Ali məktəblər adambaşına maliyyələşməyə keçir
14 yanvar 2010 13:00 (UTC +04:00)

Ali məktəblər adambaşına maliyyələşməyə keçir

Gələn ildən Azərbaycanın bütün ali məktəbləri adambaşına maliyyələşmə sisteminə keçəcək.

Lent.az-ın müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov söyləyib.

Təhsil naziri deyib ki, son bir neçə ildə ali məktəblərə dövlət büdcəsindən ayrılan vəsait davamlı olaraq artır. Son iki ildə ali məktəblərin büdcəsi hər il 2 dəfə artıb. 2003-cü illə müqayisədə isə bu artım 5 dəfədən çox olub. Misir Mərdanov qeyd edib ki, hazırda ali məktəblərə büdcədən ayrılan vəsait 121 milyon manat təşkil edir.

Bununla belə, təhsil naziri bildirib ki, büdcədən ali təhsilə ayrılan vəsait ali məktəblər üzrə ədalətli şəkildə bölünmür. Onun sözlərinə görə, bəzi ali məktəblərdə tələbələrin sayı aşağı olsa da, onlara ayrılan vəsait tələbələrin sayı çox olan ali məktəblərdən yüksəkdir: “Bu ədaləti bərpa etmək üçün maliyyələşmə prinsipinə yenidən baxılmalıdır. Dünya Bankı ilə Azərbaycan hökumətinin əməkdaşlığı sayəsində gələn ildən ali məktəblərdə adambaşına maliyyələşmə tətbiq olunacaq”.





Elxan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1061

Oxşar yazılar