Səbaildə əlil uşaqların iştirakı ilə tədbir keçirilib
03 dekabr 2012 17:12 (UTC +04:00)

Səbaildə əlil uşaqların iştirakı ilə tədbir keçirilib

Bu gün 3 dekabr – Beynəlxalq əlillər günü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən əlil uşaqlar üçün tədbir təşkil edilib. Səbail rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, tədbirdə rayondakı əlil uşaqlar, Daun Sindromlu Şəxslərin Assosiasiyası və UAFA əlil uşaqlar təşkilatının üzvləri, Saray qəsəbəsindəki uşaq evində tərbiyə alan, 219 saylı evdə məktəbdə təhsil alan əlil uşaqlar - ümumilikdə 150-dən çox əlil iştirak edib. “Şərq saray” şadlıq sarayında keçirilən tədbir əlil uşaqların sevincinə səbəb olub.

Tədbir iştirakçılarını salamlayan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, rayonda 2514 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar var. A.Əsgərov bildirib ki, əlil vətəndaşla və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, bu il ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli tədbir təşkil olunmuş, 2 nəfərə əlil arabası verilib, 10-dan çox əlilin cərrahiyyə əməliyyatı olunmasına köməklik göstərilib, uşaqlar üçün təşkil olunan tədbirlərdə əlil uşaqların da iştirakı təmin olunub.
Sonda incəsənət ustaları əlil uşaqların qarşısında çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1412

Oxşar yazılar

Azərbaycanda indi ən çox bu adları qoyurlar-VİDEO

Azərbaycanda indi ən çox bu adları qoyurlar-VİDEO

23 fevral 2025 , 05:45
Terapiya yoxsa şarlatanlıq?-VİDEO

Terapiya yoxsa şarlatanlıq?-VİDEO

23 fevral 2025 , 01:35
Yollar buz bağladı , sürücülərə XƏBƏRDARLIQ

Yollar buz bağladı, sürücülərə XƏBƏRDARLIQ

23 fevral 2025 , 00:44
Bakının bəzi yollarında sürət həddi  endirildi

Bakının bəzi yollarında sürət həddi endirildi

22 fevral 2025 , 22:32
2200 metr yüksəklikdə  yerləşən Gömür kəndinə səyahət -VİDEO

2200 metr yüksəklikdə yerləşən Gömür kəndinə səyahət -VİDEO

22 fevral 2025 , 21:28
Yenə qar yağır - FAKTİKİ HAVA

Yenə qar yağır - FAKTİKİ HAVA

22 fevral 2025 , 19:37
Ən  çətin taleyi olan   BÜRCLƏR

Ən çətin taleyi olan BÜRCLƏR

22 fevral 2025 , 18:50
Qarın fəsadları: 165 nəfər xəsarət aldı  - YENİLƏNİB

Qarın fəsadları: 165 nəfər xəsarət aldı - YENİLƏNİB

22 fevral 2025 , 16:45