Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"yə edilən dəyişikliklər və əlavələrə əsasən, Əsasnamədə “nəqliyyat vasitələrinin girov qoyulması barədə məlumatların uçotunun aparılmasını” sözləri “nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə qeydiyyatının aparılmasını” sözləri ilə əvəz ediləcək.
“Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydalarının və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin qərarına da dəyişiklik və əlavə edilib. “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”yə edilən dəyişikliyə görə, “C” və “D” kateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə sürücülərin hazırlanması üçün kurslarda təhsil müddəti 3,5 aya qədər, “A” və “B” kateqoriyalı nəqliyyat vasitələrini, tramvay və trolleybusu idarə etməyə 2,5 aya qədər, A1 kateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə isə 1,5 aya qədərdir, tədris müəssisələrində isə tədris planlarına, proqramlarına və təhsil müddətinə uyğun aparılır.
Nəqliyyat vasitələri sürücülərinin hazırlanması nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı olan şəxslərdən təşkil olunmuş kurslarda həyata keçirilir. “B”, “C”, “D”, “BE”, “CE” və “DE” kateqoriyalı avtomobil nəqliyyatı vasitələri sürücülərinin ixtisasının artırılması kursları üçün təhsil müddəti 1,5 aydır.
“C” kateqoriyalı avtomobil nəqliyyatı vasitələri sürücülərinin ixtisasının artırılması, “B” kateqoriyalı avtomobil nəqliyyatı vasitələrini idarə etmək hüququ olan sürücülərdən təşkil olunmuş kurslarda həyata keçirilir. “BE” kateqoriyası “B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslərin, “CE” və ya “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini müvafiq olaraq “C” və ya “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il idarəetmə təcrübəsinə malik olan şəxslərin ixtisasının artırılması axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi törətməyən, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmayan sürücülərdən təşkil olunmuş kurslarda həyata keçirilir.
Kurslara qəbul olunan dinləyicilərin yaş həddi nəqliyyat vasitəsi kateqoriyasından asılı olaraq aşağıdakı kimi müəyyən edilir:
“A1” kateqoriyası üzrə - 16 yaşdan;
“A”, “B” və “C” kateqoriyası üzrə - 18 yaşdan;
“BE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan;
tramvayları, trolleybusları, “CE” və “D” kateqoriyaları üzrə - 21 yaşdan;
“DE” kateqoriyası üzrə - 24 yaşdan.
“Nəqliyyat vasitələrinin tipindən, təyinatından və idarəetmə xüsusiyyətlərindən asılı olaraq, sürücülük vəsiqələrində aşağıdakı kateqoriyalar göstərilir:
1) “A1” - mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etmək üçün;
2) “A” - bütün növ motosikletləri idarə etmək üçün;
3) “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün:
“A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri;
qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri;
qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri;
4) “C” – “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
5) “D” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
6) “BE” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin yüksüz kütləsindən çox olan “B” kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan “B” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
7) “CE” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
8) “DE” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
9) “Tramvay” - tramvayları idarə etmək üçün;
10) “Trolleybus” - trolleybusları idarə etmək üçün;
"Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:
1) velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;
2) asma mühərrikli velosipedi, mopedi və “A1” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;
3) “A”, “B” və “C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 18 yaşdan;
4) “BE” - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan;
5) tramvayları, trolleybusları, “CE” və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan;
6) “DE” - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 24 yaşdan.";
“BE” kateqoriyası “B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə edilməsinə ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslər, “CE” və ya “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə edilməsinə müvafiq olaraq “C” və ya “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il idarəetmə təcrübəsinə malik olan şəxslər yenidən hazırlıq kurslarını bitirdikdən sonra və QİM-də nəzəri və təcrübi imtahanlar verdikdən sonra buraxılırlar.
Cərimə ballarının təyin edilməsi və uçotunun aparılmasına gəlincə, cərimə ballarının uçotu mərkəzləşdirilmiş qaydada texniki vasitələrdən istifadə edilməklə, DİN BDYPİ-nin mərkəzi məlumat bazasında aparılır. Yol hərəkəti qaydaları əleyhinə inzibati xətalar, həmin inzibati xətalar haqqında işlər üzrə qəbul olunan qərarlar barədə məlumatlar 1 gün ərzində texniki vasitələrdən istifadə etməklə, BDYPİ-nin mərkəzi məlumat sisteminə daxil edilir. Törədilmiş xətaya görə qanunvericiliklə müəyyən edilmiş müvafiq cərimə balı ilə bağlı sürücünün soyadı, adı, atasının adı, sürücülük vəsiqəsinin nömrəsi, nəqliyyat vasitəsinin markası və nömrəsi, yol hərəkəti qayda pozuntusu, yeri, tarixi, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi, sürücülük hüququnun məhdudlaşdırılması müddəti və tarixi, məlumatı sistemə daxil edən DYP-nin səlahiyyətli vəzifəli şəxsi barədə məlumatlar xüsusi proqram əsasında mərkəzi məlumat bazasında qeyd edilir. DYP-nin vəzifəli şəxsinin inzibati tənbeh tətbiqi barədə qərarı qanuni qüvvəyə mindikdən sonra bal təyin edilmiş hesab olunur.
Balla qiymətləndirilən xətalar haqqında işlərə baxılarkən DİN BDYP-nin mərkəzi məlumat bazasının barəsində inzibati icraat aparılan şəxslə bağlı cərimə ballarının uçotuna dair məlumatları əsas göstərilməlidir. Cərimə balları barədə aktiv məlumatlar bir il ərzində saxlanılır. Qüvvəsini itirmiş cərimə balları barədə məlumatlar növbəti il müddətinə arxivləşdirilir. Sürücülük vəsiqəsi idarə etdiyi nəqliyyat vasitəsinin kateqoriyasına uyğun olmayan sürücü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş balla qiymətləndirilən xətaları törətdikdə o, nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyətə cəlb olunur və ona törətdiyi xətaya müvafiq bal təyin edilir. Sürücülük hüququ müəyyən müddətə məhdudlaşdırılmış şəxslərin cərimə balları silinir və bu şəxslər həmin müddətdə yol verdikləri xətalara görə məsuliyyətə nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxs kimi cəlb edilirlər.
Nazirlər Kabineti ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın formalarını da təsdiq edib:
Azərbaycan Respublikası Nazirlər Azərbaycan Respublikası Nazirlər Nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka saxlayan İpoteka müqaviləsinin dövlət qeydiyyatını aparan DYP orqanının adı, M.Y. İpoteka müqaviləsinin dövlət qeydiyyatını aparan DYP orqanının adı, |