BAMF-ın 20 illik yubileyi qeyd olundu
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaranmasının 20 illiyi ilə bağlı yubiley tədbiri keçirilib. Lent.az-ın məlumatına görə, əvvəlcə BAMF-ın sədri Umud Rəhimoğlu tədbiri açaraq qonaqları salamlayıb. Sonra BAMF-ın 20 illik fəaliyyətinə həsr olunmuş “Bəşəriyyət üçün xidmətlərə görə” filmi nümayiş etdirilib.
Milli Məclisinin vitse-spikeri Bahar Muradova çıxış edərək BAMF-ın sədrini və kollektivini yubileylə bağlı ürəkdən təbrik edib. BAMF-ın fəaliyyətini yüksək qiymətləndirən B. Muradova Fondun Azərbaycanda çox vacib işlər gördüyünü xatırladıb: “Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanda çox mühüm layihələrə imza atıb. Qeyd etməliyəm ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti artıq Azərbaycan çərçivəsinə sığımır. BAMF dünya miqyasında layihələr həyata keçirməyə layiqdir. Bu işdə Umud müəllim başda olmaqla bütün kollektivə uğurlar arzulayıram”.
Prezident Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev öz çıxışında BAMF-ın vətəndaş cəmiyyəti quruculuğundakı səmərəli fəaliyyətindən danışıb. Yubiley münasibəti ilə Umud Rəhimoğlunu təbrik edən A.Quliyev öz adından, rəhbərlik etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının adından BAMF sədrinə xatirə hədiyyəsi bağışlayıb. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev çıxış edərək PA-nın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun adından U. Rəhimoğlunu və BAMF kollektivini təbrik edib. O, Azərbaycanda dövlətin qeyri-hökumət təşkilatlarına verdiyi dəstəkdən, ölkəmizdə bu istiqamətdə aparılan işlərdən danışıb.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov çıxış edərək BAMF-a və onun sədrinə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovun təbrikini çatdırıb.
BMT katibliyi adından yubiley təbriki çatdırmaq üçün Azərbaycana gələn BMT-nin İqtisadi-Sosial Şurasının-ECOSOC-un QHT bölməsinin rəhbəri Andrey Abramov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyətin rəhbəri Davud Rəhimov rəhbərlik etdikləri təşkilatlar adından U.Rəhimoğluna xatirə hədiyyələri təqdim ediblər.
Qeyd edək ki, yubiley tədbirində iştirak etmək üçün Azərbaycana gəlmiş Riçardas Lapayitis, Modris Auzinş də olub.

Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09