2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.
Lent.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Nəzərdə tutulan günlər iş günü hesab edilmir.
Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.
Gələn il 22 və 23 mar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 25 və 26 mart tarixləri qeyri-iş günləri olacaq.
Beləliklə, gələn il Novruz bayramında ardıcıl 7 gün -20, 21, 22, 23, 24, 25 və 26 mart qeyri-iş günləri olacaq.
Həmçinin, 2025-ci il martın 30 və 31-i Ramazan bayramı günləri müəyyən edilib.
Gələn il 30 mart bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 1 aprel qeyri-iş günü olacaq.
Beləliklə, gələn il Ramazan bayramında ardıcıl 3 gün – 30 və 31 mart və 1 aprel qeyri-iş günləri olacaq.
İyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.
Gələn il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq.
Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün gələn il Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.