“Fatimeyi-Zəhra” məscidinin tikintisi başa çatdırılacaq”
Qafqaz Müsəlmanları İdarəsi: Gələcəkdə bu məscidə kimin Axund təyin edilməsi Qafqaz Müsəlmanları İdarəsinin işidir
“Fatimeyi Zəhra” məscidinin yarımçıq qalan tikintisi başa çatdırılacaq”.
Bu barədə APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. Mətbuat xidmətinin rəhbəri deyib ki, “Fatimeyi Zəhra” məscidinin tikintisi başa çatdırıldıqdan sonra ora Axund təyin olunacaq və ibadət ocağı fəaliyyətə başlayacaq. R. Dadaşova “Fatimeyi-Zəhra” məscidinin Qafqaz Müsəlmanları İdarəsinin sərəncamında olan əksər ibadət ocaqlarından biri kimi fəaliyyət göstərəcəyini deyib.
“Fatimeyi-Zəhra” Dini İcmasının rəhbəri Tofiq Rəzizadə isə APA-ya açıqlamasında məscidin QMİ-nin tabeliyinə verilməsini normal hal kimi qiymətləndirib: “Əsas məsələ məscidin sökülməsinin qarşısını almaq idi. Gələcəkdə bu məscidə kimin Axund təyin edilməsi Qafqaz Müsəlmanları İdarəsinin işidir”.
T.Rəzizadə məscidin sökülməsi ilə bağlı məhkəmə çəkişməsini davam etdirəcəklərini də bildirib: “Biz Ali Məhkəmənin qərarını aldıqdan sonra, bu məhkəmənin plenumuna müraciət edəcəyik”.
Qeyd edək ki, Bakının Yeni Günəşli qəsəbəsində inşası tamamlanmamış “Fatimeyi-Zəhra” məscidi adlandırılan yarımçıq tikinti ətrafında yaranmış problemlə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan prezidenti cənab İlham Əliyevə müraciət edib. Prezident İlham Əliyev Azərbaycanın mövcud dövlət-din münasibətlərini nəzərə alaraq, sözügedən obyektin QMİ-nin sərəncamına verilməsi barədə göstəriş verib.
Prezident tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin başçısına bu məsələnin həlli ilə bağlı müvafiq tapşırıqlar da verilib.

483