Lent.az-ın əməkdaşı “8-ci mikrorayon bazarı” və “Yaşıl bazar”da müşahidələr aparıb. Müşahidələr göstərir ki, ötən illə müqayisədə ən çox bahalaşan məhsullar arasında ərik, gilas, çiyələk, kartof, badımcan, lobya, bibər və digərləri var. Hazırda hər iki bazarda əriyin və gilasın qiyməti 3-4, çiyələk 2-3 manat arasında dəyişir. Hətta bazarlarda kiloqramı 5 manata olan gilasa da rast gəlmək olur.
Ötən illə müqayisədə bu il pomidorun da qiyməti xeyli bahadır. Amma növündən və keyfiyyətindən asılı olaraq, bazarlarda pomidorun qiyməti fərqlidir. Hazırda paytaxt bazarlarında ən ucuz – pomidor 1 manat 20 qəpik, ən yüksək qiymət isə 2 manat 50 qəpikdir.
Əsas mövsümi məhsulların qiyməti cədvəldə göstərildiyi kimidir:
Məhsulun adı | Ölçü vahidi | Qiymətlər |
Ərik | kiloqram | 3-4 manat |
Çiyələk | kiloqram | 2-3 manat |
Gilas | kiloqram | 3-5 manat |
Pomidor (Zirə) | kiloqram | 2 manat 50 qəpik |
Pomidor | kiloqram | 1 manat 50 qəpik - 2 manat |
Xiyar | kiloqram | 35-50 qəpik |
Kartof (təzə) | kiloqram | 50-70 qəpik |
Kartof (köhnə) | kiloqram | 1 manat |
Soğan | kiloqram | 50-70 qəpik |
Lobya | kiloqram | 80 qəpik - 1 manat |
Badımcan | kiloqram | 1 manat - 1 manat 20 qəpik |
Alça | kiloqram | 2 manat |
Bibər | ədəd | 20 qəpik |
Alma (yerli) | kiloqram | 1 manat 50 qəpik |
Alma (xarici) | kiloqram | 2 manat |
Kök | kiloqram | 50-70 qəpik |
Limon | ədəd | 30-40 qəpik |
Daha bir problem. Bu ilki yaz-yay mövsümündə bazarda satılan meyvə–tərəvəzin aşağı keyfiyyətdə olması da diqqəti çəkir. Satıcılar bunu məhsulun yağış sularına daha çox məruz qalması ilə əlaqələndirirlər. Bu isə meyvə-tərəvəzin tez xarab olmasına, insanlarda zəhərlənmələrə və allergik reaksiyalara səbəb olur. Mütəxəssislər isə bildirirlər ki, məhsulun aşağı keyfiyyətdə olması, tez xarab olması və insan orqanizmində problemlər yaratmasının səbəblərindən biri də bəzi mövsümi məhsulların yetişdirilməsi zamanı aqrotexniki qaydalara əməl olunmaması və saxlama şəraitinin düzgün olmamasıdır.
Elxan SALAHOV