Əzizbəyov və Caparidzenin heykəlləri əvvəlki yerinə qaytarılmayacaq
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri: “Heykəllərin götürülməsi barədə qərar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilib”
“Əzizbəyov və Caparidzenin heykəllərinin götürülməsi ərazilərin abadlaşdırılması ilə əlaqədardır. Qanunvericiliyə uyğun olaraq, yerli əhəmiyyətli abidələrin yeri dəyişdirilə bilər”.
Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov deyib. R. Bayramov heykəllərin xüsusi depolarda saxlandığını, təhlükəsizliyinin təmin olunduğunu, sənət əsəri olaraq qorunduğunu qeyd edib. Şöbə müdiri bildirib ki, abidələrin götürülməsi barədə qərar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilib, nazirlik bununla əlaqədar əvvəldən məlumatlandırılıb: “Həmin abidələr köçürülərkən nazirliyin mütəxəssisləri bu prosesdə iştirak ediblər. Abidələr heç bir zərər çəkməyib, dağılmayıb, qırılmayıb”.
R. Bayramov heykəllərin əvvəlki yerlərinə qaytarılmayacağını da söyləyib: “Heykəllər şəhərin başqa yerlərində qoyulacaq. Lakin hələlik yer müəyyənləşməyib”.
Şöbə müdiri heykəllərin götürülməsinin 26 Bakı komissarının Sahil bağındakı məzarlarının köçürülməsi ilə əlaqəli olmadığını da vurğulayıb: “Bu, “26-lar”a qarşı aksiya deyil, yalnız abadlıq işləri ilə əlaqədardır”.
R. Bayramov sözügedən heykəllərin bərpaya ehtiyacı olmadığını da vurğulayıb.
Şöbə müdiri abidələrin götürülməsi haqqında “26-lar”ın varislərinə əvvəlcədən məlumatın verilməsinə da ehtiyac olmadığını qeyd edib: “Bu günə qədər nə onlar bizə müraciət edib, nə biz onlara. Düşünürəm ki, onlara məlumat verməyə ehtiyac yox idi. Çünki bu heykəllər ailə ilə deyil, şəhərin atributları ilə bağlıdır”.
Məşədi Əzizbəyovun nəvəsi Mehdi Əzizbəyov da APA-ya bildirib ki, babasının heykəlinin götürülməsi barədə onlara xəbər verilməyib, hansısa rəsmi məlumat almaq cəhdləri də boşa çıxıb. M. Əzizbəyov söküntü zamanı babasının heykəlinin zədələndiyini qeyd edib: “Mənim dostum həmin parkla üzbəüz binada yaşayır. O mənə zəng etdi ki, gecə yarısı texnikanın səsinə oyanıb, görüb ki, abidə kran vasitəsilə qaldırılıb, postament sındırılıb. Səhərisi gün mən həmin yerə gedəndə, orada təmizlik işləri aparan süpürgəçidən başqa heç kimi görmədim. Hazırda isə abidənin yerləşdiyi yerə plitə döşənib, sanki orada heç vaxt abidə olmayıb”.
KİV-dən abidənin bərpa olunmaq üçün götürüldüyü barədə yayılmış məlumatı təəccüblə qarşılayan M. Əzizbəyov buna ehtiyac olmadığını bildirib: “Bir abidə ildə neçə dəfə restavrasiya olunar? Bir müddət əvvəl parkda yenidənqurma işləri aparılan zaman abidə də restavrasiya olunmuşdu”.
O, Əzizbəyovlar ailəsinin digər üzvləri ilə əlaqə saxlayıb mayın 2-də toplaşaraq bu məsələni müzakirə edəcəklərini deyib. Məşədi Əzizbəyovun Bakının digər yerlərində abidəsinin olub-olmadığı barədə sualı cavablandıran varis bildirib ki, sovet dövründə Şüvələn qəsəbəsində polis akademiyasının qarşısında babasının büstü olub: “Sonradan həmin büst Əzizbəyov rayon İcra Hakimiyyətinin yaxınlığındakı mədəniyyət sarayının qarşısına köçürüldü. Sabah oraya gedib büstün yerində qalıb-qalmadığını öyrənəcəyəm».
Babasının Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxslərlə dost olduğunu deyən Mehdi Əzizbəyov Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalının ilk nömrəsini məhz Məşədi Əzizbəyova hədiyyə etdiyini vurğulayıb.
Varis “Sahil” bağından çıxan cəsədlərin müəyyənləşdirilməsi məqsədilə ondan nümunələrin götürülmədiyini də sözlərinə əlavə edib: “Nə məndən, nə də digər varislərdən nümunə götürülüb. Belə başa düşürəm ki, bu təhqiqat bahalı olduğundan ümumiyyətlə, bu işlə məşğul olmurlar”.
Məsələyə Bakı şəhər İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

1784