Tikinti sahəsi ilə bağlı dövlət standartları qüvvəyə minib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinin əmri ilə tikinti sahəsi ilə bağlı dövlət standartları qüvvəyə minib. Bu barədə Lent.az-a Komitədən məlumat verilib.
“Tikinti üçün layihə sənədləri sistemi. Layihə və işçi sənədlərinə əsas tələblər. AZS QOST 21.101 – 2010” standartı müxtəlif təyinatlı müəssisə, bina və qurğuların tikintisi üçün layihə və işçi sənədlərinə olan əsas tələbləri müəyyənləşdirir.
“Tikinti üçün layihə sənədləri sistemi. Baş plan elementlərinin və nəqliyyat qurğularının şərti qrafiki işarə və təsvirləri. AZS QOST 21.204 – 2010” dövlət standartı müxtəlif təyinatlı müəssisə, qurğu (o cümlədən nəqliyyat qurğuları) və mülki-yaşayış obyektlərinin baş planlarının işçi cizgilərində qəbul olunan şərti cədvəli, işarə və təsvirləri müəyyən edir.

559