Sərnişinlərin avtobus müsibəti
“Bakının mərkəzindən Ramana istiqamətinə marşrut problemi iki ildir davam edir. Artıq canımız boğaza yığılıb, axı nə qədər bu vəziyyətdə yaşamaq olar? Vallah bu müsibəti heç kəs götürməz”. Yeni Suraxanı qəsəbəsindəki Samir Əliyev küçəsində yaşayan xanım oxuculardan biri Lent.az-a telefon açıb minlərlə oxucuların adından üzləşdikləri problemə aydınlıq gətirməyimizi xahiş edir.
Oxucumuz bildirir ki, 2008-ci ildən qəsəbə sakinlərinin ictimai nəqliyyatdan istifadəsində problemlər yaranıb. Belə ki, həmin vaxt Ramana kəndi istiqamətində işləyən 314 və 294 saylı marşrut xətti İradə adlı xanım sahibkarın nəzarətinə keçəndən Ramana və Yeni Suraxanı qəsəbəsində yaşayanların qara günləri başlayıb. Daha doğrusu, marşrut avtobuslarının sayının azaldılmasından yaranan problemlər isə sərnişinlərlə sürücülər, sürücülərlə sahibkar arasında ciddi ixtilaflara yol açıb.
Sakinlər bildirirlər ki, avtobusların azlığından istifadə edən sürücülər gedişhaqqını qaldırmaqla sərnişinlərin narazılığını bir qədər də artırıb. Redaksiyamıza müraciət edən xanım oxucunun dediyinə görə, Bakının mərkəzindən Ramana istiqamətinə işləyən 314 və 294 saylı marşrutlarda sürücülərin gündəlik planı 80 manata qaldırılıb. Planın qaldırılması qərarının həmin marşrutların faktiki sahibi olan İradə adlı sahibkar tərəfindən verildiyi bildirilir. Bundan sonra sürücülər gündəlik planı yerinə yetirə bilmək üçün gedişhaqqını 20 qəpikdən 30 qəpiyə qaldırıb.
Sakinlərin bildirdiyinə görə, indi vəziyyət o həddə çatıb ki, yerli əhali şəhərə gedib-gəlmək üçün avtobus tapmır. Hətta bir çox hallarda, marşrutlar arasında interval 1 saat 10 dəqiqə çəkir. Bir saatdan sonra dayanacağa gələn avtobuslara doluşan sərnişinlərin sayı isə normadan 2-3 dəfə artıq olur.
“Marşrutlar çox pis işləyir. Dəfələrlə Nəqliyyat Nazirliyinə müraciət etmişik. Amma problem həll olunmur, qəsəbə sakinləri işə vaxtlı-vaxtında gedə bilmir. Bu səbəbdən son bir həftədə 7-8 nəfər işdən azad olunub” – deyə, xanım oxucumuz bildirir.
Ramana və Yeni Suraxanıdakı marşrut problemindən Nəqliyyat Nazirliyində də xəbərdardırlar. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyir ki, yaranmış problemə əsas səbəb sərnişin avtobuslarının hərəkət cədvəllərində və sxemlərindəki dəyişikliklərdir. Onun sözlərinə görə, son iki ildə Bakıya çoxsaylı iritutumlu avtobus gətirilib və bununla əlaqədar bəzi marşrut xətləri birləşdirilib, bəziləri əksinə, ayrılıb. Sərnişinlər isə bu dəyişikliyə öyrəşmədiyindən müəyyən çətinliklərlə üzləşir.
“Bakı Sərnişin Nəqliyyatı” MMC-nin mətbuat xidmətinin rəhbəri Samir Həsənov isə 314 və 294 saylı sərnişin avtobuslarında problemlərin olduğuna inanmır. Onun sözlərinə görə, hər iki marşrut xəttinə gün ərzində ən azı 10 avtobus buraxılır.
Mətbuat xidmətinin rəhbəri Bakı şəhərinin sərnişin nəqliyyatında avtobuslar arasında ən böyük intervalın 20 dəqiqə olduğunu deyir. Onun sözlərinə görə, Bakıda və Bakıətrafı kəndlərin heç birində avtobuslar arasında interval 20 dəqiqədən artıq deyil: “Amma problemin nədən ibarət olduğunu mən bilmirəm. Gərək araşdırıb vəziyyəti öyrənək, orada hansı sahibkarın olduğunu bilək və onlarla danışaq. Yalnız bundan sonra problemin həlli istiqamətində hansı işləri görə biləcəyimizi deyə bilərəm”.
Samir Həsənov 314 və 294 saylı marşrutlarla bağlı araşdırma aparacaqlarını və müvafiq tədbir görəcəklərini vəd edib. O, qeyd edib ki, aparılan araşdırmalarda gedişhaqqının özbaşına artırıldığı təsdiqini taparsa, marşrut sahibləri və sürücülər cəzalandırılacaq.
“Ancaq həmin marşruta əlavə avtobusların buraxılması yaxın vaxtlarda mümkün olmayacaq. Çünki xəttə buraxılan avtobusların sayı tələbata tam uyğundur. Əlavə avtobuslara ehtiyac varsa, məsələni həll edəcəyik” – deyə, “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin nümayəndəsi bildirib.
“Müstəqil Nəqliyyatçılar” İctimai Birliyinin sədri Natiq Ələkbərov deyir ki, şəhər nəqliyyatı mütləq dövlət tərəfindən tənzimlənməlidir. Onun sözlərinə görə, bu tənzimləmə subyektiv amillər deyil, qanunlara əsasən həyata keçirilməlidir.
“Amma indiki halda qanunlar deyil, subyektiv amillər əsas götürülür. Normal halda əvvəlcə yeni avtobuslar xəttə buraxılmalı, onun gün ərzində nə qədər sərnişin daşıya biləcəyi hesablanmalıdır. Yalnız bundan sonra orta tutumlu avtobuslar xəttə çıxarıla bilər. Ancaq indi yeni avtobuslar xəttə buraxılmamış mövcud olanları xətdən uzaqlaşdırırlar. Belə olan halda sürücülər işsiz qalmamaq üçün qeyri-rəsmi sövdələşməyə getməyə məcburdur” - Natiq Ələkbərov belə düşünür.
Elxan SALAHOV

1399