Kişilərin sağlamlığına zərərli  idman növləri
03 fevral 2026 15:59 (UTC +04:00)

Kişilərin sağlamlığına zərərli idman növləri

0

İstənilən fiziki fəaliyyət sağlamlıq üçün faydalıdır. Lakin həkimlərin sözlərinə görə, bəzi idman növləri xüsusilə kişilərin sağlamlığı üçün risk yarada bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər kişi orqanizminə mənfi təsir göstərən idman növlərini açıqlayıblar.

Velosiped sürmə

Ekspertlərin fikrincə, ən riskli idman növlərindən biri velosipeddir. Velosiped sürmə ayaq əzələlərini gücləndirsə, dözümlülüyü artırsa və ümumi fiziki formanın qorunmasına kömək etsə də, oturacağın forması və sürüş zamanı bədənin duruşu ciddi problemlərə səbəb ola bilər.

Həkimlər bildirirlər ki, dar oturacaq üzərində uzun müddət qalmaq çanaq nahiyəsində qan dövranını pozur. Bu isə potensial problemlərə, eləcə də zamanla daxili orqanların sağlamlığına mənfi təsir göstərə bilər. Uzunmüddətli velosiped yürüşləri prostatit və sistit riskini artıra bilər, – deyə mütəxəssislər xəbərdarlıq edirlər.

At sürmə (çapma)

At sürmənin də kişi sağlamlığı üçün təhlükəsiz olmadığı bildirilir. Ekspertlərin sözlərinə görə, yəhərdə uzun müddət oturmaq qasıq nahiyəsində damarların fəaliyyətinə mənfi təsir göstərir. Tez-tez at sürən kişilərdə uroloji xəstəliklərin və böyrək sistemi pozğunluqlarının yaranma riski artır.

Bundan əlavə, mütəxəssislər qeyd edirlər ki, at sürmə trombun qopması riskini dəfələrlə artıra bilər, bu isə həyati təhlükə yaradan vəziyyətdir.

Avarçəkmə

Avarçəkmə də kişi sağlamlığına mənfi təsir göstərə bilən idman növləri sırasındadır. Səbəb əsasən bədənin düzgün olmayan vəziyyəti və uzun müddət oturaq halda qalmaqdır. Bu idman növündə əsasən çiyinlər və bədənin yuxarı hissəsi aktiv işləyir, çanaq nahiyəsi isə hərəkətsiz qalır.

Həkimlərin fikrincə, bu vəziyyətin kişi cinsiyyət orqanlarına təsir mexanizmi davamlı oturaq həyat tərzi ilə eynidir və zamanla ciddi problemlərə yol aça bilər.

Həkimlər vurğulayırlar ki, fiziki aktivlik vacibdir, lakin idman növü seçilərkən orqanizmin xüsusiyyətləri və mümkün risklər nəzərə alınmalıdır. Xüsusilə uzunmüddətli və peşəkar məşqlərdən əvvəl həkim məsləhəti almaq tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar