AMEA prezidenti: “Şaumyanın “Sahil bağı”nda basdırılmadığı dəqiqdir” – MÜSAHİBƏ
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimovun APA-ya müsahibəsi
- 9 min işçisi olan Azərbaycan Milli Elmlər Akademiyasının ötən ilki fəaliyyətini necə qiymətləndirirsiniz?
- Ötən il AMEA üçün önəmli il olub. 2008-ci ildə elmin inkişafın dair bir neçə mühüm sərəncamlar imzalanıb. Xüsusilə prezident İlham Əliyevin elm sahəsində islahatların aparılması ilə bağlı “2009-2015-ci illərdə Azərbaycan elminin inkişaf strategiyası”na dair sərəncamını qeyd etmək istəyirəm. Bu strategiyanın həyata keçməsi üçün dövlət komissiyası yaradılıb. Artıq strategiya hazırlanaraq prezidentə təqdim olunub. Bu çox əhatəli bir sənəddir. Strategiyanı həyata keçirmək üçün tədbirlər planı hazırlanıb. Ardıcıl olaraq hansı illərdə, hansı işlərin görülməsi müəyyənləşdirilib. Ötən il arxeoloji ekspedisiyaların keçirilməsi üçün Prezidentin Ehtiyat Fondundan 1 milyon manat vəsait ayrılıb. Tarix Muzeyində əşyaların bərpası və yeni materialların alınması üçün də 1 milyon manat, Şamaxı Astrofizika Rəsədxanasının təmiri və yeni avadanlıqların alınması üçün 5 milyon manat vəsait ayrılıb. AMEA işçilərinin əmək haqları 25 faiz artırılıb. Bu sərəncamlar ölkə prezidentinin elmə böyük diqqət ayırdığını göstərir.
- AMEA-da islahatlara nə vaxt start veriləcək?
- Strategiyada elmi-tədqiqat institutlarının şəbəkəsinin monitorinqini aparmaq da nəzərdə tutulub. Bu bizə AMEA-da hansı struktur dəyişikliklərinin aparılacağını müəyyənləşdirməyə imkan verəcək. Strategiyada elmi kadrların hazırlanması, maddi-texniki bazanın yaxşılaşdırılması ilə bağlı da maddələr nəzərdə tutulub. Strategiya və tədbirlər planı təsdiq olunsa, biz dərhal AMEA-da islahatlara başlayacağıq. Bunun üçün əvvəlcə bugünkü elmi vəziyyət öyrənilməlidir. Hər bir elmi-tədqiqat institutunun fəaliyyəti və əldə olunan nəticələri qiymətləndirilməlidir. Elmi-tədqiqat institutlarının effektivliyi yoxlanılmalıdır. İslahatlarla əlaqədar olaraq, bir neçə normativ hüquqi sənədlər də qəbul olunmalıdır. Bu sənədlər yaxın zamanlarda hazırlanacaq. Çünki islahatlar yeni qanunların qəbul olunmasını tələb edir.
- İslahatlar zamanı müəyyən ixtisarların da aparılması nəzərdə tutulub...
- Bəli, ancaq biz belə hesab edirik ki, ixtisarları ixtisar naminə etmək olmaz. İxtisarları aparmaq üçün onu əsaslandırmaq lazımdır. Çünki ixtisarları aparmaq üçün bizdə mexanizmlər yoxdur. Alimlərin attestasiyası buna imkan vermir. Attestasiya nəticəsində bir vəzifədən digərinə keçirmək mümkündür. Attestasiya yolu isə işdən azad etmək mümkün deyil. Bunun üçün yeni hüquqi sənədlər qəbul olunmalıdır ki, bu, bizə ixtisarları aparmaq üçün hüquqi əsas versin. Digər tərəfdən, biz özümüz üçün müəyyən etməliyik, bu ölkənin elmi işçilərinin sayı nə qədər olmalıdır. YUNESKO-nun tövsiyələrinə əsasən, inkişaf etmiş ölkələrdə hər 10 min nəfər əhaliyə düşən elmi işçilərin sayı 50 nəfər olmalıdır. Azərbaycanda isə bu rəqəm hər 10 min nəfərə 20 elmi işçidir. Bu elmi işçiləri ixtisar etsək, deməli, həmin rəqəmi daha da aşağı salacağıq. İnkişaf etmiş dövlət qurmaq istəyiriksə, bu, nə dərəcədə məqsədə uyğundur? Əgər biz özümüzü savadlı, inkişaf etmiş xalq kimi görmək istəyiriksə, elmi qorumalıyıq və elmi işçilər üçün hər cür şərait yaratmalıyıq.
- Hazırda AMEA-da çalışan alimlərin orta aylıq əmək haqqı nə qədərdir?
- Alimlərin orta aylıq maaşları hazırda 150 manatdan aşağıdır. Mən hesab edirəm ki, bu dözülməz faktdır.
- Sizcə, alimlər bu maaşla dolana və normal elmi fəaliyyətlə məşğul ola bilər?
- Bu maaşla alim nə dolana, nə də səmərəli işləyə bilər. Ona görə də bu gün alimlər başqa bir yerdə də çalışıb pul qazanmağa məcburdur. Onlar bunu məcburiyyət qarşısında edirlər. Əgər alimlərin maaşları, iş şəraitləri normal qaydada olsaydı, onlar başqa işlə məşğul olmaz istəməzdilər. Maddi vəziyyətləri çətin olduğundan alimlərin bəzisi başqa yerlərdə dərs deyir, bəzisi tələbə hazırlayır. Bəzən bizi günahlandırırlar ki, işçilər səhər saat 9.00-dan axşam 18.00-a kimi işdə olmurlar. Əgər onlar bütün günü akademiyada otursalar, öz ailələrini dolandıra bilməzlər. Hesab edirəm ki, bu məsələdə tədricən dəyişikliklər olacaq. Çünki ilbəil maaşlar da artırılır. AMEA-nı hazırda bu vəziyyətdən xilas edən beynəlxalq əməkdaşlığımızdır. Bu əməkdaşlığın hesabına biz əlavə vəsaitlər qazana bilirik. Qrantların hesabına alimlər əlavə əmək haqqı ala bilirlər. Birgə proqramlarda iştirak etməklə onlar həm əlavə maaş alırlar, həm xarici ezamiyyətlərə gedə bilirlər, həm də elmi tədqiqat işlərini apara bilirlər. Ötən il 600 nəfərə yaxın elmi işçi müxtəlif elmi konfranslarda iştirak etmək üçün xaricə ezam olunub. Əvvəllər bizdə elə imkan yox idi.
- Bir neçə il əvvəl Azərbaycanda “beyin axını” tendensiyası sürətlənmişdi. Bu problem indi hansı səviyyədədir?
- Bu tendensiya azalıb. İndi də ölkədən gedənlər olur, ancaq onların sayı çox azdır. Tək-tük alimlər ölkədən həmişəlik gedirlər. Bu gün Azərbaycanda “beyin axını” problemi yoxdur. Əskinə, gənc alimlərin xaricə getməsini stimullaşdırırıq. Təbii ki, qayıtmaq şərti ilə. İstəyirik ki, onlar aparıcı elm mərkəzlərində çalışıb, təcrübə toplasınlar.
- Amma nədənsə AMEA-da cavanlaşma prosesi hiss olunmur. Son illərdə AMEA-ya nə qədər gənc alim gəlib?
- Hələlik gənclərin elmə marağı sönməyib. Hər dəfə aspiranturaya qəbul zamanı böyük rəqabət olur. Elə olur ki, bir yerə 5-6 nəfər sənəd verir. Gənc alimləri işə cəlb etmək istəyirik, amma bizdə vakansiyaların sayı çox azdır. Bizim boş yerimiz olmur ki, gənc alimləri işlə təmin edək. Əgər biz yaşlı alimləri təqaüdə göndərə bilsək və onların yerinə gənc elmi işçi götürə bilsək, bu, çox yaxşı olardı. Amma indi yaşlı alimləri təqaüdə göndərə bilmirik. Çünki onların təqaüdləri çox aşağıdır. Əgər onların təqaüdləri heç olmasa əmək haqlarının 80 faizi qədərində olsaydı, bir çox yaşlı alimlər özləri təqaüdə çıxardılar. Əfsuslar olsun ki, indi Akademiyada yaşlı alimlərin sayı az deyil.
- Akademiyada çalışan ən yaşlı alimin neçə yaşı var?
- Akademiyanın ən yaşlı üzvünün 96 yaşı var. Hətta institut direktorları arasında da yaşı 80-i keçmiş alimlər var. Bu, əlbəttə ki, o qədər xoşagələn hal deyil. Yaxşı olardı ki, Akademiyaya daha gənc və fəal alimlər gəlsinlər. Ancaq dediyim səbəblərdən yaşlılar işdən çıxmağa həvəs göstərmirlər. Ümumiyyətlə, AMEA-da qocalma prosesi var. 20 il əvvəl elmlər namizədlərinin orta yaşı 35-40 yaş idisə, indi bu göstərici 50-yə çatıb. Elmlər doktorlarının orta yaşı isə 60-70 yaş arasındadır.
- Yeni hazırlanacaq strategiyada yaz senzinin tətbiqi nəzərdə tutulurmu?
- Bəli, Strategiyada bununla bağlı müəyyən tədbirlərin görülməsi nəzərdə tutulur. Akademiyanın cavanlaşma siyasətini aparmaq üçün müəyyən tədbirlər görülməlidir. Lakin bunun üçün ilk növbədə alimlərin sosial təminat və müdafiə məsələləri həll olunmalıdır. Mən hesab edirəm ki, hər halda rəhbər vəzifəni tutmaq üçün ən yuxarı hədd 65-70 yaş olmalıdır. Bu yaşdan yuxarı rəhbər vəzifəni tutmaq olmaz. Bu məsələyə həm də fərdi yanaşma olmalıdır. Yaşdan asılı olmayaraq alimin elmi nəticələri, məktəbi varsa, qoy işləsin.
- Gənc alimlərin mənzil problemlərinin həlli ilə bağlı ölkə prezidentinə müraciət qəbul olunmalı idi.
- Bu, bizim ən ağrılı problemlərimizdən biridir. Təkcə gənc alimlərin deyil, yaşlı alimlərin də mənzil problemi ağır problem olaraq qalmaqdadır. Bu problemin həlli yollarını bilmirik. Bizim bir dənə yataqxanamız var. Yataqxana da artıq demək olar ki, nəzarətdən çıxıb. Biz ora nə gənc alimləri yerləşdirə bilirik, nə kimisə oradan çıxara bilirik. Ona görə vəziyyət ağırdır. Bu məsələ hansısa formada öz həllini tapmalıdır.
- Azərbaycan alimlərinin beynəlxalq aləmdə erməni təbliğatına qarşı mübarizəsi sizi qane edir?
- Bu məsələdə daha da fəal olmaq olar. Amma Tarix İnstitutu indi də internet vasitəsilə böyük təbliğat işləri apara bilir. İnsan Hüquqları İnstitutu, Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu bu məsələdə kifayət qədər fəaldır.
- Amma Akademiyanın ən strateji institutlarının – Tarix, Arxeologiya və Etnoqrafiya, Şərqşünaslıq kimi institutlarının hələ də öz saytları yoxdur.
- Hansısa institutun saytının olmaması anormal haldır. Təbiət elmləri ilə bağlı institutların əksəriyyətinin saytları var. Əgər sayt yoxdursa, bu, onlara başucalığı gətirmir. Mən tələb edirəm ki, hər bir institutun saytı olsun. Bu gün sayt olmasa, normal fəaliyyət göstərmək mümkün deyil. .
- 26 Bakı komissarı ilə bağlı araşdırmalar nə yerdədir? Bu istiqamətdə AMEA-nın yeni tapıntıları var?
- Bu istiqamətdə araşdırmalar davam edir. Yaxın zamanlarda Tarix İnstitutunun bununla bağlı bir neçə məqaləsi dərc olunacaq. Çox maraqlı yeni faktlar, teleqramlar, yazışmalar üzə çıxıb. Aparılan araşdırmalarla bağlı televiziya verilişi də hazırlanır. Mən bu barədə geniş açıqlama vermək istəmirəm.
- “Sahil bağı”nda aşkarlanmayan cəsədlərin şəxsiyyəti müəyyənləşib?
- Kütləvi məzarlıqda Şaumyanın cəsədinin olmadığı artıq dəqiqdir. Digər iki nəfərin kimliyi isə hələ dəqiqləşməyib.
- Qubada aşkarlanmış kütləvi məzarlıqla bağlı AMEA-nın gördüyü işin də nəticəsi təhlükə altındadır. Ötən il orada aşkarlanmış quyulardan birini sel aparıb. AMEA kütləvi məzarlığın üzərində muzey tikilməsi ilə bağlı müvafiq orqanlara müraciət edə bilməzmi?
- Akademiya dəfələrlə müraciət edib və təkliflərini verib. Bu məsələdə AMEA-dan asılı bütün məsələlər həll olunub. Əlbəttə, çox acınacaqlı haldır ki, aşkar etdiyimiz kütləvi məzarlıqda indiyədək muzey yaradılmayıb. Yaxşı olardı ki, məzarlığın qorunması ilə bağlı işlər görülsün. Bunu etmək mütləq lazımdır. Hətta mən təklif edirəm ki, kütləvi məzarlıqda aşkarlanan faktlarla bağlı cinayət işi açılsın. Bu məsələ daha dərindən araşdırılmalı və ona qiymət verilməlidir.
- Magistrlərin hərbi xidmətə çağırılması ilə bağlı AMEA-nın prezidenti olaraq hansı fikirdəsiniz?
- Mənim münasibətim birmənalıdır. Magistrlərin hərbi xidmətə aparılmasının əleyhinəyəm. Onlara möhlət hüququ vermək olar. Qoy magistratura və aspiranturanı bitirəndən sonra dövlətə öz borclarını versinlər. Elmi iş elədir ki, orada fasilə yaransa, bunun çox ağır və mənfi nəticələri olur. Magistrlərin orduya aparılmasının orduya nə xeyri olduğunu bilmirəm, amma elmə ancaq zərəri var.
- Hazırda dövlət büdcəsindən elmə nə qədər vəsait ayrılır? Bu vəsait sizi qane edirmi?
- Əvvəlki illərlə müqayisədə elmə ayrılan vəsaitlərdə kəskin artım var. Amma bu artım yenə də kifayət qədər deyil. Elmin inkişafının öz qanunları var. Əgər elmə ayrılan vəsaitlər ümumi daxili məhsulun 2 faizindən azdırsa, elmin iqtisadiyyata heç bir təsiri olmur. Bizdə isə bu vəsait ümumi daxili məhsulun 0,2 faizi qədərdir. Biz əgər istəyiriksə ki, elmimiz iqtisadiyyatımıza səmərə versin, onda onun müvafiq büdcəsi olmalıdır. Avropanın aparıcı dövlətlərində bu rəqəm artıq iki faizi keçib. Bu cür maliyyələşmə ilə, elmi istənilən səviyyəyə qaldırmaq olmaz.
- Fikrinizcə, hazırda Akademiyada hansı elm sahələri yüksək, hansı sahələr isə zəif inkişaf edib?
- Akademiyada yer elmləri sahəsi həmişə güclü olub, indi də güclüdür. İnformatika sahəsində də geri qalmırıq. Humanitar elmlərdən dilçilik, ədəbiyyatşünaslıq, fəlsəfədə güclüyük. O sahədə ki, güclü elmi baza və cihazlar olmalıdır, hazırda o sahələr bir balaca geri qalır. Fizika, kimya sahəsində istedadlı alimlərimiz az deyil. Əgər güclü maddi-texniki baza və maddi təminat olsa, doğrudan da yüksək səviyyədə elmi tədqiqatlar aparmaq olar. Ümidverici fakt kimi onu da deyim ki, artıq ikinci ildir ki, elmi cihazların alınması üçün Akademiyaya vəsait ayrılır. Bu məqsədlə ötən il 2 milyon manat ayrılmışdı. Biz artıq bu avadanlıqları almışıq, yay aylarında onlar ölkəyə gətiriləcək. Bu il isə yeni cihazların alınmasına 10 milyon manat vəsait ayrılıb.
- Bəzən Ali Attestasiya Komissiyasının fəaliyyətindən və alimlik dərəcələrinin verilməsinin yubadılmasından şikayətlər edilir. AMEA prezidenti kimi belə hallara münasibətiniz necədir?
- Bəzən biz Ali Attestasiya Komissiyasını günahlandırırıq. Amma hər bir dissertasiya işinin qiymətləndirilməsini ilk növbədə Müdafiə Şuraları aparır. Şuralar hər hansı zəif işi müdafiəyə buraxırlar, sonra da biz Ali Attestasiya Komissiyasını günahlandırırıq. Elm sahəsində aparıcı alimlər Akademiyada fəaliyyət göstərir. Amma hansısa səbəblərdən Müdafiə Şuralarının çoxu ali təhsil ocaqlarının tabeliyindədir. Bu məsələlər bizi haqlı olaraq narahat edir. Ötən İl Akademiya alimləri tərəfindən 18 doktorluq, 127 namizədlik işi yazılıb. Problemlərdən biri odur ki, bir çox dissertasiyalar bu günə kimi Ali Attestasiya Komissiyasında yatıb qalır, orada bu prosesə çox ləng baxılır, proses süni surətdə uzadılır. Bəlkə də onların öz siyasətləri var. Hesab edirlər ki, bir ölkənin bu qədər elmlər doktorları ola bilməz, bunu tənzimləmək, sayını azaltmaq lazımdır. Bizi narahat edən problemlərdən biri də odur ki, hazırda iqtisadiyyat, hüquq, ədəbiyyat kimi sahələrdə dissertasiyalar daha çox müdafiə olunur, nəinki dəqiq elmlərlə bağlı. Bunun səbəblərindən biri də odur ki, həmin sahələr üzrə elmi-tədqiqat işi aparmadan dissertasiya müdafiə eləmək mümkündür. Bu da sirr deyil ki, bir çox dissertasiyalar pulla yazılır. İndi hər bir məmur, hətta millət vəkili alim olmaq istəyir. Ancaq özləri elmi-tədqiqat işi aparmağa qadir deyillər. Buna görə də dissertasiyaları pulla yazdırırlar. Bu yolla Ali Attestasiya Komissiyasına təqdim edilən dissertasiyaların sayı artırılır

2135