
Qış mövsümü ilə əlaqədar qərargah yaradıldı - FOTO
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, qışa hazırlıqla bağlı ASC tərəfindən əmr hazırlanaraq aidiyyəti yol istismar müəssisələrinə göndərilib. Yol istismar müəssisələri tərəfindən həmin əmrin icrası ilə bağlı tədbirlər planı hazırlanaraq müvafiq işlərin görülməsinə başlanılıb. Hər bir yol istismar müəssisəsində 24 saat işləyən növbətçi briqadalar yaradılıb. Həmçinin, "Azəryolservis"də qərargah yaradılıb, 24 saat ərzində növbətçilik təşkil olunub. Qarlı-şaxtalı hava şəraitində yollarda yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin görüldüyünü deyən mətbuat katibi bildirib ki, avtomobil yollarına mütəmadi baxış keçirilir, yollardakı problemlər aradan qaldırılır, material ehtiyatı (texniki duz, qum, yanacaq və s.), yol texnikası, maşın-mexanizmlər və nəqliyyat vasitələri saz vəziyyətə gətirilir, işçilər xüsusi geyim forması ilə təmin olunur.
"Azəryolservis"də yaradılmış qərargah bu istiqamətdə həyata keçirilən tədbirlər, görülən işləri nəzarətə götürüb.
Nizam RZA
"Azəryolservis"də yaradılmış qərargah bu istiqamətdə həyata keçirilən tədbirlər, görülən işləri nəzarətə götürüb.
Nizam RZA
Oxşar yazılar

"Plastik əməliyyat olunanlar"- Heç vaxt xoşbəxt ola bilməyəcəklər
23 may 2025 , 10:51
Çətin zaman geridə qalacaq: 4 BÜRC üçün çox XOŞ XƏBƏR
23 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
23 may 2025 , 08:15
Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq
23 may 2025 , 00:45
İyun ayından əvvəl həyatını dəyişdirən təklif alacaq BÜRCLƏR: Siyahıda kimlər var?
23 may 2025 , 00:02
Masallıda 18 yaşlı qız itkin düşdü
22 may 2025 , 22:12
APA TV yayım dairəsini genişləndirir
22 may 2025 , 20:24