“Bu uşaqlar milyonlarla tamaşaçının gözü qarşısında seçilib” - AÇIQLAMA
Həmin rəylərdə Azərbaycanı təmsil edən iştirakçılardan birinin İctimai Teleradionun baş direktoru İsmayıl Ömərovun
nəvəsi oldugu qeyd olunur.
İctimai Televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov lent.az-ın müxbiri ilə söhbətində bildirdi ki, əslində bu, gizli bir məsələ deyil.
“Bəli, Ömər Sultanov İsmayıl Ömərovun nəvəsidir. Amma müsabiqədə
iştirak edən 40-a yaxın uşağın arasından münsiflər heyəti ən yaxşıları seçdi və onlar ən qısa zamanda gözəl hazırlaşa bildilər. Düzdür, bizim istedadlı uşaqlarımız çoxdur, amma məsələ ondadır ki, onları ortaya çıxarıb yetişdirən ayrı-ayrı təşkilatların sayı kifayət deyil. Məsələn, əksər ölkələrdə uşaq kanalları fəaliyyət göstərir və daim bu efir istedadlı uşaqların ortaya çıxmasında əvəzsiz rol oynayır. Bu cür institutlar həm də uşaqların formalaşmasında, müasir tələblərə uyğun bir çox qabiliyyətlərə yiyələnməsinə imkan yaradır” - deyə o, bildirib.
Tahir Məmmədovun dediyinə görə, təmsilçilərimiz Ömər və Suada müsabiqədə çox gözəl çıxış etdilər, özlərini mediada yaxşı tərəfdən, istedadlı uşaqlar kimi göstərə bildilər.
“Onların oxumağı bir yana, ünsiyyətləri hər kəsi təəcübləndiridi. Canlı efirdə Ömərin aparıcı ilə ingiliscə dialoqunu hamı izləyib. Onlar doğrudan da çox sərbəst idilər. Etiraf etmək lazımdır ki, nəinki uşaqların, böyük müğənnilərimizin də hamısı belə vərdişlərə tam yiyələnməyib. Amma “Eurovision” Mahnı Müsabiqəsi bizim musiqiçilərimizin, gənc istedadlarımızın dünya çapında özlərini göstərməsi, həmin tələblərə uyğunlaşması üçün çox böyük bir stimul və platformadır. Bizim ölkədə istedadlı adamlar yaşından, kimliyindən asılı olmayaraq böyük dəstək alırlar. Buna qısqanmaq lazım deyil. Yeri gəlmişkən bu ilki müsabiqə uşaq hüquqlarına həsr olunmuşdu. İndi nə təklif edirsiniz, valideynləri vəzifədə olan bütün uşaqların hüquqlarını əlindən alaq, onları heç hara buraxmayaq? Bu uşaqlar milyonlarla tamaşaçının gözü qarşısında seçilib. Əgər onların istedadı yox idisə, bunu seçim vaxtı niyə yazmırdılar. İndi guya bu işdə qüsur tutublar. Bu absurd bir fikirdir və məncə belə dayaz düşüncələrdən uzaq olmaq lazımdır. Bu iki istedadlı uşaq bu və ya digər səbəbdən layiq olduqları yeri tuta bilmədilər. Bunu hətta təşkilatçılar da etiraf etdilər. Məncə, indi onlara belə yersiz psixoloji təsir göstərməkdənsə, onları təbrik etməli və dəstəkləməliyik. Biz bir komanda olaraq Ömər və Suadaya təşəkkür edirik” - deyə, Məmmədov qeyd edib.

1333