Kürəkənini öldürən  qayınatanın məhkəməsi: “Dedilər gəlin zibilinizi aparın”
03 fevral 2026 16:43 (UTC +04:00)

Kürəkənini öldürən qayınatanın məhkəməsi: “Dedilər gəlin zibilinizi aparın”

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə Bakıda qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Məhərrəmovanın cinayət işi üzrə məhkəmə  prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.

Təqsirləndirilən Nəcəf Qafarovun vəkili  zərərçəkən Raya Quliyevaya sual verərək, Ədil Məhərrəmovun ona və digər oğluna qarşı mülki iddia ərizəsinin olduğunu və məsələnin hansı mahiyyət daşıması barədə soruşub. Zərərçəkənin hüquqi varisi vəkilin məhkəməyə bununla bağlı sənəd təqdim etməsinə rəğmən belə bir məsələnin olduğunu inkar edib.

Şahid Süsən Məhərrəmova həmin gün Ə. Məhərrəmovu gördüyünü deyib:

"Ədil mənim evimdən sağ-salamat  gedib. Bir qədər keçdi, telefonuma zəng gəldi ki, gəlin zibilinizi aparın. Nuranəyə ağır gələn odur ki, Ədilin ailəsi onu deyil, məni qəbul etmişdilər. Məhkəmədən xahiş edirəm ki, onlara ən ağır cəza verin".

Şahid Mariana Abbasova hadisə yerində olmadığını deyib:

"Mən Nuranənin bacısıyam. Hadisə günü bacımla əlaqə saxladım, açmadı. Ədilə zəng vurdum ki, telefonu Nuranəyə ver. Dedi evdə deyil. Zəng vurdum bacıma ki, ərin atadan polisə şikayət edib,  göndər bizə atanı ki, Ədillə dalaşarlar, ata zibilə düşməsin. Atam  sonra yanıma gəldi. Ədilə zəng etdim. Başqa bir şəxs açdı telefonu, dedi  ki, soruşduğunuz adam bomja oxşayır, içib küçədə yatıb, deyirəm dur, deyir ki, yuxum gəlir, dura bilmirəm. Yoldaşıma dedim ki, get Ədili evə apar, pisdir durumu. Təkrar zəng etdim Ədilin telefonuna, az əvvəl cavab verən  oğlan götürdü. Dedim telefon niyə bayaqdan səndədir, sən hər bomjun cibindən telefon götürürsən?".

Dövlət ittihamçısı M. Abbasovaya sual verib ki, siz niyə Nuranəyə demisiniz ki, tez ol, telefonu format et, özününkünü də, səbəb nə idi? İttihamçının sualına şahid yayındırıcı cavab verib.

Növbəti proses 17 fevral saat 15:00-a təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə 2025-ci il  aprelin 21-də 37 yaşlı Ədil Məhərrəmovun Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülüb. Bununla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb. Mərhumun qohumu Nəcəf Qafarov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib, onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 454

Oxşar yazılar