deyil. Hazırda məsələ ilə bağlı Təhsil Nazirliyi ilə danışıqlar davam edir.
Xatırladaq ki, təhsil naziri Misir Mərdanov ABU-nun lisenziya müddətinin uzadılmaması barədə əmr imzalayıb və bununla da sentyabrın 1-dən universitetin fəaliyyəti dayandırılıb. Səbəb kimi universitetdə tədrisinin təşkilində problemlərin olması, qanunsuz tələbə köçürmələri və digər nöqsanlar göstərilir. Bundan sonra nazirlik əmrin icrasına dair xüsusi qərar çıxarıb. Həmin qərara əsasən, universitetə qanuni yollarla daxil olan və indiyədək təhsilini davam etdirən tələbələr 9 özəl universitetin müvafiq fakültələrinə köçürülür. Universitetə kənar yollarla qəbul olunmuş digər tələbələrin taleyi isə qeyri-müəyyən olaraq qalır.
Elxan SALAHOV

803