Bu il Azərbaycanda 453 nəfər QİÇS-ə yoluxub
01 dekabr 2012 11:29 (UTC +04:00)

Bu il Azərbaycanda 453 nəfər QİÇS-ə yoluxub

Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2012-ci ilin dekabrına qədər 3720 nəfərdə İİV infeksiyasının olduğu təsdiqlənib. APA-nın xəbərinə görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.


Onun sözlərinə görə, həmin şəxslərin 3593-ü Azərbaycan vətəndaşı, 127 nəfəri əcnəbidir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 2879-u kişi, 714-ü qadındır. QİÇS mərhələsində olan sayı 1098 nəfərdir. Onlardan 1082-si Azərbaycan vətəndaşıdır. İİV infeksiyasından 518 nəfər dünyasını dəyişib. Onlardan 510 nəfəri AZərbaycan vətəndaşı olub.

E. Alməmmədova deyib ki, bu ilin 11 ayı ərzində Azərbaycanda 453 yeni İİV-ə yoluxma halı aşkarlanıb. Onlardan 439-u Azərbaycan vətəndaşı, 14 nəfəri əcnəbidir.
# 1882

Oxşar yazılar