Azərbaycan Beynəlxalq Universitetdə yoxlamalar başa çatıb
19 may 2010 19:30 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Universitetdə yoxlamalar başa çatıb

Misir Mərdanov: “Yoxlamanın nəticəsi budur ki, iki ildir bu universitetə qəbul planı verilmir”

Təhsil Nazirliyi tərəfindən fəaliyyəti dayandırılan Moskva Açıq Universitetinin Bakı filialı dərs ilinin sonuna qədər öz fəaliyyətini davam etdirəcək. Nazirlik isə yeni dərs ilinin başlanmasına qədər bu universitetdə qanuni təhsil alan tələbələrin taleyini həll edəcək.

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, həmin universitetdə qanuni təhsil alan tələbələr başqa özəl ali məktəblərə köçürüləcək. Qeyri-qanunsuz təhsil alanların aqibəti isə nazirlikdən asılı olmayacaq və onlar problemlərini özləri həll edəcəklər

Misir Mərdanov Azərbaycan Beynəlxalq Universitetinə tələbə qəbulunun dayandırılmasına da aydınlıq gətirib. Onun sözlərinə görə, ötən il olduğu kimi, bu il də Azərbaycan Beynəlxalq Universitetinə tələbə qəbulu planlaşdırılmayıb. Artıq nazirlik həmin ali məktəbdə apardığı yoxlamaları da başa çatdırıb: “Hazırda ABU-da heç bir yoxlama aparmırıq. Yoxlamanı vaxtilə aparmışıq, nəticəsi də budur ki, iki ildir, bu universitetə qəbul planı verilmir”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar