Azad Rəhimov İraqa getdi
01 dekabr 2012 13:05 (UTC +04:00)

Azad Rəhimov İraqa getdi

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti İraqa səfərə yollanıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iki gün davam edəcək səfər İraqın Gənclər və İdman Nazirliyinin dəvəti əsasında baş tutub.

Səfər çərçivəsində iki ölkənin nazirlikləri arasında gənclər və idman sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, hələ 2008-ci ildə İraqın gənclər və idman naziri Casim Məhəmməd Cəfərin Bakıya səfəri zamanı iki ölkənin müvafiq nazirlikləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Əməkdaşlığı hüquqi bazasının yaradılması məqsədilə gələcəkdə anlaşma memorandumunun imzalanması üçün qarşılıqlı razılıq əldə olunub və hər iki ölkənin müvafiq orqanları ilə razılaşdırılıb.
# 832

Oxşar yazılar