Güclü külək əsəcək
04 dekabr 2012 00:10 (UTC +04:00)

Güclü külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində duman olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 12-17 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir, axşam isə bəzi qərb rayonlarında az yağış yağacağı ehtimal olunur. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 11-16, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 3-də günün ikinci yarısından 6-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
# 1101

Oxşar yazılar