Zaqatalada evdə abort  qadına baha başa gəldi
10 dekabr 2024 17:23 (UTC +04:00)

Zaqatalada evdə abort qadına baha başa gəldi

Zaqatalada hamilə qadın özünü evdə abort edib.

Lent.az-ın məlumatına görə, hadisə ötən gün Zaqatalanın Əliabad qəsəbəsində qeydə alınıb.

21 fəftəlik hamilə olan 27 yaşlı Diana Kazımova yaşadığı evdə hamiləliyini sonlandırmağa qərar verib. Bu məqsədlə o uşaq salmada (abort) istifadə olunan xüsusi riskli dərman qəbul edib. Yüksək dozada dərman qəbul edən D. Kazımovanın vəziyyəti qəfil pisləşib. O dərhal Zaqatala mərkəzi rayon xəstəxanasına çatdırılıb. Həkimlərin vaxtında müdaxiləsi və səyi nəticəsində qadının həyatı xilas edilib.

Hazırda D. Kazımovanın müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15322

Oxşar yazılar