Doğrudanmı, qəhvəyi toyuq yumurtaları  ağlardan daha faydalıdır?
08 sentyabr 2025 11:22 (UTC +04:00)

Doğrudanmı, qəhvəyi toyuq yumurtaları ağlardan daha faydalıdır?

0

Mağazada və ya bazarda yumurta alarkən alıcılar tez-tez görürlər ki, bəziləri ağ, bəziləri isə qəhvəyi və ya krem rəngli olur. Burada sual yaranır: həqiqətənmi, tünd rəngli yumurtalar açıq rənglilərdən daha faydalıdır?

Lent.az qəhvəyi yumurtanın faydalarını təqdim edir:

Yumurtanın qabığının rəngi nədən asılıdır?

Yumurtanın rəngi toyuğun cinsinə görə dəyişir. Ağ lələyi və açıq darağı olan toyuqlar ağ yumurta yumurtlayır. Tünd lələyi və qırmızıya çalan darağı olan toyuqlar isə qəhvəyi və ya krem rəngli yumurtalar verir. Beləliklə, qabığın rəngi genetik xüsusiyyətdir və məhsulun faydası ilə əlaqəsi yoxdur.

Tərkibində fərq varmı?

Elmi araşdırmalar təsdiqləyir ki, yumurtaların qida dəyəri, rəngindən asılı olmayaraq, demək olar ki, eynidir. Həm ağ, həm də qəhvəyi yumurtada oxşar miqdarda zülal, yağ, vitamin və minerallar var. Dad fərqi isə qabığın rəngindən deyil, toyuğun qidalanmasından və saxlanma şəraitindən asılıdır.

Bununla belə, bəzi fərqlər müşahidə olunur:

Qəhvəyi yumurtalar çox vaxt iri olur və qabığı daha qalın olur. Onların alt qatında möhkəm daxili pərdə rast gəlinə bilər, bu isə saxlanma müddətini bir qədər uzadır. Ağ yumurtalar isə daha yüngül olduğu üçün xüsusən də bişirmədə (məsələn, şirniyyatlarda) daha rahat istifadə olunur.

Sarının rəngi niyə fərqli olur?

Sarı rəngi açıq sarıdan parlaq narıncıya qədər dəyişə bilər və bu, “faydalılıqla” bağlı deyil. Burada əsas rol toyuğun qidalanmasına məxsusdur: çoxlu göyərti, qarğıdalı və ya kök yeyən toyuqlar daha tünd sarılı yumurta verirlər. Əsasən dənli qarışıqlarla qidalananların sarısı isə açıq rəngli olur. Faydalılıq baxımından ağ və qəhvəyi yumurtalar arasında demək olar ki, heç bir fərq yoxdur. Ən vacib olanı məhsulun təzəliyinə və toyuqların hansı şəraitdə saxlandığına diqqət etməkdir. Ən yaxşı seçim – keyfiyyətinə və təhlükəsizliyinə güvənilən istehsalçıların yumurtalarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 822

Oxşar yazılar