“Neft Daşları”nda 13 metrlik dalğanın qurbanı olan 21 neftçinin xatirəsi anıldı
“Neft Daşları” NQÇİ-nin əmək kollektivi tərəfindən burada 1957-ci il noyabrın 21-də baş vermiş faciənin 55-ci ildönümünü qeyd edilib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, NQÇİ-nin rəhbərləri, polad dirəklər üzərində qurulmuş bu müasir sənaye şəhərində fəaliyyət göstərən idarə və müəssisələrin nümayəndələri, həmin faciə qurbanlarının ailə üzvləri mərasimdə iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gələrək onun xatirəsini böyük ehtiramla yad edib, büstün önünə gül-çiçək dəstələri düzüblər. Sonra mərasim iştirakçıları faciəli gecədə həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə toplaşıb, buraya tər qərənfillər qoymaqla həyatlarını xalqımızın xoşbəxtliyi naminə qurban vermiş insanların xatirəsini anıblar. “Neft Daşları” NQÇİ-nin baş mühəndisi Zabit Əhmədov, “Neft Daşları” NQÇİ HİK-nin sədri Hüseyn Əhmədov, “Neft Daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev və başqaları çıxış edərək 1957-ci ilin fırtınalı noyabr gecəsində baş vermiş hadisənin təfsilatı, neftçilərimizin qəhrəmanlığı və fədakarlığından danışıblar. Hadisə qurbanlarının ailə üzvləri adından İbrahim Sadıqovun oğlu Asif Sadıqov həlak olan neftçilərin xatirəsinə göstərilən ehtirama, onların ailə üzvlərinə qayğıya görə ARDNŞ-in rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, 1957-ci il noyabrın 21-də Neft Daşlarında güclü külək, 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı möcüzələr adasının əsasını qoyanlardan M.P.Kaveroçkinin və S.Bağırovun rəhbərlik etdiyi 2 qazma briqadasının 21 üzvü faciəli şəkildə həlak olub. 1999-cu ildə Neft Daşlarının 50 illik yubileyi günlərində onların xatirəsinə abidə ucaldılıb, 2009-cu ildə 60 illik yubiley ərəfəsində isə parkın yenidən qurulması ilə əlaqədar həlak olan neftçilərin xatirəsinə yeni memorial kompleks yaradılıb.

2971