Qərb bölgəsindən 9 dini mağaza qeydiyyat üçün sənəd təqdim edib
Qərb bölgəsindən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qeydiyyatdan keçmək üçün 9 dini mağaza sənəd təqdim edib. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qərb nümayəndəliyinin rəhbəri Firdovsi Kərimov məlumat verib. Onun sözlərinə görə, mağazalardan 7-si Gəncədə, 1-i Şəmkir, 1-i Goranboyda yerləşir. Mağazaların sənədlərinə indidən sonra baxılacaq.
“Gəncədən və Şəmkirdən, eləcə də Naftalandan ümumilikdə 3 mağaza isə Komitəyə sənəd təqdim etməyib. Bu mağazaların və səyyar satışın qarşısı alınacaq”, - deyə F.Kərimov bildirib.
Vüsalə Cənnətova
“Gəncədən və Şəmkirdən, eləcə də Naftalandan ümumilikdə 3 mağaza isə Komitəyə sənəd təqdim etməyib. Bu mağazaların və səyyar satışın qarşısı alınacaq”, - deyə F.Kərimov bildirib.
Vüsalə Cənnətova
724