“Müharibə olsa, ən birinci məni göndərəcəklər...” - MÜSAHİBƏ
Lent.az-ın “Onun Azərbaycanı” rubrikasında budəfəki həmsöhbətimiz Zaman Rəhimovdur. Z.Rəhimov Gəncə şəhərində yaşayır. Evlidir, bir qızı, bir oğlu var. Övladlarının ikisi də orta məktəbdə oxuyur. Ailədə evə əməkhaqqı gətirən təkcə Zaman bəyin həyat yoldaşıdır. Zaman özü illərlə Rusiyada yaşayıb, ustalıqla bacardığı sürücülük işi ilə məşğul olsa da, vətənə qayıdandan sonra 4 ildir, iş tapa bilmir. Özəl şirkətlər, rəsmi qurumlar onun xidmətlərindən boyun qaçırırlar. Yaş demişkən, Zaman bəyin elə də çox yaşı yoxdur. Ömrünün vur-tut 47-ci baharını yaşayır.
- Zaman bəy, niyə işləmirsiniz?
- Sən hansı işdən danışırsan?! İş odee, bir özünü oynadanlara verirlər, bir də ki, “pravanı” pulnan satın alan gədə-güdəyə. Kimdi mənə iş verən? Getdim, burda, şəhərdə “skorı” xəstəxanası var, dedim, ora şofer düzələrəm. Məndən nə az, nə çox - düz 8 min dollar pul istədilər. Gözüm çıxdı kəlləmə. Dedim, mən bəyəm bura qlavvraç düzəlirəm? Mən bu xəstəxanada iynə də vurmayacam e, deyəsiniz ki, xəstənin qohum-əqrəbası görüm-baxım eləyəcək. Maşın sürəcəm, maşın! Buna nə 8 min dollar?! Dedilər, naşükürlük eləmə, pulunu ver, işini al, tez bir müddətdə verdiyini yığacaqsan. Xəstənin birinin təcili yardıma 10 manatdan az pula aparmırlar, elə də olmalıdı da… başqa yerlərdə də deyirlər bizə cavan oğlanlar lazımdı, sən uje qojalıfsan! Qojalmışam… səhər müharibə olsun, məni birinci boynumun dalından basajaxlar ki, get, döyüş! Heç onda mənə qojalıfsan deyən olmayajax! Belə deyildi e, bala, sovet vaxtı işləməyəni tutub, basırdılar içəri. Xüsusi maddəsi də var idi – za tuneyadstvo. Özündən deyən oğlanın duxu nəydi, işləməsin! Yoxsa, ta indiki kimi ? O vaxt insanı öz taleyinin ümidinə buraxmırdılar…
- Mətbuatı izləyirsiniz?
- İzləmirəm! Heç izləmək fikrim də yoxdu. Mənə maraqlı deyil, nə yazırlar, nə pozurlar? Hansı mətbuatdan danışırsan sən mənə?! Qəzetlərin-jurnalların üzü doludu yarımçılpaq müğənni şəkillərinnən. Budu maariflənmək, savadlanmaq? O yarıçılpaqlardan mən ya da mənim uşaqlarım nə maariflənəsidi, nə öyrənəsidi? Baxmıram heç birinə!
- Bəs, televiziya?
- Televiziyada elədi ki, istəməsən də baxmalı olursan. Allah bellərini qırsın, bu da bir bəladı! Bütün cavannarımızın hamısını korlayır bu telekanallar. Bütün günü öpüşmək, qucaqlaşmaq, ay nə bilim sən məni atsan ölərəm, mən səni atıb başqasına gedirəm. Əxlaqsızlıq baş götürüb, gedir. O gün girmişəm evə, görürəm məktəbli qızım oturub, nədi o sərək kinonun adı….hə, “Donna Barbara” ona baxır! Əlimə keçəni nətəhər fırıldatdım boynunun kökündən: “Az, donuz qızı, donuz! Bu öpüşməyin nəyinə baxırsan, ay itin qızı! Bundan sən nə görüf-götürəssən?” Bu neçə ildə hələ bir dənə də televiziya verilişə rast gəlmədim ki, insana ona həyatda lazım olacaq bir şeyi başa salsınlar, öyrətsinlər… televiziyalarına-zadına bax bunların.
- Belə səlis danışıq qabiliyyətiniz var, belə gözüaçıq adamsınız, nə əcəb, ali təhsil almamasınız?
- Eh! İndiki cavannar elə bilir, oxumaq halvadır. O vaxt biz evdə yeddi-səkkiz uşaq idik, bütün ailəyə də bir cüt qara sovet qaloşumuz vardı. Səhər tezdən qıvraq tərpənən uşaq qaloşu geyib, gedirdi məktəbə, qalanlar da qalırdı baxa-baxa. O gün-güzərannan oxumaqmı olardı? Amma indiki cavanların hər şeyi var: mobil telefon, əyin-baş, kompüter, internet. Vaxt məhdudiyyəti qoyulmur, nə vaxt gedirsən get, evə nə vaxt qayıdırsan, qayıt, təki oxu. Kurslar, hazırlıqlar. Nə olsun? Yenə də başlarında bir şey yoxdu. Bunlarınkı odu dingilim-dingilim türk müğənnilərinə qulaq asalar. Türk müğənniləri hələ yaxşıdı, yenə onların bir tərəfi özümüzünküdü, dillərini-zadını başa düşürük. Bir də görürsən, rep, pop, nə bilim rokdu nə zəhrimardı! İmtahan verməyə gələndə də – dədə 10 manat ver, dədə 20 manat ver. Dədənin evi yıxılsın, dədə hardan alsın bir elə pulu? Biqeyrət köpək uşağı! Heç mənim gözüm bunların oxuyub, adam olmağından da su içmir.
- Azərbaycanla bağlı nəsə arzunuz var?
- İstəyərdim ki, Gəncə paytaxt olsun! Pah! Bəlkə onda indi qapısı kilidli qalan kinoteatrlar-zadlar işə düşərdi, camaat bir axışardı e oralara. Elə onda indiki paytaxtda oturanlar başa düşər, əyalətdə nə var-nə yox! Elə biz bir gün görərik. Amma sözdü deyirəm də, kimdi Gəncəni paytaxt eləyən…
- Yaxşı, sizə son sualımı verim: Azərbaycan necə ölkədir?
- Azərbaycan belə ölkədir ki, bala, yeyənə quyruqdu, ağlayana yasxana! Di hı! Pulun var, xarici maşının var, villa tikdirə bilmisən? Otur, kef elə! Yox, mənim kimi sadə zəhmətkeşsənsə, sənə bəri başdan 50-60 dul arvad lazımdı ki, oturub, gününə-güzəranına ağlasın. Dərd orasıdı ki, o arvadlar da havayı ağlamır, pulnan ağlayır. Uzun sözün qısası, çıxış yolu yoxdu...
Söhbətləşdi: Günel M.

684