“Donuz qripi” üzrə 2772 müayinə aparılıb
Ötən il Azərbaycanda qida zəhərlənmələri 40 faiz, zərərçəkənlərin sayı isə 50 faizədək azalıb
2009-cu ildə Azərbaycanda ana və uşaq ölümü göstəriciləri azalıb. Belə ki, 2008-ci ildə hər min diri doğulan uşaqdan 12-si dünyasını dəyişibsə, ötən il bu göstərici 11,4-ə enib. Ana ölümü əmsalı isə 26,1-dən 24,3-ə düşüb.
Lent.az-ın məlumatına görə, Lent.az-ın məlumatına görə, bu fikir ötən həftə Həkimləri Təkmilləşdirmə İnstitutunda Səhiyyə Nazirliyinin 2009-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında səsləndirilib. İclasda o da qeyd olunub ki, hazırda ana ölümü göstəricisinin səviyyəsi Səhiyyə Nazirliyini ən çox narahat edən məsələlərdən biridir. Bu səbəbdən də hər bir ana ölümü doğuşayardım komissiyasında təhlil və müzakirə olunur, metodik sənədlər, klinik protokollar hazırlanır.
Həmçinin “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülən tədbirlər nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı xeyli artıb. Talassemiya və hemofiliya xəstəliklərindən ölənlərin sayı xeyli aşağı düşmüşdür. Talassemiya xəstəliyindən ölənlərin sayı 2003-cü ildə mütləq rəqəm 73 olubsa, 2009-cu ildə bu rəqəm 21-ə enib. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması işi də xeyli yaxşılaşıb. Hazırda ölkədə 19 dializ mərkəzi fəaliyyət göstərir.
Nazirliyin Sanitar-Epidemioloji Nəzarət Sektorunun müdiri Viktor Qasımov kollegiya iclasında bildirib ki, ötən il respublikada idarə olunan xəstəliklərdə polimelit, məxmərək, qızılca, kimi xəstəliklər 2009-cu ildə qeydə alınmayıb. Difteriya, göy öskürək və tetanus kimi yoluxucu xəstəliklər isə sporadik şəkildə qeydə alınıb. Onun sözlərinə görə, ötən il 2008-ci illə müqayisədə qida zəhərlənmələri 40 faiz, zərərçəkənlərin sayı isə 50 faizədək azalıb.
Viktor Qasımov deyib ki, A/H1N1 virusunun ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədi ilə Taun Əleyhinə Stansiyanın laboratoriyasında 2772 laborator müayinə aparılıb. Bu zaman 14 nəfərin bu virusa yoluxması təsdiq edilib və onlar sağalaraq evə buraxılıb.
Elxan SALAHOV

575