42 dərəcə isti hansı təhlükəni gətirir? - RƏY
Ekspertlər qidalanmaya və qidaların saxlanma şəraitinə ciddi fikir verməyi tövsiyə edir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın iki gün ərzində ölkə ərazisində temperaturun 41-42 dərəcəyə çatacağı barədə xəbərdarlıq edib. Bu isə nəinki meteohəssas insanlar, elə sağlam vətəndaşları da qorxuya salır. Hətta bu cür isti hava şəraitində infeksion xəstəliklərin baş qaldıra biləcəyi barədə söz-söhbətlər də dolaşır.
Səhiyyə Nazirliyinin Sanitar-Epidemioloji Nəzarət İdarəsinin rəisi Viktor Qasımov Lent.az-a bildirib ki, havanın temperaturu bədən temperaturundan artıq olduqda (normalda bədən temperaturu 36-37 dərəcə olur – E.S.) orqanizmdə istilik tənzimlənməsinin pozulması prosesi başlayır. Temperaturun 41-42 dərəcəyədək yüksəlməsi isə bu pozuntunu bir qədər də sürətləndirir.
“Ona görə də hər kəs belə istilərdən qorunmalıdır. İnsanlar xüsusən günəşin açıq şüalarının altında olmaqdan özlərini gözləməlidir. Çünki cəmi bir neçə dəqiqə günəş şüaları altında qalmaq hər bir insanı günvurma hadisəsi ilə üzləşdirə bilər” – deyə, Viktor Qasımov əlavə edib.
İdarə rəisi onu da bildirib ki, son günlər ölkə ərazisində müşahidə olunan kəskin istilər qidaya və insanların qidalanmasına da ciddi təsir edir. Onun sözlərinə görə, anomal istilərin qidaya təsiri həm də insanlara təsir deməkdir. Belə ki, isti hava şəraiti insanlarda iştahasızlıq, yorğunluq yaradır. Bu səbəbdən də insanlar isti havada qidadan mümkün qədər az istifadə etməyə çalışırlar.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev də Lent.az-a açıqlamasında deyib ki, isti havada insanlar qida rasionunu dəyişmək məcburiyyətində qalır. Belə ki, isti havada insanlar daha çox su və şirələrə, dondurmaya, soyuq məhsullara, meyvə-tərəvəzə üstünlük verirlər.
İmran Abdullayev havanın yüksək hərarətdə olmasının bütövlükdə qidaya mənfi təsir göstərdiyini söyləyir. Onun sözlərinə görə, istənilən halda istiliyin, xüsusən də günəş şüasının təsirindən qidalarda kimyəvi maddələrin parçalanması prosesi gedir. Həmçinin isti hava şəraiti qidaların tərkibindəki çox yüksək sürətlə inkişafına yol açır. Ona görə də qidalar istidən qorunmalıdır. Həmin məhsullar tez xarab olan məhsullardırsa, mütləq soyuducuda yerləşdirilməlidir.
Müsahibimiz deyir ki, soyuducu şəraitində saxlanmasına ehtiyac olmayan digər məhsullar, məsələn, çörək, un məmulatları, şirniyyat, spirtli içkilərin saxlanma temperaturu da 20-25 dərəcədən yüksək olmamalıdır. Onun sözlərinə görə, həmin məhsullar havalanan yerdə saxlanmalıdır və rütubətin tənzimlənməsi 70-75 faizi keçməməlidir: “Əks halda həmin məhsullar istifadə müddəti ərzindən tez xarab ola bilər. Bu baxımdan deyə bilərik ki, istilər qidalara mənfi təsir göstərir. Yəni qidanın xarab olması, onun kimyəvi-mikrobioloji göstəricilərinin normadan kənara çıxması daha çox istilərin təsirindən baş verir. Soyuq havalarda isə biz bunu müşahidə etmirik”.
Bununla belə, İmran Abdullayev bu sahədəki vəziyyətin əvvəlki illərdəkindən heç də ciddi şəkildə fərqlənmədiyi qənaətindədir. Onun fikrincə, əvvəlki illərlə müqayisədə bu il havanın temperaturu cəmi bir neçə dərəcə yüksəkdir. Bu isə qidanın saxlanmasında elə də fərq etmir: “Temperaturun 30 dərəcəyə çatdığı hallarda qidaların saxlanmasında risk amili artır. Belə hallarda soyuducu sistemlərdən istifadə olunması zərurəti yaranır. Soyuq şəraitdə saxlanmalı olan qidalarda isə saxlama temperaturu 6 dərəcədən yuxarı qaldıqda bu məhsullarda mikrobioloji göstəricilər artmağa başlayacaq”.
İmran Abdullayev belə istilərdə infeksion xəstəliklərin yayıla biləcəyi barədə gəzən söz-söhbətlər də münasibət bildirib. Onun fikrincə, əksinə, 40 dərəcə istidə xəstəlik yayan cücü və həşəratların, ağcaqanadların sayı azalır. Çünki bu temperaturda ağcaqanadların qoyduğu yumurtalar bişərək məhv olur.
“İstənilən halda epidemiya, pandemiya və digər infeksion xəstəliklərin baş qaldırması hər bir ölkədə və ərazidə mümkündür. Amma bunun konkret səbəbləri olmalıdır. Yəni hər hansı infeksion xəstəlik təkcə istinin təsirindən yarana bilməz. İstilərlə yanaşı daşqınlar, yaxud da kanalizasiya sularının əraziyə axıdılması, hansısa başqa hadisələr olsa, bu xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Lakin indi belə bir təhlükə yoxdur” – deyə, İmran Abdullayev bildirib.
Elxan SALAHOV

492