Məşhurların inanılmaz xərcləmə  vərdişləri: Bir gündə 150 min
03 fevral 2026 17:56 (UTC +04:00)

Məşhurların inanılmaz xərcləmə vərdişləri: Bir gündə 150 min

0

Aktyor, müğənni və futbol dünyasından bir çox məşhurun evlərindəki geyim dolabları üçün etdikləri xərclər diqqət çəkib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qarderoblarını hazırlamaq üçün peşəkar stilistlərə 50 min lirədən 150 min lirəyədək ödəniş edirlər.

Bu xidmətdən Hande Erçel, Gamze Erçel, Pelin Akil, Merve Özbey, Nuri Şahin və Cenk Tosun kimi məşhurların yararlandığı bildirilir.

Ünlülerden pes dedirten harcama! Bir gün için 150 bin TL

Son dövrlərdə qarderobu yığdırmaq məşhurlar arasında dəb halını alıb. Qarderobun ölçüsünə uyğun müəyyən edilən məbləğ qarşılığında stilistlər evə gələrək geyimləri səliqəyə salır, kombin təklifləri verir və hansı parçaların birlikdə daha uyğun olduğunu məsləhət görürlər.

Peşəkar təşkilatçılarla bağlanan razılaşmalarda ödəniş qarderobun böyüklüyünə və içindəki geyimlərin sayına əsasən hesablanır. Müəyyən olunmuş gündə evə gələn stilistlər geyimləri rənginə və istifadə məqsədinə görə ayırır, daha sonra isə şəxsə özəl kombinlər hazırlayaraq geyimlə bağlı tövsiyələr verirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar